Atif İslam oğlu İslamzade: RZA XƏLİLOV ƏRƏB DİLİNİ FOLKLORDA ƏRİDƏN ALİMDİR

Atif

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov qiymətli şəxsiyyət, dəyərli alim, Zeynal Xəlil ocağının layiqli davamçısı, elmi həyatının tərkibinə çevirən çox zəngin insandır. Rza müəllim ərəbşünaslıq sahəsində ekspert səviyyəsində olan alimlərdəndir. Onun folklorumuza bağlılığı kökə, soya bağlılığından irəli gəlib. Çox qiymətli folklorşünas olaraq bu sahəyə qiymətli töhfələr verib. Ərəb dilini zəngin səviyyədə bilməsi təbiidir ki, ərəb əlifbalı milli mirasımızın da tranliterasiya olunmasında mühüm rol oynayıb. Dil təcrübəsindən hər alim düşüncə tərzinə uyğun olaraq müəyyən bir istiqamətdə istifadə edir. Rza müəllim məhz arxivlərdə qalan folklor qaynaqlarının bərpa edilməsi üçün  bu təcrübəni meydana qoymuşdur. O, insan sevgisi ilə alim peşəkarlığını birləşdirmiş, folklorumuzun əlçatmaz qaynaqlarından, toplu və kitablarından elmi-kütləvi tədqiqatlar üçün istifadə mənbəyi olaraq bəhrələnmək üçün çox qiymətli işlər görmüşdür. R.Xəlilovun apardığı avanqard fəaliyyətin mühüm bir hissəsi Azərbaycan folklorunun ilkin qaynaqları seriyasından transliterasiya etdiyi kitab və toplulardır. Bu qaynaqlar yalnız taransliterasiya işi kimi deyil, həmçinin elmi ədəbiyyatda qarışıqlığa səbəb olan uydurma və diletant sitatşünaslıq sahəsində də dəqiq məsələlərin müəyyənləşdirilməsi baxımından da çox əhəmiyyətlidir. Tədqiqatlarda əvvəlki dövrlərdə epizodik olaraq istifadə edilən bu qaynaqlara aid nümunələri tam mətn olaraq meydana qoymaqla, alim,elmi fəaliyyət imkanları üçün geniş fürsət yaratmışdır. Rza Xəlilovun bu istiqamətdə AMEA Folklor İnstitunda nəşr olunan kitabları transliterasiya etməsi gərgin zəhmətin böyük nəticəsi olaraq dəyərləndirilməlidir. Belə ki, elmdə, xüsusilə folklorşünaslıq sahəsində yazılan bir çox nəzəri əsərlər xalq bilgisinin reallaşdırılması baxımından müəyyən qədər rol oynayırsa, bu qaynaqlar daha böyük rola malikdir. Çünki arxivlərdən bərpa olunub yenidən dövriyyəyə buraxılır, elmi-kütləvi baxımından böyük istifadə məhsuluna çevrilir, elmi əmtəə olaraq gerçəkləşir. Rza Xəlilovun tranliterasiya etdiyi kitabları təqdim etməklə Rza müəllimin nə qədər ağır və məsuliyyətli yükün altına çiyin verdiyini aydın görmüş oluruq.

• Atalar sözü. Tərtib edəni: Məmmədvəli Qəmərli. Transliterasiya və sözlüyün müəllifi Rza Xəlilov, “Ön söz”ün müəllifi İsrafil Abbaslı, elmi redaktoru Hüseyn İsmayılov, Bakı: “Səda”, 2003.

• Arvad ağısı. Tərtib edəni Mirzə Abbas Abbaszadə. Transliterasiya, “Ön söz”ün və sözlüyün müəllifi Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru İsrafil Abbaslı, Bakı: “Səda”, 2004.

• Bayatılar və manilər. Transliterasiya və “Ön söz”ün müəllifləri Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru İsrafil Abbaslı, Bakı, “Səda”, 2005

• Bəhlul Bəhcət. Sarı Aşığın bayatıları. Transliterasiya, “Ön söz”ün müəllifi Rza Xəlilov, elmi redaktoru İsrafil Abbaslı, Bakı: “Səda”, 2006.

• “Aşıq Qərib”dastanı. Transliterasiya, “Ön söz”ün müəllifi Rza Xəlilov, elmi redaktoru Hüseyn İsmayılov, Bakı, “Səda”, 2005

• Folklor çələngi (XVII-XIX əsrlər əlyazmalarından seçmələr). Transliterasiya, mətnlərin hazırlanması, tərtib və ön sözün müəllifi İsrafil Abbaslı, elmi redaktorları Hüseyn İsmayılov, Rza Xəlilov, Bakı:“Nurlan”, 2003.

Hənəfi Zeynallı. Azərbaycan atalar sözü. Transliterasiya edəni Rza Xəlilov, tərtib edənlər RzaXəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru Səbinə İsayeva, Bakı: “Elm təhsil”, 2012

• Vəli Xuluflu. El aşıqları. Transliterasiya edib çapahazırlayanlar Rza Xəlilov, Afaq Xürrəmqızı, elmiredaktoru İsrafil Abbaslı, Bakı: “Elm təhsil”, 2013

Hənəfi Zeynallı. Azərbaycan tapmacaları. Transliterasiya edib çapa hazırlayanlar Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru İsrafil Abbaslı, Bakı:“Elm təhsil”, 2013

Hümmət Əlizadə. Azərbaycan el ədəbiyyatı. Mətniçapa hazırlayan Sönməz Abbaslı, elmi redaktoru önsözün müəllifi İsrafil Abbaslı, Bakı: “Elm təhsil”.2013

• Vəli Xuluflu. Tapmacalar.Transliterasiya edəni RzaXəlilov, tərtib edənlər Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru Muxtar Kazımoğlu, Bakı: “Nurlan”, 2013.

• Salman Mümtazın şəxsi fondundan folklor mətnləri. Transliterasiya tərtib edənlər: Rza Xəlilov Afaq Xürrəmqızı. Bakı: Nurlan 2013.

Onu da qeyd edək ki, Rza müəllim bu ağır elmiprosesin həyata keçirilməsində filologiya üzrə fəlsəfədoktoru, dosent Afaq Xürrəmqızının da zəhmətini hərzaman qiymətləndirmişdir. Bu baxımdan Afaq xanımında zəhmətini gözardı etmədən onun da adını qeydetməyi münasib hesab etdik.

Rza Xəlilovun şəxsiyyəti onun elmi fəaliyyətində mühüm faktor təşkil etmişdir. Onun sadəliyi, mehribanlığı, son dərəcə mədəni insan olmasıxəlqiliyini formalaşdırmış, e buna görə folkloruntərkibində ərəbşünaslığı əritmiş, xalq ədəbiyyatınıhəyatının mütəhərrik istiqamətinə çevirmişdir.

Rza müəllimə uzun ömür, can sağlığı elmifəaliyyətində uğurlar diləyirik. Onun uğuru cəmiyyətinuğurudur. Uğurun olması üçün səhhətin yaxşı olmasıönəmlidir. Faydalı ömür keçirən Rza müəllim Uca Allahın nəzərində olsun. Amin.

  Atif İslam oğlu İslamzad

    Filologiya üzrə fəlsəfə doktoru, dosent

Kafkassam Editör
YAZAR

Kafkassam Editör

Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.

Yorum Yaz

Share a useful thought, question, or feedback.