KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Paşinyan seçkinin nəticələrindən razı qaldımı?

Paşinyan seçkinin nəticələrindən razı qaldımı?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
375 0

Ermənistanda gözlənildiyi kimi növbədənkənar parlament seçkilərini Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim Adımım” bloku 70,43% səs toplayaraq qalib oldu. Bu zaman belə bir sual ortaya çıxır Paşinyan seçkinin nəticələrindən razı qaldımı? Fikrimcə, Paşinyan ümumiyyətlə bu seçkilərdən razı qalmadı. Buna səbəb seçicilərin fəallığının aşağı səviyyədə olması və 70%-dən bir qədər çox səs toplaması ilə əlaqələndirə bilərik. Paşinyan bu seçkilərə hazırlaşarkən fikirləşirdi ki, xalq onun çıxışlarına və verdiyi vədlərə inanaraq bu seçkilərdə daha fəal olacaqlar hətta Ermənistan tarixində görülməmmiş bir seçki fəallığının olacağı fikrində idi. Bəli, Ermənistan tarixində görülməmiş bir seçki oldu, lakin Paşinyanın düşündüyü kimi deyil. Belə ki, Ermənistanda indiyə qədər keçirlən seçkilərin heç birində bu qədər az sayıda seçici fəallığı ilə müşahidə olunmamışdı. Həmçinin Paşinyan İrəvan Ağsaqqaları Şurası seçkiləri zamanı əldə etdiyi nəticəni (81%) yenidən əldə edəcəyini düşünürdü. Lakin bir amil var ki, Paşinyanın qələbəsi kimi qiymətləndirilməldir. O da ki, köhnə iqtidarın yəni Ermənstan Respublikaçılar partiyasının 4,7% səs toplayaraq 5%-lik barajı keçə bilməməsidir. Belə olan təqdirdə Ermənstan Respublikaçılar partiyası bu parlamentdə təmsil olunmayacaq ki, bu da Paşinyanın əsas məqsədlərindən birinə nail olduğunu qeyd edə bilərik.
Digər tərəfdən isə Paşinyan bu seçkiləri qalib olaraq başa vursa da hakimiyyətinin uzun ömürlü olub olmaması da sual altındadır. Gələcəkdə Paşinyanın siyasi səriştəsizliyi və idarəçilik qabiliyyətinin olmaması onun mövqeyinin zəifləməsinə gətirib çıxaracaq. Hazırda ona qarşı mübarizə apara biləcək siyasətçi olmasa da bu seçkilərdə öz partiyası ilə qatılan Edmon Marukyanın parlamentə daxil olması ilə Paşinyana qarşı gələcəkdə əsas rəqibin ola biləciyi ehtimallarını artırmış oldu. Hətta zamanla Marukyanın daha geniş kütləyə sahib olacağı ifadə etmək olar. Bu seçkilərdə İşıqlı Ermənistan partiyasının 6,37% səs toplayaraq parlamentə daxil olmasınıdakı ən əhəmiyyətli faktor Edmon Marukyanın reallaşdırdığı aktiv siyasəti ilə əlaqələndirə bilərik.
Bütün bu hadisələrin fonunda Daşnaksütyun partiyasının 3,89% səs toplayaraq parlamentdə daxil ola bilməməsi Ermənistanda növbəti etiraz aksiyaların başlamasına səbəb ola bilər. Belə ki, Daşnaksütyun partiyasının sədri Armen Rüstəmyan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsinə dair bəyanat verməyə tələsmədiyini bildirmişdi. Çünki Armen Rüstəmyan seçkilərin getdiyi bir vaxtda Köçəryanı dəstəkləyə biləcək və Paşinyanın əleyhinə ola biləcək bəyanatla çıxış etməsi onun partiyasının səs faizlərinə mənfi yöndə təsir edəcəyini düşünürdü. Bu baxımdan Rüstəmyan Köçəryanla bağlı bəyanat verməkdə tələsməyərək xalqla və Paşinyanla bir olduğunu nümayiş etdirərək səs faizlərini qoruyub saxlamağa çalışırdı. Lakin heç də bütün proseslər onun düşündüyü kimi baş vermədi. Belə olan halda Rüstəmyanın Köçəryanı dəstəkləyərək Paşinyanın əleyhinə sərt bəyanatlarla çıxış etməsi ehtimalları yüksədir ki, bu da ölkə daxilində növbəti etirazların başlamasına gətirib çıxara bilər.
Xüsusilə, seçkilərdən sonra əsas aktivliyin “Qarabağ klanı” tərəfindən müşahidə oluna biləcəyini vurğulamaq yerinə düşər. Xüsusilə, “Qarabağ klanı”nı maraqlandıran əsas məsələ Dağlıq Qarabağ münaqişəsidir. Paşinyana qədər Ermənistanda “Qarabağ klanı”nın nümayəndlərindən olan şəxslərin hakimiyyətə olması münaqişə ilə bağlı status-kvonun qorunması baxımdan qondarma rejimdə heç bir zaman narahatlıq yaratmırdı. Çünki “Qarabağ klanı”nın dəstəklədiyi şəxs Ermənistanda hakimiyyətdə olduğu müddətdə danşıqlar masasında həm onların adından danışır həm də mövqeylərini müdafiə etdiyi üçün indiyə qədər problem olmurdu. Hazırda isə tam əksinə “Qarabağ klanı” ilə Paşinyan arasındakı ziddiyyətlərin olması Dağlıq Qarabağ ilə bağlı qondarma rejimdə narahatlıqların yaranmasına səbəb olub. Bu baxımdan “Qarabağ klanı”nın əsas məqsədi danışıqlar masasında Paşinyanın deyil qondarma rejimin tərəf kimi çıxış etməsini nail olmağa çalışırlar.

Ehtiram Aşırlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir