Alman uzman: Türkiye ekonomisinin çökmesi Almanya’nın da zararına olacaktır

Rus uzman: DTÖ neden ABD’nin Türkiye’ye yönelik yaptırımlarına sesini çıkarmıyor?

Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Ermənistanın Naxçıvan təxribatının arxasında nə dayanır?

Azerbaycan, Ermenistan, Gündem 7 Nisan 2016
631

Ermənistanın Naxçıvan təxribatının arxasında nə dayanır? image Ermənistan hər zaman olduğu kimi yenə də əldə olunan razılaşmalara əməl etməməklə sülh prosesinə, danışıqlara mane olmağa çalışır. Hər halda cəbhədə yaşanan son olaylar və tərəflərin atəşkəs barədə razılığa gəlməsinin ardından Ermənistanın yenidən təxribatlara əl atması belə deməyə əsas verir. Xəbərlərdən də aydın olduğu kimi aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub. Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində bu rayonlardakı mövqelərimiz Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən bölmələrimizin cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.

Ermənistanın bu dəfə Naxçıvan istiqamətindən atəşkəs rejimini pozması isə bir sıra sualların ortaya çıxmasına səbəb olub. Belə ki, düşmən qüvvələrinin Naxçıvan istiqamətində fəallaşmasının təsadüfi olmadığı bildirilir. Qeyd olunur ki, aprelin ilk günlərindən Azərbaycan-Ermənistan cəbhə xəttində yaşanan proseslərə Türkiyəni cəlb edə bilməyən maraqlı qüvvələr indi də ermənilərə Naxçıvanda fəallaşmaq tapşırığı veriblər. Məqsəd isə Naxçıvanda gərginliyi daha da artırmaq və Türkiyəni bu prosesə sürükləməkdir. Türkiyənin müdaxiləsi isə istər istəməz Rusiyanı da hərəkətə keçirəcək. Beləliklə, Suriyada Ankara ilə Moskvanı vuruşdura bilməyən qüvvələr bu dəfə iki ölkəni qafqazlarda qarşı-qarşıya qoyacaq. Bəs görəsən bu plan nə dərəcədə reallığı əks etdirir və onun həyata keçməsi mümkündürmü?

Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFQAZSAM) sədri Hasan Oktay təssüf hissi ilə qeyd edir ki, Dağlıq Qarabağda savaş hələ də davam edir və bu savaşın davam etməsi istiqamətində gözləntilər hər keçən gün artır: “Aprelin 1-2-i tarixləri arasında meydana gələn və dünya ictimaiyyətinin diqqətini çəkən hərbi əməliyyatlar bunu göstərməkdədir. Azərbaycan bu əməliyyatlardan sonra əvvəlcə təktərəfli olaraq atəşkəs elan etdi. Sonra tərəflər anlaşaraq atəşkəsin davam etməsi barədə razılığa gəldilər. Ancaq atəşkəsin doğru bir şəkildə davam etməyəcəyi göz önündədir. Ermənistan bu əməliyyatlarda məğlub psixologiyasına qapılıb və hər an hər hansı bir hücuma keçə

bilər. Bunun ilk örnəyi Naxçıvanda müşahidə edildi”. Hasan Oktay hesab edir ki, Qarabağda davam edən xırda əməliyyatları bölgədə müharibə səviyyəsinə gətirmək və həmin müharibəni Rusiya-Ermənistan-Azərbaycan-Türkiyə savaşına çevirmək istəyənlər də ola bilər: “Bir diğər gözlənti də Qarabağda uzun sürəcək bir savaşıın Rusiya torpaqlarına sıçrama ehtimalıdır. Rusiya bu prosesləri yaxşı dəyərləndirib Qarabağda davamlı bir sülhün əldə olunması üçün Azərbaycanın maraqlarını nəzərə almalıdır”. QAFQAZSAM sədri onu da deyib ki, Azərbycan savaşın deyil, diplomatiyanın qələbəsinə çalışır: “Bu günlərdə böyük bir zəhmətlə dövriyyəyə girəcək diplomatik gedişlər Azərbaycana daha çox fayda verər”.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib ki, Qarabağda, Tovuz və Qazax istiqamətində atəşkəsin pozulması illərdir adi hala çevrilib. Ancaq buna baxmayaraq, Ermənistan Naxçıvanla sərhəddə təxribatdan çəkinərdi: “Uzun illərdən sonra Naxçıvana da atəş açmağa başlayıblar. Bu o deməkdir ki, Ermənistan Cənubi Qafqazda Türkiyəni Rusiya ilə toqquşdurmaq istəyir. Çünki, Türkiyə ən azı Qars müqaviləsindən çıxış edərək Naxçıvanın uzun müddət atəş altında saxlanılmasına seyrçi qalmayacaq. Şübhə etmirəm ki, yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Naxçıvanla bağlı Ermənistanı xəbərdar edəcək. Ermənistan bundan sonra da Naxçıvana qarşı təxribatlarını davam etdirərsə, Qarabağ istiqamətində atəşkəsə riayət etməyə Azərbaycanın səbəbi qalmayacaq”.

Politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, atəşin dayandırılması haqqında razılıq əldə olunduqdan qısa zaman keçmiş Ermənistan tərəfinin Naçıvanda hərbi təxribatlar törətməsi aydın sübut edir ki, o, münaqişənin dinc tənzimlənməsini birmənalı qəbul etmir: “Həqiqətən də bu günə qədər Ermənistan tərəfinin sadəcə olaraq danışıqlar imitasiyası ilə məşğul olduğu sirr deyil. ATƏT-in Minsk Qrupunun regiona səfəri zamanı Ermənistan tərəfinin belə təxribata əl atması həm də ondan xəbər verir ki, onda cəzasızlıq sindromu kifayət qədər güclüdür”. Türkiyənin proseslərə birbaşa qarışması ehtimallarına gəldikdə isə, politoloq hesab edir ki, indi reallıqlar fonunda bu baş verməyəcək: “Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə-Rusiya arasında hər hansı bir formada toqquşmanın baş verəcəyini istisna edirəm. Birincisi, Azərbaycan qısa zaman kəsiyində cəbhədə inamlı qələbə çalmaqla münaqişənin gələcək tənzimlənməsi prosesində özünün mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Həm Rusiya, həm də digər beynəlxalq instansiyalar artıq qəbul edirlər ki, Azərbaycanın ədalətli mövqelərinin etiraf olunmasının və dəstəklənməsinin vaxtı çatmışdır. Çünki, Azərbaycan sübut etdi ki, torpaqları silah gücünə işğaldan azad etmək iqtidarındadır. Bu baxımdan, təsirli və maraqlı dairələr Azərbaycanın gücü ilə barışıb münaqişənin tənzimlənməsi istiqamətində ciddi addımlar atmaq məcburiyyətində qalacaqlar.

Yəni, vəziyyətin Türkiyə ilə Rusiyanın toqquşacağı kritik həddə çatacağını real hesab etmirəm. Düşünürəm ki, həm Rusiya, həm də digər beynəlxalq güclər Azərbaycanın haqlı mövqeyinə qarşı getməyəcəklər”.

Süleyman İsmayılbəyli

Yorumlar