KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. ANGELA MERKEL AZƏRBAYCANA NİYƏ GƏLİR?

ANGELA MERKEL AZƏRBAYCANA NİYƏ GƏLİR?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
424 0

1.Cənubi Qafqazda Avropanın siyasi xəttini gücləndirmək-Son zamanlar Tramp admistirasiyasının anlaşılmaz hərəkətləri və Kremlin ənənəvi siyasətdən əl çəkməməsi region ölkələrini xüsusi bir əməkdaş tapmağa sövq edir.Belə əməkdaş Avropa İttifaqı ola bilər.Buna görədə birliyin ən təcrübəli siyasətçisi olan xanım Merkel regiona gəlir. 2.Almaniyanın Azərbaycana olan xüsusi marağı-Almaniya ölkəmizdə baş tutan yeni enerji lahiyələrində Avropa zonasından açar rolunu oynamaq isdəyir. 3.Ölkəmizdə insan və vətandaş hüquq və azadlıqlar,mətbuatın müstəqilliyi və Azərbaycanın Avropa qarşısında götürdüyü demokratik öhdəliklər səfər zamanı müzakirə edilə bilər. 4.Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttində bəzilərinin gözlədiyi yeni iriçaplı əməliyyatlar ehtimalıda səfər zamanı müzakirə mövzusu ola bilər.Almaniyanın Qarabağla bağlı xüsusi bir məqsədinin olduğu heç kimə sirr deyil.Təkcə onu demək kifayətdir ki,Almaniyanın Ermənistandakı səfiri Rayner Morel ölkəsinin ATƏT-in Mins Qrupuna həmsədr olmaq isdədiyini bəyan etmişdi.Ancaq soradan bu məsələ bir daha açılmadı.Aydın məsələdir ki, rəsmi İrəvan Berlinin bu isdəyinə ”yox” demişdi.Onuda qeyd edim ki,bu nə Berlinin birinci isdəyidir,nədə İrəvanın ilk ”yox”u.1996-cı ildədə Almaniyanın həmsədr seçilməsi təklif olunanda Ermənistan bunu rədd etmişdi.Ermənistanın bu təklifi rədd etməsi anlaşılandır.Çünki Almaniya münaqişənin həllində digər 3 həmsədr ölkədən fərqli olaraq maraqlıdır.Təkcə onu demək kifayətdir ki,2016-cı ilin ”Aprel müharibəsi”dən sonra həmin zaman ATƏT-ə sədrlik edən Almaniya münaqişənin həlli ilə bağlı ”7 maddədən ibarət həll paketi”ni təklif etmişdi.Ancaq nədənsə sonrada bu paketn heç maddələridə açıqlanmadı. 5.Səfərdə şübhəsiz ki,xüsusi olaraq enerji məsələləri müzakirə ediləcək.Almaniyana Azərbaycandan neft alan ölkələr sırasında 6-cı yerdədir.Almanların ”RWE” və ”E.ON” kimi şirkətləri Azərbaycanın neft -qaz lahiyələrində iqdisadi paya sahib olsalarda,bu çox cuzi paylardır.Alman hökuməti bu payın artırılmasında maraqlıdır.Səfər zamanı həmçinin SOCAR-ın Almaniyadan almaq isdədiyi ”EWE Turkey” şirkətinin səhimləridə müzakirə ediləcəyi gözləniləndir.Qeyd edim ki,”EWE Turkey” şirkəti 2,5 milyard kubmetr təbii qaz tədarükü ilə Türkiyədə ən böyük topdansatış portfolisudur. 6.Almaniyanın enerji təhlükəziliyi məsələsi səfər zamanı xüsusi əhəmiyyət kəsb edən məsələ kimi müzakirə olunacağı heç kimə sirr deyil.Almaniya enerji məsələsində təxminən 36% Rusiyadan asılı vəziyyətdədir.Berlin bu asılılıqdan azad olmaq üçün Bakı ilə bu sahədə geniş əməkdaşlıq yaratmaq isdəyir.Təsadüfi deyil ki,Almaniya hələ 2015-ci ildə Cənubi Qafqaz Lahiyəsini (TAP) dəstəklədiyini bildirmişdi. 7.İki ölkə arasında bir sırra hökmətlərarası sənədlərin imzanalanacağı gözləniləndir.Almaniya Azərbaycan arasında qeyri-neft sektorunda,xüsusilədə aqrar sahədə geniş əməkdaşlıq mühitin üçün imkanlar var.Bunlarda müzakirə edilə bilər.Sonda onuda qeyd edim ki,bu səfər Almaniya kanslerinin tarixdə Azərbaycana,həmçinin Cənubi Qafqaza ilk rəsmi səfəridir.Bunun üçündə səfər xüsusi əhəmiyyət daşıyır. Səfərin son dayanacağının ölkəmiz olması isə xüsusi əhəmiyyətli bir məsələdir.Tiflis və İrəvanda müzakirə ediləcək ümumregion əhəmiyyətli məsələlər Bakıdan yekun razılıq alındıqdan sonra icra oluna bilər.Çünki Azərbaycan həqiqətəndə regionda hazırda aparıcı güc mərkəzidir.
Zeynal Amiraliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir