KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. asif Nerimanlı: Ərdoğanla Paşinyan ilk dəfə telefon danışığı həyata keçirdi

asif Nerimanlı: Ərdoğanla Paşinyan ilk dəfə telefon danışığı həyata keçirdi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
32 0

bu, qalmaqallı Sürix protokollarından sonra Türkiyə və Ermənistan liderlərinin ilk rəsmi təmasıdır və 13 il öncəkindən fərqli olaraq, indi münasibətlər Bakının maraqları-istəkləri fonunda baş tutur;

Ankara-İrəvan münasibətlərinin normallaşmasında hər kəsin öz marağı var:

– Ermənistan Türkiyə – Qərb bazarına çıxış əldə etmək, Rusiya qarşısında ən azı iqtisadi platforma olaraq alternativ qazanmaq, “dalan ölkə” olmaqdan çıxmaq istəyir;

– Ankara qondarma “erməni soyqırımı” kartını tamamilə sıradan çıxarmaq, Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək istəyir;

– Bakı postmünaqişə dövrünün gündəliyinin – ermənilərin ərazi iddialarından əl çəkməsi, münasibətlərin normallaşması, sülh sazişinin imzalanması və s. – tamamilə reallaşmasını, Ermənistana Türkiyə, dolayısı ilə həm də Azərbaycan təsirinin ayaq açmasını istəyir;

Bu perspektivə həm Qərb, həm də Rusiya paralel şəkildə mane olub, lakin indi regionun dəyişən gündəliyi, daha doğrusu, tarazlığın müharibədən sonrakı vəziyyətə qaytarılmaq istəyi müəyyən gözləntilər yaradır.

Birincisi, Ankara-İrəvan xəttində münasibətlərin normallaşması prosesində Moskva da iştirakçıdır: Paşinyan Putindən Ərdoğanla danışmaq üçün icazə istəmişdi (erməni mediasının məlumatı), Ərdoğan Paşinyanla danışdıqdan sonra Putinlə də danışdı;

İkincisi, Qərbin (Aİ, yaxud ABŞ-ın) prosesdə iştirakı və müdaxilə imkanının zəiflədiyi, yaxud arxa plana keçirildiyi müşahidə olunur: Lavrovun Ankara-İrəvan-Tehran-Bakı marşrutu üzrə çıxdığı səfərindən sonra regionda Türkiyə və Rusiyanın ikili fəaliyyətinin önə çıxmasına dair anlaşmanın olması istisna deyil;

Normallaşma perspektivinə mane ola biləcək qüvvələrdən biri (Qərb) müəyyən qədər kənarlaşır, digəri (Rusiya) iştirakçıya çevrilir.

Rusiya “3+3” formatının qurulmasından yanadır, Türkiyənin, həm də Azərbaycanın da marağında olan bu formatın mümkünlüyü yenidən gündəmdədir. Və bu bizə imkan verir ki:

– 10 noyabr razılaşmasının bəndləri icra edilsin;
– Zəngəzur dəhlizi “dəhliz məntiqi” ilə açılsın: “dəhliz məntiqi” yola nəzarət baxımından Rusiyanın da marağındadır;
– Sülh sazişinin imzalanması şərtləri yetişsin;

“3+3” formatının yaranması perspektivi bunlardan, xüsusilə Ermənistanın Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına son qoymasından asılıdır. Lakin bu şərtlərin necə yetişdiriləcəyi hələ də sual altındadır: danışıqlarla, yoxsa razılaşmağa məcbur edəcək hərbi addımlarla?!
asif Nerimanlı Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.