KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azerbaycan iktidarı ateşle oynuyor: Cemil Hasanlıya tuzak

Azerbaycan iktidarı ateşle oynuyor: Cemil Hasanlıya tuzak

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
295 0

Ali Karimli (Əli Kərimli)

Milli Şuranın sədri, professor Cəmil Həsənliyə qarşı mənəvi terror hakimiyyətin özünün əxlaqsızlığını, ləyaqətsizliyini göstərir. Cəmil Həsənlinin kəsərli, arqumentli, faktlarla əsaslandırılan sərt tənqidi çıxışlarına arqumentlərlə cavab verə bilməyən İlham Əliyev siyasi rəqiblərilə bu səviyyədə mübarizə aparır. Hazırkı dövrdə
Cəmil Həsənli kimi dünyaca məşhur ziyalının, qətiyyətli, prinspial siyasətçinin mübarizə meydanında olması xalqımız üçün bir şansdır. Cəmil Həsənlinin heç kimə və heç nəyə ehtiyacı yoxdur. Yaxşı xatırlayıram ki, 2013- cü ildə demokratik qüvvələrin vahid namizədi olmağa yalnız bizlərin təkidindən sonra razılaşmışdı. Cəmil müəllim adını Azərbaycanın elm və siyasət tarixinə qızıl hərflərlə yazdırıb. Dünyanın ən nüfuzlu universitetləri böyük məmuniyyətlə onu dərs deməyə, elmi araşdırma aparmağa dəvət edirlər. Onun kitablarından dərslik kimi istifadə edirlər.
Ancaq Cəmil müəllim zülm edilən xalqını bu çətin zamanlarda amansız, qəddar rejimin qarşısında tək qoya bilmir. Özünü, ailəsini risqə ataraq xalqımızın sözünü deyir, haqqını tələb edir.
Xalqımız da qədirbiləndir. Xalqımız bilir ki, Cəmil Həsənli ona xidmət etdiyi, onun haqqını qoruduğu, sözünü dediyi üçün mənəvi terrora məruz qalır. Hamı bilsin ki, belə namərd hücumlar bumeranq effektilə yalnız və yalnız rejimin özünü daha da nüfuzdan salıb, rüsvay edir. Hələ də müxtəlif bəhanələrlə rejimə yaltaqlıq edənlər gözlərini açıb görsünlər ki, hansı ləyaqətsizliyi özünə peşə edənlərə xidmət edirlər. Xalqımızdan isə əminəm. Bilirəm ki, xalqımızın mütləq əksəriyyəti belə ləyaqətsiz mübarizəyə qarşıdır. İtirən yenə də əsl çirkin sifətini nümayiş etdirən rejim olacaq. Xalqımızın hörmətli Cəmil Həsənliyə və onun prinspial, qətiyyətli mübarizəsinə dəstəyi isə daha da artacaq. Kin, nifrət, əxlaqsızlıq yayanlar isə öz kin və əxlaqsızlıqlarının qurbanı olacaq.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir