Qasim Süleymani Ve Rusya

Rusya Gürcistan’daki olası NATO tehdidine Dağıstan’da hazırlanıyor!

Türkiye sevdalısı japon, ders vermeye başlıyor

Kafkasya’da dengeler değişebilir

Azərbaycan Dağlıq Qarabağda sülhü özü təmin edə bilər, heç bir sülhməramlı qüvvəyə ehtiyac yoxdur” –

Azerbaycan 2 Kasım 2020
170

30 ildən çoxdur davam edən danışıqlar nəticəsiz qaldı. Azərbaycan Ordusu Qarabağın azadlığını və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən müvafiq beynəlxalq sənədlərin icrasını öz üzərinə götürdü.

Lakin müharibə dövründə də diplomatiyanın fəallığı səngimədi ki, əksinə daha da intensivləşdi. Danışıqlar düşmən tərəfdən hər nə qədər pozulsa da Azərbaycan danışıqlarda iştirakdan imtina etməyib.

Eurasia Diary danışıqların mahiyyəti və münaqişənin həllinə dair Slavyan-Türk xalqları hərakatının lideri, Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri, tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovun fikirlərini öyrənib.

Politoloq ilk öncə Azərbaycanın danışıqlarda iştirakının mənasını izah edib.

“Ölkə başçısının dediyi sözlərdə bir həqiqət var ki, həqiqətən də 30 il müddətində danışıqlar prosesi immitasiya xarakteri daşıyır. Lakin Azərbaycan tərəfinin danışıqlarda iştirak etməsi dünya ictimaiyyətinin nəzərinə çatdırır ki, biz sülh yolu ilə həlldən imtina etməmişik. Bu sülh perspektivləri isə BMT Təhlükəsizlik Şurasının qətnamələri şəkilndə və dünya türk ictimaiyyətinin Azərbaycanın ərazi bütövlüyünün tanınıdığı sərhədlər çərçivəsini əhatə edir. Bu da bizim danışıqlara baxışımızı göstərir”.

Uzun illər boyunca münaqişənin tənzimlənmə mexanizmi kimi ATƏT-in Minsk Qrupu fəaliyyət göstərib. Politoloq düşünür ki, regional dövlətlər də münaqişənin həllinə maraq göstərməyə başlayıb. Beləki, o, İranın regionun problemlərinin bu regionun dövlətləri tərəfindən həll olunması fikrini dəstəklədiyini söyləyib. Bundan əlavə, Minsk Qrupunun danışıqlarında bəzi reallıqların nəzərə alınmalı olduğunu deyən politoloq, artıq 7 rayon məsələsinin həll olunduğunu bildirərək, bunun danışıqların predmeti olmalı olmadığını qeyd edib.

“Mən belə hesab edirəm ki, ölkə başçısının da dediyi kimi Madrid prinsipləri və status-kvo artıq tarixdə qalıb. Reallıq artıq dəyişib. İlk öncə Azərbaycanın işğal olunmuş ətraf əraziləri olan 7 rayon şərtsiz azad olunmalıdır. Artıq Azərbaycan Ordusu Dağlıq Qarabağın içərilərinə doğru irəliləyir. Dağlıq Qarabağ qədim zamanlardan azərbaycanlıların tarixi yaşadığı torpaqlardır. Faktiki olaraq danışıqların predmeti 7 rayondan kənara çıxmalıdır. Putinin də açıq mesajlarında görünür ki, 7 rayon məsələsi artıq bitib. Bizim qəhrəman ordumuz artıq Şuşa və Laçın dəhlizi uğrunda əməliyyatlar aparır. Danışıqlar predmeti artıq keçmiş və ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi olan rayonların taleyi ilə bağlı olacaq”.

Bundan əlavə, politoloq Dağlıq Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan vətəndaşı olduğunu qeyd edərək, Azərbaycan Ordusunun onları işğalçı hərbi xuntanın yaxasından xilas etdiyini söyləyib.

“Dağlıq Qarabağda erməni hərbi xuntasının girovuna çevrilmiş erməni əsilli azərbaycan vətəndaşları var. Hansı ki, onların heç biri Azərbaycan əleyhinə heç bir əməliyyatlarda iştirak etməyib. Təbii ki, bunların hamısı araşdırılacaqdır. Araşdırılacaq ki, 1988-ci ildən bəri Dağlıq Qarabağda nə qədər erməni əsilli vətəndaşımız olub. Bunların siyahısı hazırlanmalıdır. Bunlar arasında ölənlərin sayı və ya övladlarının sayı bilinməlidir. Bir sözlə, Ermənistandan köçənlər ilə orada yaşayanlar ayrılmalıdır. Bundan sonra filtirasiya prosesi getməlidir. Bu adamların erməni xüsusi xidmət orqanları və erməni hərbi birləşmələri ilə nə qədər əlaqələrinin olması araşdırılmalıdır. Bu məsələlərin həlli istiqamətində də müzakirələr aparılmalıdır”.

Dağlıq Qarabağ münaqişəsi xüsusilə Rusiya mətbuatında da geniş müzakirə mövzusuna çevrilib. Adıgözəl Məmmədov rus mətbuatında danışılan məsələləri də diqqətə çatdırıb.

“Rusiya mətbuatı çox maraqlı məlumat yayıb. Beləki, İrəvandan Ankaraya çarter reysi ilə təyyarə uçub. Nəzərə alaq ki, yalnız yüksək səviyyədə razılıq olduqda bu uçuş baş tuta bilər. Ola bilsin ki, Ermənistan tərəfinin müəyyən alt qatlarında Azərbaycanın cəbhədəki qələbəsini başa düşürlər və Türkiyənin bu danışıqlar prosesinə daxil olmasını müzakirə edirlər. Ola bilsin ki, İrəvan nümayəndəsi Ankaraya Ermənistanın müəyyən dairələrinin fikirlərini çatdırsın”.

Digər bir məsələ isə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi mövzusudur. Bu məsələyə də aydınlıq gətirən politoloq Azərbaycanın özünün sülhə tam təminat verə biləcəyini düşünür və sülhməramlılara əslində ehtiyac olmadığına inanır.

“Mən Rusiya mətbuatına müsahibələr verəndə onların da əsas sualı sülhməramlılar olub. Biz isə belə cavab veririk. Biz Azərbaycan xalqının tarixi keçmişinə baxdıqda onun genefonduna baxanda Azərbaycan xalqının formalaşmasında bu coğrafiyanın formalaşmasında bir çox tayfaların çoxsaylı iştirakı var. Azərbaycan xalqının genində mültikultiralizm və tolerantlıq var. Bu gün əgər Azərbaycan xalqı Bakı şəhərində 30 min erməninin rahat yaşamağına maneçilik törətmirsə, bu o deməkdir ki, Azərbaycan xalqı özü sülh carçısıdır və sülhpərvər xalqdır. Erməni işğalçı ordusu ilə tək azərbaycan türkləri vuruşmur. Bizim nə qədər rus, talış, ləzgi, ingiloy və s əsilli şəhidlərimiz var. Bunları birləşdirən Azərbaycançılıqdır, Azərbaycan məfkurəsidir. Bu insanların hamısı üçün Azərbaycan vətəndir. Ermənistanda isə əksinə başqa etnik yoxdur. Başqa vuruşanlar isə Livandan gələn terroristlərdir. Budur bizim fərqimiz. Bizim xalqın identifikasiyası sülhpərvərdir.

Ruslar deyir ki, bir gün müharibə bitəcək və sülh prosesi başlayacaq.Təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, bu bizim qırmızı xəttimizdir. Onlar deyir ki, heç bir zəmanət yoxdur ki, müəyyən dövrdən sonra ermənistan tərəfi hər hansı bir geopolitik güclərin təsiri ilə və ya dəstəyi ilə yeni bir hücum formalaşdırmayacaq. Bunun üçün demarkasiya zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi bunun başlamamasına zəmanət verir. Mən isə onlara bunun yenidən Arkadi Volski rejiminin bərpası mənasına gəldiyini dedim. O zaman Sovet Ordusu Azərbaycan Ermənistan sərhəddində və hətta Dağlıq Qarabağda yerləşmişdir, bu Volski rejimidir. Həmin vaxt heç o zonaya yaxın durmaq olmurdu. Hardadır qarantiya ki, bu rejim yenidən bərpa olunmayacaq. Əgər sülhməramlılar formalaşacaqsa o zaman Minsk formatının tərəflərinin də sülhməramlı qüvvələri təmsil olunsun, yəni yalnız ruslar olmasın. Putin neytral mövqe göstərməyə cəhd göstərir, yəni Rusiya həm Azərbaycana həm də Ermənistana özünü yaxın göstərir. Bunu isə Rusiyanın öz qüvvələrini yerləşdirməyə zəmin yaratması kimi başa düşmək olar. Ümumilikdə biz Arkadi Volski rejiminin təkrarını istəmirik”.

Adıgözəl Məmmədov Azərbaycanın tarixi keçmişini əsas göstərək sülhməramlılar institutuna ehtiyacın olmadığını vurğulayır.

“Ümumiyyətlə sülhməramlı qüvvələrə ehtiyac yoxdur. Bizim milli keçmişimiz buna imkan verir. Biz tolerant xalqıq və sülhü özümüz yaradacayıq. Məgər XIX əsrə qədər ruslar olmayanda sülh yox idi? Milli münaqişələr çar Rusiyasından sonra , Kürəkçay sazişindən sonra yarandı. Bu zamana qədər Şirvanşahlardan bəri burda sülh yaranmışdı. Həmin vaxtlarda burada iğtişaşlar varmıydı?”.

Politoloq Azərbaycanın geosiyasi reallıqları qəbul etdiyini qeyd edir və eyni zamanda gələcəyə praqmatik baxışla baxmaq lazım olduğunu bildirir.

“Təbii ki, burada geosiyasi qüvvələr var, və Azərbaycan da geosiyasi reallıqları qəbul edir. Hər-halda məsələlərə eyni zamanda praqmatik baxır. Əgər sülhməramlılar da olmazsa olmazdırsa, onda biz də öz tərəfimizdən namizəd irəli sürə bilərik. Bu isə artıq bizə əlavə üstünlük verir. Özümüzün bu şəraiti yaratmağımız daha müsbət haldır, nəinki kənar dövlətlərin daxil olması. Kənar qüvvələr dedik də, təbii ki qardaş Türkiyədən söhbət getmir. Hər halda biz özümüz sülhü yaratmalıyıq”.

Adıgözəl Məmmədov Azərbaycanın gələcək inkişaf yolunda ordu quruculuğunun müstəsnasız möhkəmlənməli olduğunu vurğulayıb.

“Azərbaycanın hər hansı inteqrasiya prosesində iştirakı mövcud şərait və reallıqlar nəticəsində qərar veriləcək. Dünya dəyişir, yeni oyunçular peyda olur. Biz yalnız bir yol seçə bilmərik. Biz birmənalı gələcəyi hesablaya bilmirik. Sülhdən sonra biz ciddi hazırlaşmalıyıq. Biz düşmənimizi tanıyırıq, regiondakı qüvvələri, maraqları da bilirik. Əgər biz müstəqilliyimizi qorumaq istəyiriksə o zaman da ordunu daha da gücləndirməliyik, yəni ordu dövləti olmalıyıq”.

Ülvi Əhmədli

Yorumlar