Fuad Gahramanlı: Azərbaycan hakimiyyəti gələn il xalqa nə vəd edir ?
Fəlakət ssenarisi.
Bu ilin ÜDM-sini yenicə 09 %- dən dartıb 1%-ə çatdırmaq istəyirdilər ki, Maliyyə Nazirliyinin açıqladığı proqnoza görə gələn ilin dövlət büdcəsində cəmi 67 milyon manat artım olacağı gözlənilir. Yəni bu il 38milyar 356 miyon manat olan dövlət büdcəsi 0,2% artaraq 38 milyard 423 milyon manat olacaq. Bu, o deməkdir ki, ölkədə neft -qaz gəlirlərində tendesiyaya çevrilmiş azalmanı kompensasiya edəcək real iqtisadiyyat olmadığı üçün büdcə gəlirlərini də daha artırmaq mümkün deyil. Bu 02 %artım da əslində şübhə doğurur, çünki bu ilin büdcəsi ilə bağlı Maliyyə nazirliyi ötən il 3% artım proqnozlaşdırmışdı. Onun üçdə bir doğuldusa, o zaman bu məntiqlə belə çıxır ki, gələn il də real olaraq təxminən 22 milyon manat artıma ümid etmək olar. Bu isə nəinki ortadan da aşağı bir şirkətin, hətta Azərbaycanda ortabab bur məmurun qazancından da az bir rəqəmdir və ölkə iqtisadiyyatının necə ağır tənəzzül və böhran yaşadığını göstərir.
Hökumətin gümanı gələn yeganə artım mənbəyi cərimələr yolu ilə xalqın dərisini soymaq idi, onu da bu ilin büdcəsində artıqlaması ilə 800-milyin manat həddində istifadə ediblər. Belə çıxır ki, gələn ilin büdcəsində cərimələr olmasa, dövlət büdcəsi nəinki artmayacaq, əksinə 800 mln cərimə -67 milyon proqnoz artm = 733 milyon manat azalma olacaq. Bu qədər fərsiz hökuməti heç gedib Türkmənistandan da tapıb gətirmək mümkün deyil.
Türkmənistandan söz düşmüşkən onu da qeyd edək ki, görün bunlar öz bacarıqsızlıqları ilə ölkəni nə hala salıblar ki, orta Asiya respublikaları ilə belə ticarət əlaqələrində tədiyyə balansı onların xeyrinədir. Rəqəmlərə diqqət edin, ötən il Qazaxıstana ixrac 12,2 mln. dollar, idxal 59,7 mln. dollar, Özbəkistana 5,5 mln. dollar ixrac, idxal 59,5 mln. dollar, Türkmənistan ixrac 6,7 mln. dollar, idxal 43,8 mln. dollar, Qırğızıstan ixrac 800 min dollar, idxal 2 mln. dollara yaxın olub.
Dəhşət, bəla və faciə ondadır ki, Azərbaycan xarici ticarətdə özü kimi avtoritar rejimlərin mövcud olduğu postsovet respublikalarına belə açıq fərqlə uduzur. Belə çıxır ki, bu avtoritarların içində də ən işbilməz və korrupsionerləri elə bizim bəxtimizə düşüb.
Buradan çıxan məntiqi nəticə odur ki, indiyə qədər ölkə iqtisadiyyatındakı artım yalnız nef-qaz satışından əldə olunan gəlirlər hesabına olub. Xammal iqtisadiyyatı artıq tükənmək üzrədir və Azərbaycan ilbəil öz qonşularından daha da geri qalmaqdadır. Bu hakimiyyətin fərsizliyi o həddədir ki, artıq Cənubi Qafqazda ÜDM- artımına görə Ermənistandan 5, Gürcüstandan isə 7 dəfə geri qalırıq. Xəzərin o tərəfində Qazaxıstan isə davamlı iqtisadi islahatlar və korrupsiyaya qarşı görülən tədbirlər hesabına 11%iqtisadi artıma nail olub.
Əlqərəz bu büdcə ilə xalq vəd olunan odur ki, gələn il də, o biri il də iqtisadi durğunluq davam edəcək, əhalinin artan ehtiyacları qarşılanmayacaq, əmək haqqı və pensiya artımına ümid bəsləməyi ə dəyməz, əksinə hökumət qəfil qiymət artımları ilə azalan neft qaz gəlirlərinin yerini doldurmağa çalışacaq. Bur sözlə bizi qarşıda büdcə layihəsi deyil, fəlakət ssenarisi gözləyir.
Fuad Gahramanlı
Share this content:
Yorum gönder