Darbe söylentileri ve MHP Kongresi!

Yeni Yılda İran Siyaseti: Yeşil Hareket ve Beklentiler

ANKARA’NIN SAKLI VE SAHİPSİZ GÜZELLİKLERİ

UKRAYNA’DAN SONRAKİ HEDEF KAZAKİSTAN MI?

Turan Rzayev: Gürcüstan bu halda Rusiya ilə münasibətləri bərpa edə bilər

Gürcistan 11 Ekim 2021
29
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Gürcüstan xarici işlər naziri David Zalkaliani Türkiyə və Azərbaycanın təklif etdiyi “Altılıq platforma” (“3+3” – Azərbaycan-Gürcüstan-Ermənistan və Türkiyə-Rusiya-İran) haqda danışarkən Gürcüstanın Rusiya ilə birgə “3+3” formatında iştirakın çətin olacağını qeyd edib.

Zalkalianinin bu sözləri mahiyyət etibarilə Gürcüstanın Rusiya faktoruna görə “Altılıq platforma”ya qatılmayacağı təəssüratı bağışlasa da belə deyil. Rəsmi Tiflis bununla Rusiyaya görə yox, Rusiyanın Gürcüstanda yaratdığı konfliktlərə görə platformaya qatılmaq istəmədiyini qeyd edir. Təsadüfi deyil ki, Zalkaliani “Abxaziya və Cənubi Osetiyadan Rusiya qoşunlarının çıxarılması məsələsində inkişaf olmadıqca belə formatda oturmaq və hansısa infrastruktur layihələrindən danışmaq çox çətindir” deyib. Yəni Gürcüstan bununla Abxaziya və Osetiya münaqişələrini qabardaraq topu Rusiyanın üzərinə atır.

Tiflisin Kremldən gözləntisi haqsız deyil. O da Azərbaycan kimi Abxaziya və Cənubi Osetiya münaqişlərinin bu və ya başqa formada həll edilməsini istəyir. Rusiya əgər Qarabağda olduğu kimi Gürcüstanın Abxaziya və Cənubi Osetiya münaqişələrinin də nizamlanmasına dəstək versə və ya razı olsa rəsmi Tiflis həm altılıq platformaya qatıla bilər, həm də mövcud Rusiya-Gürcüstan münasibətləri normallaşa bilər.

Lakin rəsmi Tiflisin istəyi heç də asan bir şey deyil. Əvvəla ona görə ki, Abxaziya və Osetiya münaqişələri Qarabağla eynilik təşkil etmir. Mahiyyət etibarilə Qarabağ üçüncü bir dövlətin işğalı əsasında yaranan süni bir münaqişədir. Abxaziya və Osetiya isə 3-cü bir dövlətin işğalı olmadan tamamilə etnik zəmində yaradılan bir münaqişədir. Yəni bu münaqişələrin həll yolu Qarabağla eyni ola bilməz.

Rəsmi Tiflis əgər Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllini istəyirsə, Kremlə yardım etməli, daha dəqiq desəm, kompromisə getməlidir. Yəni Gürcüstan ərazi bütövlüyünü bərpa etmək istəyirsə Cənubi Osetiya və Abxaziya ilə konfederasiya halında bir araya gəlməlidir.

Bu prosesdə Tiflisə Rusiya, Türkiyə və Azərbaycan da yardım edə bilər. Nəzərə almaq lazımdır ki, Rusiya Abxaziya və Cənubi Osetiya separatçıları ilə ən sıx əlaqəyə malik ölkədir. Yəni belə bir təklifi separatçılar da Rusiya xətti ilə dəstəkləyə bilərlər. Türkiyə isə Qarabağ, Suriya, Liviya münaqişələrində kifayət qədər vasitəçilik təcrübəsinə malik ölkədir. Digər tərəfdən, bu gün Türkiyədə 19-cu əsrdən köçən, bu gün də bu ölkədə yaşayan kifayət qədər abxaz var.

Azərbaycana gəldikdə isə rəsmi Bakı yenicə 27 illik bir münaqişəni bitirən, eyni zamanda Gürcüstanın etibarlı tərəfdaşı olan bir ölkədir. Nəticə etibarilə Gürcütsanın konfederasiya halında Abxaziya və Cənubi Osetiya ilə birləşməkdən başqa bir yolu yoxdur.
Turan Rzayev

Yorumlar