Hazar’ın Sultanı Mihriban Paşa!

“Muharrem”-“Recep” qovğası – Türk seçicisi iki seçim arasında

Civil service system in Azerbaijan

Հեղափոխություններից հետո կալանավորումներից հնարավոր չէ խուսափել

Türkiyə Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verir

Gündem 3 Aralık 2016
413

Bir neçə aydı Qarabağ cəbhəsində nisbi sakitlik,yenidən atəş fazasına keçməkdədir.Atəşkəsin Ermənistan tərəfindən pozulması,diversiya təxribatlarına əl atması,rəsmi Yerevanın Hamburqda nəzərdə tutlan 3+2 formatı çərçivəsində xarici işlər nazirlərinin görüşündən yayınmaq məqsədi daşıyır.Hamburqda iki ölkənin XİN rəhbərlərinin görüşü baş tutarsa, nəticəsiz sonuclanacağı şübhəsizdir.Çünki Ermənistan Rusiyanın verdiyi “İsgəndər-M”raketləri və digər silahların eyforiyaslndadır,həmçinin “birgə ordu “yaratmaqla Rusiyaya güvənməkdədir.Qeyd edim ki,Aprel döyüşləri Ermənistanın Rusiyadan tam aslılığına,həmçinin regionda Rusiyanın hərbi iştirakının artmasına səbəb olmaqdadır.
Hazırda Ermənistan rəhbərliyi,cəbhədə güclənməkdə, fürsət düşəndə Azərbaycana hərbi zərbə vurmağa çalışır.Bu istiqamətdə Qarabağa yeni silah və zirehli texnika,artilleriya vasitələri daşıyır.
Azərbaycan düşmənin bütün həmlələrinə cavab verəcək və yeni əraziləri işğaldan azad etmək ixiyarındadır.
Ermənistan tamamı ilə güzəştsiz mövqe nümayiş etrirərək,XİN rəhbərliyi səviyyəsində görüşlərə qatılmaqdan yayınır.Halbuki bu səviyyədə görüşlər keçirilirdi və danışıqlar mühütü formalaşırdı.Ermənistanın bu siyasəti,regionda müharibə riskini artırmaqdadır.
Dekabrın ilk günündən cəbhədə atəşkəsin intensiv xarakter alması,iri çaplı silahlardan istifadə göstərir ki,düşmən tərəfi danışıqlara hazır deyil və Rusiyanın tam dəstəyi ilə mövqeyini gücləndirməyə çalışır.Rusiya Minsk qrupunda fəaliyyəti artıq,tərəf tutmaqdan ibarətdir.Minsk qrupu digər beynəlxalq təşkilatları və dövlətləri münaqişənin həllində yaxından iştirakına imkan vermir.Bu format status-kvonu qourmağa hesablanıb.
Artıq,Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyə də aktiv rol almaqdadır.Rusiya-Türkiyə yaxınlaşması Türkiyəni yaxından münaqişənin həllində iştirakına zəmin yaradır.Azərbaycanın maraqlarını qorumaqda ən yaxın müttəfiqdir.Hazırda Türkiyə Rusiya ilə Qarabağla bağlı ciddi danışıqlar aparır.Dekabrın birində Rusiya XİN rəhbəri S.Lavrovun Türkiyə səfəri Türkiyə XİN rəhbəri M.Çavuşoğlu ilə apardıqları danışıqlar və ardınca Çavuşoğlunun ölkəmizə səfəri Qarabağ münaqişəsinin nizamlanmasında üçtərəfli danışıqların aparılması görünür.Və,bu danışıqlarda Ermənistan kənar saxlanılır . Türkiyə XİN rəhbərinin Azərbaycana səfəri,Rusiyanın Qarabağ mesajını çatdırmaq və detalları müzakirə etmək,Azərbaycanı mümkün hərbi əməliyyatlardan çəkindirməkdi.Rusiya bir tərəfdən danışıqları aparır,bir tərəfdən də Ermənistanı Azərbaycan əleyhinə silahlandırır.Rusiyanın bu çox vektorlu siyasəti regionda təhlükəsizliyi təhdid etməkdədir. Rusiya Sankt-Peterburqda Türkiyəyə müəyyən rayonların boşaldılması üçün söz verib.Və Türkiyə rəsmilərinin bir neçə dəfə açıqlamalarında bunun şahidi olmuşuq. Davam etdirilən Ankara-Moskva-Bakı danışıqları,yenidən nəticəsiz baş tutarsa,müharibə qaçılmaz olacaq.Yeni müharibə isə Rusiya-Türkiyə əlaqələrinin gərginləşməsi deməkdir.Türkiyə Azərbaycan tərəfindən Moskva ilə açıq və hərtərəfli Azərbaycanın deyə bilmədiklərini Rusiya ilə müzakirə edir.Bu danışıqların istənilən nəticəsi qış aylarında aydın olacaq. Muhammed Asadullazade

Yorumlar