Rus siyaset bilimci: Olası Kürdistan devleti Rusya için zararlı

İdlib Sonrası…

Ankara Berlin yakınlaşması Alman istihbaratını nasıl vurdu?

Liberman Ermənistana niyə getmədi?

Dünyada Təhlükəli Tendensiyalar və Azərbaycan (1)

Azerbaycan 28 Mart 2017
373

Dünyada Təhlükəli Tendensiyalar və Azərbaycan (1)
Dünyamız getdikcə iki təməl və tarixi problemin təsiri altına girir. Bu tendensiyalardan birincisi xüsusilə Orta Şərqdən yüksələn, artıq dünyanı öz təsirinə alan Dini Radikalizmdir. İkincisi tendensiya isə xüsusən Avropada yüksələn və şovinist hisslərin təşviqi ilə getdikcə güclənən İrqçılıkdir. Vəziyyəti daha da təhlükəli edən isə Dini radikalim və Irqçiliyin hər ikisinin həm ciddi tarixi əsasının olması və bir birindən bəslənməsidir. Daha da dramatik olan isə insanlığın taleyində əsas rolu oynan qurumlar olan dövlətlərin rəhbərlərinin və siyasilərinin sayca çoxu və əsas təsirli olanları bu təhlükələrə və bu iki tendensiyanın bir birini bəslədiyinə əhəmiyyət verməməsidir. Hətta daha da pis olanı bu dövlət adamı və siyasilərin bir hissəsinin bu iki tendensiyanın güclənməsinə söz və fəaliyyətləri ilə rəvac verməsidir.
Burada mühüm bir sual ortaya çıxır: Bu tendensiyalar Azərbaycana necə təsir göstərə bilər?
Bu iki təhlükədən irqçiliyin Azərbaycan daxilində nə tarixi və nə günümüzdə siyasi və ictimai heç bir ciddi əsasının olmadığını rahatlıqla demək olar. Ancaq Azərbaycan üçün irqçilik üç baxımdan təhlükə yaradır.
Bunlardan birincisi və aktual olanı Erməni şovinizminin bizə uzaq və yaxın tarixdə acı nümunələrini göstərdiyi sistematik irqçi yanaşmasıdır. Bu yanaşma başqa Daşnaksutyun olmaq üzrə müxtəlif siyasi partiya və quruluşlar tərəfindən ciddi şəkildə dəstəklənməkdə və təşviq edilməkdədir, hətta Ermənistan dövlətinin və hakim siyasi dairələri tərəfindən Azərbaycana və Türklərə qarşı dövlət siyasətinin mühüm bir parçası kimi tətbiq edilməkdədir. Bu tarixi kökləri olan bir prosesdir, bir gün Azərbaycan ilə Ermənistan arasında müharibə bitsə belə Erməni irqçiləri bu münasibətlərin önündə, tarixdə olduğu kimi gələcəkdə də mühüm bir problem olaraq qalacaqlar. Buna qarşı Azərbaycanda bəziləri tərəfindən şovinistcə xarakteri edilə biləcək müəyyən mövqe və davranışlar isə yuxarıda qeyd edilən acı nümunələr kontekstində qısa zaman aralığında reaksiya olaraq gündəmə gəlmişdir. Bu nümunələr qısa müddətli, sistematik olmayan, cəmiyyətdə də bugün ciddi ictimai və siyasi dəstəyi görünməyən müvəqqəti xarakterdə hadisələrdir.
Azərbaycan üçün irqçiliyin potensial təhlükəsi isə özünü “yaxın potensial təhlükə” və “uzaq potensial təhlükə” kontekstində göstərə bilər. Irqçilik Azərbaycanlılara yaxın potensial təhlükə kontekstində özünü Rusiyada göstərə bilər. Rusiyada Azərbaycanlılara qarşı bəzi marjinal qrupların müəyyən ciddi insidentləri zaman-zaman gündəmə gəlsə də, oradaki cəmiyyətin belə bir şovinist hissiyyat içində olduğunu demək olmaz. Ancaq Rusiyada şovinist və irqçilərin marjinal da olsa təşkilatları aktiv fəaliyyətdədir. Bundan başqa Rusiya-Azərbaycan arasında münasibətlərindəki bir kəskinləşmənin bu qrupların Azərbaycanlılara qarşı mövqeyi irqçi formada ortaya çıxma təhlükəsi mövcuddur.
Şovinizm və irqçılıyin Avropa kontekstində ciddi tarixi var və günümüz şərtlərində ciddi ictimai və siyasi dəstək qazanmağa başladığı müşahidə edilir. Avropadakı bu təhlükəli tendensiya əvvəlcə hədəfinə müsəlman Ərəbləri qoyub və son dövrlərdə isə (əslində Almaniyada 1990-cı illərdən etibarən) müəyyən mənada Türkləri qoyma meyilli daşıyır. Bu tendensiyanın genişlənməsi halında uzun vədə bu meylin hədəfinə Azərbaycanlıların da düşmə ehtimalı çox az da olsa mövcuddur. Ancaq nəzərə almaq lazımdır ki, mövcud şərtlərdə hələlik Avropanın mütərəqqi dəyərləri, hüquqi və siyasi sistemi irqçiliklə mübarizdə imkanlarına malikdir. Bu mənada Avropa kontekstli irqçiliyini uzaq və çox zəif potensial təhlükə kontekstində qiymətləndirmək daha doğru olar.
Dr Nazim Cafersoy

Yorumlar