Merkel’in Türkiye ziyareti

KAFKASYA KARTALI İMAM ŞAMİL (1797-1871)

Moskova ‘adaletin onarımı’ protestolarıyla Gürcistan hükümetini devirdi!

Kafkassam başkanı Dr. Hasan Oktay Rudaw Tv ye Jhon Bolton’un Türkiye ziyaretini değerlendirdi

BMT BAŞ ASSAMBLEYASININ ƏSAS MÖVZUSU İRANDIR

Gündem, İran 25 Eylül 2019
32

BMT Baş Assambleyasının builki 74-cü sessiyasının əzaz müzakirə mövzusu heç şübhəsiz İran və bu ölkə ətrafında cərəyan edən hadisələrdir. ABŞ və ona qoşulan əsas Avropa ölkələri Səudiyyə Ərəbistanının iki neft emalı zavoduna edilən hücuma görə İranın məsuliyyət daşıdığını bildiriblər.

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni-yeni sanksiyalar qəbul edir. Buna baxmayaraq, Tramp öz davranışına uyğun olaraq İranla münasibətlərin normallaşa biləcəyini də istisna etməyib. Donald Tramp Baş Assambleyasındakı çıxışında İranla dost ola biləcəyini bu sözlərlə istisna etməyib: “Amerikanın əbədi düşmənləri yoxdur. İrana qonşu dövlətlərin daxili işlərinə qarışmamasını və daxili problemlərinin həlli ilə məşğul olmasını tövsiyyə edirəm. Amerika sülh istəyənlərlə dost olmağa hazırdır. Amerikanın hazırki dostları nə zamansa düşmənlərimiz idi”.

Bu açıqlamadan sonra Trampın iranlı həmkarı Həsən Ruhani ilə BMT binasında görüşə biləcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb. Tramp belə bir görüşün planlaşdırılmadığını desə də, belə bir əlavəsini də unutmayıb: “Heç nəyi istisna etmək olmaz”.

Amerika və İran prezidentləri arasında görüşün reallaşmasına ən çox çalışanlardan biri Fransa prezidenti Emmanuel Makrondur. Təsadüfi deyil ki, Markon BMT-də gün ərzində iki dəfə Həsən Ruhani ilə görüşüb. İkinci görüş Makronun amerikalı həmkarıyla fikir mübadiləsindən sonra gerçəkləşib. Makron Trampla Ruhani arasında faktiki vasitəçi rolunda çıxış edib. Makron deyib ki, Trampla Ruhani arasında BMT binasında görüşmək üçün hazırki fürsətdən istifadə etmək lazımdır. Tramp Ruhani ilə görüşə bilər. Ancaq Ruhanin belə bir görüşə razılıq verməsi üçün ali dini lider Əli Xamaneyinin razılığını alması lazımdır. Digər tərəfdən İslam Keşikçiləri Korpusunun genarallarının da mümkün görüşə necə reaksiya verəcəkləri Həsən Ruhanini narahat etməyə bilməz.

Bu arada, Həsən Ruhani BMT-yə Tehranın təklfini gətirib. Tehran Ormuz boğazı ətrafında sahil dövlətləri ilə birgə “ümid koalisiyası” adında təhlükəsizlik bölgəsi yaratmaq istəyir. Bu çərçivədə sahil dövlətlərinin əməkdaşlıq edərək boğazda gəmilərin azad hərəkətini təmin etmələri təklif olunur. Çətin ki, Amerika bu planın reallaşmasına imkan versin. Sahil ölkələrinin bir qismi Amerikanın müttəfiqləridir və bu ərəb ölkələrində Amerikanın hərbi bazaları mövcuddur. İranın məqsədi Amerikanın Hörmüz boğazındakı hərbi varlığını ortadan qaldırmaqdır. Buna isə nə Vaşinqton, nə də Hörmüz boğazına çıxış olan ərəb ölkələri razılaşar.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar