KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cavid Veliyev: Beynəlxalq hüquqda dövlətlərin gücdən istifadəsinin qadağan edilməsi və istisnası

Cavid Veliyev: Beynəlxalq hüquqda dövlətlərin gücdən istifadəsinin qadağan edilməsi və istisnası

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
33 0

Beynəlxalq münasibətlərdə qədim dövrlərdən bəri dövlətlər tərəfindən bir haqq olaraq görülən gücdən istifadə etmək, fəth etmək, Birinci Dünya Müharibəsindən sonra qismən, İkinci Dünya Müharibəsindən sonra tamamən qadağan edilmişdir.
1922-ci il Millətlər Liqası Müqaviləsi və 1928-ci ildə imzalanan Briand-Kellog Paktı ilə qadağan edilməyə çalışılsa da, bu mövzuda heç bir uğur əldə edilməmişdir. Bu səbəbdən İkinci Dünya Müharibəsindən sonra BMT çərçivəsində yeni bir sistemi qurulmuşdur.
BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi ilə dövlətlərin beynəlxalq münasibətlərində güc tətbiqi qadağan edilmiş və bu qadağa jus cogens xarakteri almışdır.
BMT Nizamnaməsi 2-ci maddə 4-cü hissəsi deyir ki, üzv dövlətlərin, digər dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı BMT məqsədləri ilə uyğun olmayan şəkildə güc tətbiq etməklə təhdid etməsi və ya güc tətbiq etməsi qadağandır.
Lakin BMT Nizamnaməsində gücdən istifadə etmənin istisnaları da vardır. Bunlar özünümüdafiə və Təhlükəsizlik Şurasının qətnaməsi ilə gücdən istifadə etmədir. BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində üzvlərdən birinin silahlı hücuma məruz qalması halında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün Təhlükəsizlik Şurası bu üzvün müdafiəsi üçün lazımi tədbirlər görənə qədər, silahlı hücuma məruz qalan dövlət fərdi və ya kollektiv özünümüdafiədən istifadə edə bilər. Torpaqlarımızı işğaldan azad edərkən biz bu hüququmuzdan istifadə etdik.
Qısacası, BMT Nizamnaməsinə görə, bir dövlət silahlı hücuma məruz qalması halından gücdən istifadə edə bilər. Silahlı hücuma məruz qalmayan bir dövlətin gücdən istifadə etməsi qadağandır.
Cavid Veliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.