KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nərimanlı: Əliyevlə Paşinyan Rusiyasız görüşəcək: Moskva nə edəcək?

Asif Nərimanlı: Əliyevlə Paşinyan Rusiyasız görüşəcək: Moskva nə edəcək?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
69 0

Əliyevlə Paşinyan dekabrın 15-də Brüsseldə görüşəcək: Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində baş tutacaq görüşün təşəbbüskarı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldir.

Mişel Əliyev və Paşinyanla telefon danışığı aparıb və ilk razılığa vasitəçilik edib: Bakı və İrəvan toqquşmaların qarşısını almaq məqsədilə müdafiə nazirlərinin birbaşa əlaqə yaratması üzərində razılaşıblar; bu, Brüsselin ilk vasitəçiliyidir;

Müdafiə nazirlərinin birbaşa əlaqə yaratması təkcə insidentlərin qarşısını almaq yox, həm də Bakı-İrəvan xəttində postmünaqişə dövrü üçün vacib olan münasibətlərin normallaşması baxımından da əhəmiyyətlidir. Bu, sonrakı dövrdə iki ölkəyə heç bir vasitəçi olmadan müzakirələr aparmaq imkanı verir və hər iki tərəfin maraqlarına uyğundur, xüsusilə Rusiyanın vasitəçilik adı ilə həyata keçirdiyi siyasət fonunda. Bu məsələdə Brüsselin vasitəsilə, yəni Rusiyasız razılaşma əldə olunması diqqət çəkir. Çünki Moskva birbaşa təmasda heç vaxt maraqlı olmayıb.

Dekabrın 15-də Brüsseldə Əliyev-Paşinyan görüşünün təşkili
Aİ-nin sərhədin demarkasya-delimitasiya prosesində vasitəçi olmaq, bunun üzərindən bölgədəki güc balansında yerini tutmaq niyyətindən qaynaqlanır. Bakı buna razıdır və Əliyev İttifaqın texniki və mütəxəssis dəstəyindən yararlanmaq istədiklərini açıqlamışdı. Paşinyan da Brüsselin prosesdə iştirakında maraqlıdır.

Və hər iki tərəf üçün bu, Rusiyanın vasitəçiliyi qarşısında alternativ çıxarmaq baxımından əhəmiyyətlidir: tərəflər bundan Moskvanın qurduğu masalarda maraqlarını müdafiə etmək üçün istifadə edə bilər;

Görüşdə bir neçə məsələ prioritet ola bilər:

– Aİ-nin sərhədin müəyyənləşməsi prosesində hansısa formada iştirakı;
– Brüsselin humanitar məsələlərdə vasitəçiliyi: saxlanılan ermənilərlə mina xəritələrinin dəyişdirilməsi və s;

Görüşün keçirilməsi iki kontekstdə xüsusilə diqqət çəkir:

Birincisi, müharibədən sonra Əliyevlə Paşinyan ilk dəfə Rusiyanın vasitəçiliyindən kənarda görüşür;
İkincisi, müharibənin ildönümündə üçtərəfli görüş planı baş tutmayan Moskvanı Brüssel – Qərb qabaqlayır;

Rusiya buna seyrçi qalacaqmı?

Mümkündür ki, Rusiya Brüssel görüşünə qədər (15 dekabr) Moskvada planlaşdırdığı Əliyev-Putin-Paşinyan görüşünün baş tutması üçün əlindən gələni edəcək. Və kommunikasiya və sərhəd məsələsində ilkin razılaşmalarla Aİ-ni ofsayta salacaq.

Asif Nərimanlı Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.