Hazar’ın Sultanı Mihriban Paşa!

“Muharrem”-“Recep” qovğası – Türk seçicisi iki seçim arasında

Civil service system in Azerbaijan

Հեղափոխություններից հետո կալանավորումներից հնարավոր չէ խուսափել

Serj Sərkisyanın kadr dəyişiklikləri nəyə hesablanıb?

Ermenistan 6 Ekim 2016
695

Ermənistanın yeni baş naziri Karen Karapetyan ölkə iqtisadiyyatında nəsə yenilik etmək və Ermənistanı ağır iqtisadi bıöhrandan qurtarmaq istəyir. Ancaq onun istəyi azdır. Karen Karapetyan istəyini reallaşdırmaq üçün 3 ciddi maneəni aşmalıdır:

Birinci maneə idarəetmədəki korropsiyadır. Bu maneəni aşmaq üçün az qala bütün idaeətmə sistemi yenidən qurmalıdır. Ancaq çətin ki, prezident Serj Sərkisyan Karapetyana belə bir imkan tanısın.

İkinci maneə iqtisadiyyatdakı monopoliyalardır. Karapeytan heç bir monopoliya ilə bağlı deyil. O baş nazir vəzifəsinə Rusiyadan gətizdirilib. Ona görə də məntiqlə Karapetyanın Ermənistandakı monopolilayalarla mübarizə aparması mümkündür. Ancaq o yenə qarşısında Sərkiysanı görəcək. Çünki Ermənistanda monopoliyalar onun və keçmiş prezident Robert Köçəryanən dövründə kök salıb və onlar bundan imtina etmək istəmirlər.

Üçüncü maneə isə Ermənistanda maliyyə və insan resurslarının tükənməsidir. Bu digər iki maneədən ən mürəkkəbidir. Kaparetyan “islahat aparacam” desə də, bu işi aparmaq üçün onun nə kifayət qədər maliyyəsi, nə də insani resursu var. Ona görə də Karen Kapapetyan yerində sayacaq.

Karen Karapetyan SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə keçmiş köməkçisi Abel Aqanbekyanı məsləhət üçün keçən həftə İrəvana dəvət etdi. Ancaq Aqanbekyan İrəvanda jurnalistlərə Ermənistan iqtisadiyyatı barədə optimist fikir bildirmədi. Onun “Serj Sərkisyanla iqtisadiyyatı dirçəltmək mümkün olmayacaq” sözləri Ermənistanın hakim elitasına narazılıq yaratdı. “Sərkisyan heç nə bilmir” deyən Aqanbekyan Ermənistanın gələcəyi üçün yaxşı heç nə vəd etmir.

Sərkisyan Aqanbekyanın dediyi kimi iqtisadiyyatda heç nə bilməsə də, hakimiyyətdən imtina etməyəcək. Sərkisyan Konstitusiyanı da ona görə dəyişdi ki, Ermənistanı parlamentdəki çoxluq vasitəsilə idarə edə bilsin.

Buna baxmayaraq, Ermənistanın bugünkü faciəsində Aqanbekyan Sərkisyan qədər günahkardır. Məhz bu şəxs hələ SSRİ-də yeni başlanan yenidənqurma dövründə “Dağlıq Qarabağ Ermənistana məxsus olmalıdır” fikrini söyləmişdi. Bu Dağlıq Qarabağdakı erməni separatçıları üçün fitil rolunu oynadı. Aqanbekyanın “məsləhəti” ilə Sərkisyan və Köçəryan kimi separatçılar işğala baş vurmasaydılar, Ermənistan Azərbaycanla normal qonşuluq münasibətlərinə çalışsaydı, Ermənistan indiki qədər ağır vəziyyətə sürüklənməzdi. Dağıdıcı yolu seçdilər, bu da nəticəsi.

Bu arada, Ermənistan prezidenti Serj Sərkisyan müdafiə naziri Seyran Ohanyanı Viqen Sərkiysanla əvəz etdi. 1975-ci ildə anadan olan Viqen Sərkisyan İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb.

Prezidentin Viqen Sərkiysanı müdafiə naziri təyin etməsi orduda islahatlar aparması istəyi ilə bağlıdır. Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusunın əsgər və zabit heyəti tam komplekləşməyib, ərzaq və geyim təminatı aşağı səviyyədədir, ordudakı pullar yeyilib, generallar bu pullarla İrəvanda özlərinə villalar tikiblər və s. Yəni Serj Sərkisyan ordudakı bu vəziyyəti dəyişmək üçün müdafiə sistemini keçmiş administrasiya rəhbərinə etibar edib. Yəqin Sərkisyan düşünür ki, Qərb təhsili alan Viqen Sərkiysanı ordunu mükəmməl menecment əsasında quracaq, maliyyə oğurlanmayacaq. Qərb ölkələrində də müdafiə nazirləri adətən mülki şəxslər, siyasətçilər olurlar. Ancaq Qərb ölkələrində oturuşmuş siyasi sistem var. Ermənistan isə müharibə vəziyyətindədir.

Serj Sərkisyan ordunun döyüş qabiliyyəti ilə bağlı məsələləri yeni təyin etdiyi baş qərargah rəisi Movses Akopyana həvalə edəcək. Akopyan Azərbaycanla savaş təcrübəsi var, əslən Dağlıq Qarabağdandır, Xocalı soyqırımında iştirak edib. Movses Akopyan yeni təyinatına qədər “Dağlıq Qarabağ Respublikasının” müdafiə naziri olub.

Bu təyinat o deməkdir ki, Serj Sərkisyan keçmiş prezident Robert Köçəryan kimi əsas vəzifələrə, o cümlədən hərbi sahəyə Dağlıq Qarabağ ermənilərini təyin edir. Ermənistana illərdir rəhbərlik edən Qarabağ separatçılarının yerli kadrlara inamları yoxdur. Ermənistanda vəzifədə olan Dağlıq Qarabağ separatçıları Azərbaycanla müharibənin səbəbkarlarıdırlar və bölgədə sülhün əldə olunmasında maraqlı deyillər.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar