İngiltere’nin Gazprom kararının perde arkası!

Հայաստանի տնտեսական ակտիվության ցուցանիշը հունվար-մայիսին աճել է 8.6 տոկոսով

İsrail-İran kəşfiyyat müharibəsinin yeni cəbhəsi-Afrika…

Olası ABD – İran çatışmasında Türkiye’nin izleyeceği strateji ne olur?

PAŞİNYAN XARİCİ İŞLƏR NAZİRİNİ TƏMAS XƏTTİNƏ NİYƏ GÖNDƏRİB?

Ermenistan, Gündem 22 Mayıs 2018
37

Naxçıvanda atəşkəsin pozulmasından iki gün əvvəl Ermənistan-Naxçıvan sərhədinə müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zoqrab Mnatsakanyan gəlmişdilər. Onların gəlişinin məqsədi aydın idi. Azərbaycan prezidenti İlham Əliyev erməni nazirlərin sərhədə gəlişindən iki gün əvvəl Naxçıvanda olmuş və hərbi hissələrdən birində çıxışı zamanı düşməni darmadağın edəcək silahlara malik olduğUmuzu söyləmişdi. Bu baxımdan Ermənistanın yeni baş naziri Nikol Paşinyanın buna cavab olaraq nazirlərini Naxçıvanla sərhəddə ona görə göndərib ki, ordakı ermənilərə və hərbçilərinə ürək-dirək versinlər. Bunlar aydındır.

Aydın olmayan odur ki, hərbi bölmələrə müdafiə naziri ilə yanaşı xarici işlər nazirini niyə göndərib? Xarici işlər nazirinin funksiyası başqadır axı. Görünür Paşinyan bu yolla xarici işlər nazirinin indidən barıt qoxusu almasını və bunu gələcək danışıqlara şamil etməsini istəyir. Robert Köçəryan və Serj Sərkisyanın dövründə Ermənistan xarici işlər nazirlərinin cəbhə bölgəsinə gəlmələrini xatırlamıram, heç bizim xarici işlər naziri Elmar Məmmədyarovun da təmas xəttində nə zaman olduğunu xatırlamıram…
Elhan Şahinoğlu

Yorumlar