XVII. YÜZYILDA KIRIM HANLIĞI’NDAKİ GELİŞMELER

Հայաստանի չորրորդ նախագահի լիազորությունները

Afrin əməliyyatı və Suriyada yeni müharibə oyunu

Amerikalılar ve Ruslar Afrin’de PYD’yi Türk ordusunun önüne attı!

Rusiyanın yeni tələsi: məğlubiyyətə bərabər qələbə

Azerbaycan, Ermenistan, Rusya 26 Nisan 2016
856

Rusiyanın yeni tələsi: məğlubiyyətə bərabər qələbə
karabağtepe
Kreml 5 rayonun qaytarılmasına qarşılıq Ermənistanla sərhədlərin açılmasını tələb edir

Ermənistan seçim qarşısındadıır. Ya Rusiyanın forpostu olmaqda davam etməli və bölgəni Kremlin təsirində saxlamalı, ya da Qərblə danışıqlara getməli və Ermənistana Amerika investisiyalarının yatırılması üçün fürsət qazanmalıdır. Ermənistanda yeni iş yerlərinin açılmasına, sabit iqtisadi inkişaf və yeni iqtisadi imkanlar açmaq üçün İrəvanın başqa yolu qalmır. Qərblə yaxınlaşma Ermənistanı Türkiyə və Azərbaycanla sərhədləri açmağa, İrəvana investiyaların cəlb olunmasına şərait yarada bilər.

Ermənistan prezidenti Sarkisyan bu istiqamətdə real addımlar atmağa hazır görünür. Lakin Rusiya buna imkan vermək istəmir və Azərbaycanla sərhədin açılmasına nail olacağını, əvəzində isə ermənilərin 5 rayonu qaytarmalı olduğunu nümayiş etdirir. Moskva Ankara – Bakı münasibətlərini korlamağa səy göstərir. Belə ki, NATO dövləti kimi Türkiyənin bu prosesdə oynayacağı rol Ankaranı Cənubi Qafqazda Rusiya ilə bərabər əsas regional oyunçuya çevirə bilər. Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağında cərəyan edən və gələcəkdə baş verməsi ehtimal olunan gəlişmələr Rusiyanın regiondan sıxışdırılması mənasına gəldiyi üçün Kremli narahat etməyə bilməz.

Rusiyanın istəyi bəllidir. Hərbi yükləri Azərbaycandan keçməklə şose yolu və gələcəkdə bərpa olunacaq Azərbaycan-Ermənistan dəmir yolu vasitəsilə Ermənistana və əksinə daşımaq Rusiya üçün ən optimal variant kimi görünür. Əslində, 5 rayonun azad edilməsi modelinin arxasında elə bu niyyət dayanır. Rusiya Qarabağ münaqişəsini Kremlin maraqları çərçivəsində həll etmək istəyir. Bu plan baş tutarsa, Türkiyənin Cənubi Qafqaza müdaxiləsinin, NATO hərbi infrastrukturunun Rusiyanın cənub sərhədlərinə yaxınlaşmasının qarşısını almaq, ODKB və Avrasiya İqtisadi Birliyini iflasdan xilas edərək, onlara yeni nəfəs vermək niyyətindədir. Kreml hesab edir ki, Azərbaycan-Ermənistan barışığı Rusiyanın geosiyasi maraqları baxımından vacibdir.

Lakin ABŞ Qarabağ məsələsində hazırkı status-kvonun rusların xeyrinə dəyişməsini istəmir. Bununla belə, istisna edilmir ki, ilin sonuna bir neçə rayonun azad edilməsi üçün ümumi razılaşma əldə edilsin. Lakin rayonların gerçəkdən azad edilməsi problematik görünür. Bu planın reallaşması üçün Rusiya və ABŞ arasında razılaşmanın əldə edilməsi vacibdir. Hələ ki belə razılaşma mövcud deyil. Elə bu amil Qarabağda yeni savaşın başlanılma ehtimalını yaradır. Yeni savaş zamanı Rusiya 5 rayonun sərhədlərin açılması müqabilində qaytarılmasının mümkün olacağını düşünür.
karabağh
Azərbaycan Ermənistanla sərhədləri açmağa vadar edilərsə, Türkiyə narazı qala bilər. Azərbaycanın yeganə strateji müttəfiqi olan Türkiyəni itirmək yolverilməzdir. Kreml anlayır ki, Türkiyə və Azərbaycanın sıx əməkdaşlığı Orta Asiyanı da bu birliyə sövq edə bilər. Ümumiyyətlə, dünyada baş verənlər fonunda türkdilli dövlətlər arasında daha sıx əməkdaşlığa nail olmaq zəruri hesab olunur. Türk ölkələrinin bir-birilərinə münasibətindəki problemlər də geosiyasi güc mərkəzlərinin iddialarından asılıdır.

Rusiya və İran türk ölkələrinin birliyinə qarşıdır. Elə bu səbəbdən də türk ölkələri arasında anlaşılmazlıqlar mövcuddur. Bu baxımdan, türk ölkələri arasında yaradılacaq birliyinə gedən yol da Azərbaycanla Türkiyənin daha sıx inteqrasiyasının gerçəkləşməsindən keçir. Bu ideyanın reallaşması Azərbaycanın ümumi inkişafına, siyasi, iqtisadi, strateji cəhətdən uğurlar qazanmasına səbəb ola bilər. Ən əsası isə Türkiyə ilə daha sıx birlik Qarabağın işğaldan azad olunmasına çox müsbət təsir göstərə bilərdi.

Əgər, gələcəkdə Azərbaycan – Ermənistan sərhədləri açılarsa, bu məqamdan istifadə edən bəzi qüvvələr Azərbaycanın yenidən Rusiyaya birləşdirməsi ideyasını ortaya ata bilər. Bu qorxunc və zərərli ideyanı, meyli zərərsizləşdirməyin yolu isə Azərbaycan-Türkiyə birliyi ideyasını gündəmə gətirməkdən keçir…

Azər Rəşidoğlu

Yorumlar