KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Turan Rzayev: Dokertini Bakıya gətirən iki mühüm səbəb – Noyabrın 30-dan sonra Ermənistan…

Turan Rzayev: Dokertini Bakıya gətirən iki mühüm səbəb – Noyabrın 30-dan sonra Ermənistan…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
186 0

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Cənubi Qafqaz Turnesi çərçivəsində Azərbaycana gəldi. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr apardı.

L.Dokertinin indiki məqamda Azərbaycana səfər etməsi diqqət çəkir. Məsələ ondadır ki, Azərbaycanla Qərb arasında münasibətlər gərginləşib. Xüsusilə ABŞ və Fransanın Ermənistana verdiyi dəstək rəsmi Londonu ciddi şəkildə narahat edir.

Böyük Britaniyanın Cənubi Qafqazda iqtisadi-siyasi maraqları var. ABŞ və Fransanın Ermənistana verdiyi dəstək indiki məqamda bu maraqlarla üst-üstə düşmür.

Ümumiyyətlə, Fransa və ABŞ son 200 ildir ki, Cənubi Qafqazda nüfuz mübarizəsi aparırlar. Yəni London Parisin regiona sirayət etməsi, dayaqlarını möhkəmləndirməsi ilə barışa bilməz. ABŞ-a gəldikdə isə London və Vaşinqton qlobal sferada müttəfiqdirlər. Amma hazırkı situasiyada, görünür, bir-birinin maraqları nəzərə alınmayıb.

Bu mənada L.Dokerti Cənubi Qafqaza iki məqsədlə gəlir:

1. Azərbaycanın Fransa, ABŞ və Qərblə gərginləşən münasibətlərini normallaşdırmaq;

2. Londonun bölgədəki enerji və təhlükəsizlik maraqlarını qorumaq;

L.Dokertinin Azərbaycana səfərindən sonra ABŞ-la gərginliyin müəyyən qədər səngiyəcəyini demək olar. Xüsusilə Londonun bölgədəki enerji və təhlükəsizlik maraqlarını nəzərə alsaq, L.Dokerti Azərbaycanla Ermənistan arasında sülh prosesi istiqamətində maneələri aradan qaldırmaq üçün səyləri artıracaq. Onun səfəri fonunda rəsmi Bakı ilə noyabrın 30-da iki ölkənin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa gəlinməsi də diqqətçəkən nüansdır.

Mümkündür ki, bu səfər və noyabrın 30-da baş tutacaq görüşdən sonra növbəti danışıqlar Azərbaycan Prezidentinin təklif etdiyi kimi, Tiflisdə baş tutsun.

Turan Rzayev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir