KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Münxen konfransından çıxan strateji nəticələr

Fuad Gahramanlı: Münxen konfransından çıxan strateji nəticələr

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
182 0

Qərbin anladığı dildə danışnaq, yoxsa, Rusiyanın böyründə yer almaq?

Dünən Munxen təhlükəsizlik konfransında iştirak edən Azərbaycan və Ermənistan rəhbərliyi ABŞ dövlət katibi Blinkenin vasitəçiliyi ilə görüş keçirdilər. Bu görüş ABŞ – n Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq istiqamətində qətiyyətinin dəyişməz olaraq qaldığını göstərir. Təkcə, bu fakt özlüyündə pozitiv bir nəticədir və Moskvanın bütün müqavimətinə baxmayaraq, Qərbin getdikcə Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq strategiyasına daha çox diqqət ayırdığını göstərir. Ona görə də keçirilən görüş hətta nəticəsiz olsa belə, gələcəklə bağlı ümid yaradan Qərbin bu məsələni Rusiyanın ixtiyarına buraxmaq istəməməsidir.

Bir neçə gün öncə ABŞ dövlət katibinin köməkçisi xanım Donfrid bu barədə açıq danışaraq bildirmişdi ki, ” Rusiya və İranı Cənubi Qafqazdan uzaqlaşdırmaq üçün Azərbaycan və Ermənistan arasındakı sülhün əldə olunmasına indi daha çox çalışmaq lazımdır.”
Görüşün nəticələri barədə ətraflı məlumat verilməsə də, bilinən odur ki, Azərbaycan və Ermənistan tərəfi Brüssel formatını davam etdirməyə razı olduqlarınl bildiriblər. Bu özlüyündə yaxşı xəbərdir. Ancaq 2-3 gündən sonra Bakıya səfərə gələcək Lavrov yəqin ki, Azərbaycan rəhbərliyinə bu məsələdə Rusiya maraqlarına uyğun davranmaqda davam etməyi tövsiyə edəcək. Baxaq görək bu səfərdə Lavrova nə cavab veriləcək. Görək İlham Əliyev Münxendə Vardanyla bağlı etdiyi etirazı bu dəfə Vardanyanı öz hərbiçilərinin maşınında Qarabağa göndərən Rusiyanln xarici işlər nazirinə deyəcəkmi ?

Münxen konfransında Fransa prezidenti Makronun Rusiyanın neokalonial planlarına qarşı Ermənistana dəstək bəyanatı verməsi və və Cənubi Qafqaza xüsusi diqqət ayırması təsadüfi deyildi. Bu onu göstərir ki, artıq regionumuz dünyanın təhlükəsizlik problemləri sırasında Ukraynadan sonra ən çox diqqət yetirilən bir yerə çevrilib.
Bunun əsas səbəbi odur ki, Cənubi Qafqazdakı təhlükəsizlik problemləri təkcə hərbi münaqişə, humanitar problemlər deyil, bu konfliktlər həm də Makronun ifadə etdiyi kimi Rusiyanın neokalonial, müstəmləkə siyasətinə qarşı geosiyasi rəqabət xarakteri daşıyır.

Buradan çıxan nəticə odur ki, regionumuz Qərb Rusiya geosiyasi mübarizəsinin əsas cəbhə xəttinə çevrilməkdədir və artıq bundan sonra heç olmasa qlobal rəqabətin oyun qaydalarına uyğun xarici siyasət kursu həyata keçirmək lazımdır.
Münxen konfransında bir daha açıq- aydın göründü ki, Rusiyaya münasibətdə Avropanın mövqeyi ilə ABŞ-n yanaşması arasında fərq yoxdur və Qərb qlobal təhlükəsizlik məsələsinə münasibətdə vahid mövqedən çıxış edir. Bu Rusiyanın Ukraynada məğlubiyyətini şərtləndirməklə yanaşı, həm də bizim regionumuzda yeni oyun qaydalarının Qərb tərəfindən müəyyən ediləcəyi günün çox yaxında olduğunu deməyə əsas verir.

Təəssüf ki, Azərbaycan rəhbərliyi hələ də bunun fərqində deyil və Paşinyanın bicliklə demokratiya və azad seçki ritorikası qarşısına çıxıb ölkə maraqlarını müasir dünyanın anlayacağı dillə əsaslandırmaq imkanında deyil. Bundan ötrü Rusiyadan ayrılıb Qərbə üz tutmaq , yeni təhlükəsizlik kombinasiyaları üzərində düşünmək və ölkənin demokratiya ilə bağlı bərbad imicini düzəltmək lazımdır. Avtoritar qayda ilə idarə olunan, Rusiyanın böyründə yer alan zorakı bir hakimiyyət bu gün Fransanın İrəvana verdiyi təhlükəsizlik təminatı qarşısında Qərbin hər hansı bir önəmli dövlətinin dəstəyini qazanmaq, təhlükəsizliklə bağlı yeni tarazlıq kombinasiyası qurmaq barədə düşünmək əvəzinə, durub hətta Rusiyanın belə qəbul etmədiyi “Ermənistan kapituluyasiya edib” ritorikası ilə dünyanın qarşısına çıxacaqsa, bu yanlış olacaq.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir