KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Pis sülh, yoxsa yaxşı müharibə: Bizim üçün hansı məqbuldur?

Elhan Şahinoğlu: Pis sülh, yoxsa yaxşı müharibə: Bizim üçün hansı məqbuldur?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
393 0

Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyininin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən son iclasında çıxışı zamanı Qarabağdan danışarkən deyib ki, Rusiyanın sülhməramlı kontingenti Dağlıq Qarabağda əldə olunan barışığın zəmanətçisidir: “Bizim yardımımızla humanitar yüklərin çatdırılması, hər iki tərəfdə ərazilərin minalardan təmizlənməsi həyata keçirilir, həyat təminatı sistemi bərpa olunur”.

Vladimir Putin videokonfransda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışlarını şərh edərkən ən yadda qalan fikirini söyləyib: “Pis sülh, yaxşı müharibədən yaxşıdır”.

Həqiqətənmi Qarabağ nümunəsində “pis sülh yaxşı müharibədən yaxşıdır”?

Birincisi, Putin bu cümləsiylə etiraf edib ki, Qarabağda əldə olunan sülh yaxşı deyil, Rusiyanı mümkün olan nəticəni əldə edib. Yəni Putin “yaxşı müharibəni pis sülhlə” əvəz edib.

İkincisi, Putinin “yaxşı müharibə” adlandırdığı söz birləşməsi Azərbaycana aiddir. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başladı və bu həqiqətən bizim üçün yaxşı müharibəydi, çünki hədəf torpaqları azad etmək idi.

Üçüncüsü, Putinin “pis sülh yaxşı müharibədən yaxşıdır” ifadəsi Azərbaycan üçün məqbul sayıla bilməz. Çünki əgər biz Putinin təbirinsə desək yaxşı müharibədə qələbə çalmışıqsa, sülhün də yaxşı olmasını istəmək haqqımızdır. Kreml sahibinin məntiqindən isə belə çıxır ki, onlar üçün “hazırki sülh də pis deyil”. Halbuki, Azərbaycanla Ermənistan arasında sülh yoxdur. Azərbaycan Ermənistanla qarşılıqlı olaraq ərazi bütövlüklərinin tanınması əsasında sülh sazişinin imzalanmasını istəyir. Rəsmi İrəvan buna hazır deyil, çünki sülh sazişini imzalasalar Qarabağı Azərbaycan ərazisi kimi tanımaq məcburiyyətində qalacaqlar. Onlar buna hazır deyillər. Bu bizi az narahat edir, müharibə bitibsə iki tərəf arasında saziş imzalanmalıdır.

Göründüyü kimi, mövcud vəziyyət Kremli narahat etmir, çünki Putin “pis sülhün” davamını məqbul sayır, özünə zəhmət verib Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etmək istəmir.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir