Şimdi yükleniyor

Hasan Oktay: HƏMAS-İsrail razılaşması bölgədə yeni siyasi reallıq yaradır

razılaşması Türkiyənin diplomatik qələbəsidir
Şarm eş-Şeyxdə aparılan və Türkiyənin də töhfə verdiyi HƏMAS–İsrail danışıqlarının Qəzzədə atəşkəslə nəticələnməsindən böyük məmnunluq duyur.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan sosial media hesabında paylaşım edib.
Erdoğan qeyd edib ki, atəşkəsə təşviq göstərilməsində zəruri siyasi iradəni ortaya qoyan ABŞ Prezidenti Donald Trampın və razılaşmanın əldə olunmasında əhəmiyyətli dəstək verən Qatar və Misirə xüsusi təşəkkür edir.
“Türkiyə olaraq razılaşmanın hərfən tətbiqini yaxından izləyəcək və prosesə dəstək göstərməyə davam edəcək. Türkiyə Fələstində 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olmaqla, müstəqil, suveren və ərazi bütövlüyünə malik Fələstin dövlətinin yaradılmasına qədər bu mübarizəni davam etdirəcək”,- o vurğulayıb.
Digər tərəfdən İsrail Baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Hendelman məlumat yayıb ki, Türkiyə və Qətər Qəzza razılaşmasının icrasının nəzarətinə və ölənlərin cəsədlərinin axtarışına dair beynəlxalq missiyada iştirak edəcək.
“Türkiyə və Qətər beynəlxalq missiyaya qoşulacaq — razılaşmanın icrasının nəzarəti və cəsədlərin axtarışı üçün”, – Hendelman özünün Teleqram kanalında yazıb.
 
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, Türkiyə, HƏMAS məsələsində son dərəcə həssas bir diplomatik xətt yürüdərək, hər platformada Qəzzaya qarşı İsrail tərəfindən həyata keçirilən təzyiqləri sərt şəkildə tənqid edib:
“Xüsusilə Tramp və Netanyahunun BMT-nin 80-ci sessiyası çərçivəsində ABŞ-də toplanan dünya dövlətləri arasında yaratdığı ictimai rəy fonunda, Ağ Evin sahibinin İslam ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşdə Qəzzada sülhün bərqərar olunması istiqamətində müəyyən irəliləyiş əldə olunub. Tramp ilə keçirilən görüşdə 20 maddədən ibarət ilkin protokol hazırlanıb və daha sonra bu sənədin HƏMAS tərəfindən incələnməsi və təsdiqlənməsi prosesi başlayıb. Türkiyənin təşəbbüsü ilə Misirdə keçirilən toplantıda HƏMAS, ilk növbədə atəşkəs, humanitar yardım və əsirlərin mübadiləsi məsələləri üzrə ilkin razılığa gəlib. Bu axşam həmin protokolun həm HƏMAS, həm də İsrail hökuməti tərəfindən təsdiqlənərək rəsmi şəkildə qüvvəyə minməsi gözlənilir. Bundan sonrakı mərhələdə bu təşkilatın silahı yerə qoyması, Qəzzadan çıxması və Fələstin dövlətinin daha çox ön plana çıxması prosesi başlayacaq. Türkiyənin bu məsələdə 1967-ci il sərhədlərinə qayıdış və paytaxtı Şərqi Qüds olan iki dövlətli həll prinsipi ilə bağlı israrlı mövqeyi yenidən gündəmə gələcək. Bu, diplomatik baxımdan Türkiyənin son dərəcə vacib və məsuliyyətli bir mərhələyə daxil olduğunu göstərir.
HƏMAS-ın Qəzzada fəaliyyətlərinə son verməsinə paralel olaraq, İsraildə yeni seçkilərin keçirilməsi və ya Netanyahunun hökumətinin etimadını təzələməsi prosesi başlaya bilər. İsrail xalqının bundan sonrakı mərhələdə Netanyahudan uzaqlaşıb yeni bir hökumətlə yoluna davam etmə istəyi, Yaxın Şərqdə qüvvələr balansının yenidən formalaşmasına, eləcə də Qəzza məsələsində bu dövlətin beynəlxalq imicinin bərpasına xidmət edə bilər”.
 
 
Analitik vurğulayıb ki, bu məsələdə Ankaranın mövqeyi açıq və qətidir:
“Qəzza xalqına qarşı tətbiq olunan embarqonun dərhal aradan qaldırılması, humanitar əsaslarla yardımların bölgəyə tez bir zamanda çatdırılması Türkiyə üçün son dərəcə önəm daşıyır”.
Aynur Babazade
http://sherg.az/siyaset/321302

Share this content:

Yorum gönder