Beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch” Çinlə bağlı yeni hesabat yayınlayıb. Bu hesabata görə, Çinin kəşfiyyat xidmətləri uyğurlar haqqında məxfi məlumatlar bazası yaradıb. Məlumat bazalarının yaradıldığı uyğurlar Sincan bölgəsinin Aksu rayonunda yaşayırlar. Adları keçən uyğurlar Çinin təsis etdiyi “təlim düşərgələrində” saxlanılıblar. Qərbdə həmin “təlim düşərgələrini” faktiki faşistlər düşərgələrinə bənzədirlər. “Human Rights Watch” Çinlə bağlı yeni hesabatı ABŞ-da hay-küy yaradıb və Vaşinqtonda Pekinə qarşı növbəti sanksiyalar barədə düşünürlər.
Bəs necə oldu ki, “Human Rights Watch” təşkilatı Çin kəşfiyyatının məxfi məlumatlarını ələ keçirə bilib? Bu haqda təşkilatın açıqlaması yoxdur. Buna baxmayaraq, təşkilat iddia edir ki, 2 min uyğurun adı və soyadı barədə onlarda dəqiq məlumatlar var və onlar həqiqətən “təlim düşərgələrində” saxlanılıblar. Çinin kəşfiyyat oqranlarının qanunsuz fəaliyyəti BMT səviyyəsində də pislənilib. Hər tərəfdən təzyiqlərlə üzləşən Pekin uyğurlara qarşı taktikanı dəyişib. Çin rəsmiləri “təlim düşərgələrinə” yeni ad icad ediblər: “Peşə qabiliyyətinin artırılması mərkəzləri”. Ad dəyişsə də, mahiyyət dəyişməyib.
Çinin məxfi orqanları uyğurları elektron izləmə vasitəsilə nəzarətdə saxlayır. Həmin elektron izləmə qurğuları uyğurların istifadə etdikləri mobil telefonların içərisində yerləşdirilib. Həmin qurğular insanın hara getdiyini, kimə zəng etdiyini, hansı internet saytlarına daxil olduğunu izləyib. “Human Rights Watch” təşkilatının hesabatına görə, məhz bu cür izləmə vasityəsilə fəal uyğurlar həbs olunub və düşərgələrdə yerləşdirilib. Həmin düşərgələrdə isə uyğurlara təzyiq edilib, hətta məcburi şəkildə din əleyhinə kitablar oxutdurulub.
“Human Rights Watch” hesabatında vurğulanır ki, sonrakı mərhələdə düşərgədə olan uyğurlar barədə məlumat bazası yaradılıb və düşərgədən çıxdıqdan sonra da onlar nəzarət altında saxlanılıb. İnternet proqramı düşərgədəki uyğurların təsnifatını aparır, onları “təhlükəli” “nisbətən təhlükəli” kimi bölmələrə ayırır. Məsələn, əgər hansısa uyğur evində Quran oxuyursa, Qırğızıstana və ya Qazaxıstana tanışlarına zəng edirsə, onu “təhlükəli” kimi qiymətləndirirlər.
Beləliklə, Pekin “təlim düşərgləri” ilə bağlı siyasətini dəyişmir. Bütün tənqidlərə rəğmən, “təlim düşərgələri” fəaliyyətlərini davam etdirirlər. Bu isə haqlarını tələb edən uyğurlarda daha böyük narazılıqlar doğurur. Düşərgələrin varlığı Çinin Qərb ölkələri ilə münasibətlərinin nizamlanmasına da mane olur. Düşərgələrin varlığını yalnız Rusiya kimi ölkələr görməzlikdən gəlirlər.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi
Elhan Şahinoğlu: Çinin “təlim düşərgələri” fəaliyyətini davam etdirirlər
394 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.