KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Manşet Üstü
  4. »
  5. Türkiyənin ABŞ və Aİ ilə münasibətləri niyə gərginləşir?

Türkiyənin ABŞ və Aİ ilə münasibətləri niyə gərginləşir?

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
606 0

Suriyada keçirilən hərbi əməliyyatların fonunda Ankaranın Tehran və Moskva ilə əməkdaşlığı daha da güclənəcək.

Bunu Trend İnformasiya Agentliyinin Yaxın Şərq redaksiyasının rəhbəri, Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hafizoğlu bildirib.

Ekspert deyib: “Son günlər Türkiyədə belə bir fikir çox yayılıb: “Dünyanın ən güclü ölkəsi nə ABŞ, nə Avropa ölkələri, nə də digər ölkədir. Dünyanın ən güclü ölkəsi son 5 il ərzində daxildə mövcud olan beşinci kolon və xarici təhlükələrə qarşı sinə gərən Türkiyədir”.

R.Hafizoğlunun sözlərinə görə, artıq sirr deyil ki, hər keçən gün Türkiyə və ABŞ, Türkiyə və Avropa İttifaqı arasında gərginlik artır:

“Ankara-Aİ gərginliyinin başlıca səbəbi tərəflər arasında 2016-cı ilin mayında vizaların ləğvi haqqında sazişin qüvvəyə minməsinin İttifaq tərəfindən uzadılmasıdır. Digər ziddiyyətli məqamlardan biri isə Avropa İttifaqının Türkiyədə terrorla mübarizə üzrə qanunvericiliyin yumşaldılmasını istəməsidir ki, Ankara rəsmiləri bunu əsla qəbul etməyəcəklər. Hətta dünən ölkənin Baş naziri Binəli Yıldırım bu barədə açıqlama verərək terrorla mübarizənin əsla və əsla yumşaldılmayacağını bildirdi. Bir məsələni də qeyd etmək lazımdır ki, Avropa İttifaqı nə Türkiyədə baş verən hərbi çevriliş cəhdi zamanı, nə də ölkədə baş verən silsilə terror aktları zamanı Ankara ilə həmrəylik nümayiş etdirməmişdi. Bu da Ankaranın haqlı olaraq narazılığına səbəb olmuşdu”.

O qeyd edib ki, ABŞ-Türkiyə münasibətlərinə gəlincə, Ankara ilə Vaşinqton arasında da gərginliyin olduğunu söyləmək olar: “ABŞ-Türkiyə gərginliyinin başlıca səbəbi Vaşinqtonun Suriya siyasətindən, daha doğrusu, bölgədə Türkiyənin maraqlarına zidd qüvvələri dəstəkləməsindən irəli gəlir. Məsələ ilə bağlı Türkiyə rəsmiləri dəfələrlə ABŞ-a öz etirazlarını bildiriblər. Son olaraq Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu “ABŞ Türkiyənin etibarını itirir” demişdi”.

Ekspert vurğulayıb ki, əslində Suriya böhranının bu günə qədər davam etməsinin başlıca səbəbi münaqişənin həlli məsələsinə bölgə ölkələrinin deyil, qərbin birbaşa müdaxiləsi olub: “Türkiyə və ABŞ, Türkiyə və Avropa İttifaqı arasında yaşanan gərginliyin fonunda isə Ankara-Moskva əlaqələri əvvəlki vəziyyətinə qayıdır. Digər tərəfdən, Ankara və İran arasında da Suriya böhranının həlli istiqamətində ciddi məsləhətləşmələr davam edir”.

Onun sözlərinə görə, Türkiyə-ABŞ və Türkiyə-Aİ münasibətlərində gərginliyin nə vaxta qədər davam edəcəyini indidən söyləmək doğru olmazdı: “Lakin bu gərginliyin fonunda, xüsusən də Suriyada keçirilən hərbi əməliyyatların fonunda Ankaranın Tehran və Moskva ilə əməkdaşlığının daha da güclənəcəyini söyləmək olar”.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir