22 oktyabrda bütün Gürcüstan ictimaiyyətinin nəzərlərinin yönəldiyi Borçalı (hazırki Marneuli) rayonunun 48 saylı Qızılıhacılı seçki məntəqəsində majoritar qaydada keçirilən təkrar deputat seçkilərində Gürcüstan azərbaycanlıları onlara zorla sırınan qeyri-azərbaycanlı namizəddən imtina edərək seçmək və seçilmək mətanəti, yüksək siyasi iradə nümayiş etdirdilər.
Bütün təhdid və təzyiqlərə, qanun pozuntularına etiraz etməsi səbəbindən haqsız yerə 6 soydaşımızın həbs edilməsinə baxmayaraq Qızılhacılı sakinlərinin Əhməd İmamquliyevə səs verərək, onun deputat seçilməsində israr göstərməsi daha bir soydaşımızın qanunverici orqanda təmsilçilik haqqı əldə etməsindən çox 8 oktyabrda keçirilən parlament seçkilərində Gürcüstanın digər ərazilərindən fərqli olaraq azərbaycanlılar yaşayan seçki dairələrində törədilən nümayişkaranə seçki pozuntularına, milli azlığın seçki hüququna göstərilən sayğısızlığa azərbaycanlıların verdiyi tutarlı cavab kimi də dəyərləndirmək olar.
Qızılhacılı kəndinin sakinlərinin nümayiş etdirdiyi bu siyasi iradə gələcəkdə Gürcüstan hökumətini iqtidarda kimin olmasından asılı olmayaraq artıq gənc azərbaycanlı siyasi düşüncəyə sahib nəslin, dövlətin idarəçiliyində iştirak etməkdə israrlı olanların iddiaları, seçilmək hüquqları ilə hesablaşmasının əsasını qoyacaq.
Bir çox ekspertlər öncədən bildirirdilər ki, əgər 22 oktyabrda da seçkinin nəticəsini tanımaqdan imtina edərək növbəti dəfə bütün seçki dairəsi ərazisində təkrar seçki keçirilməsində israr edilərsə bunun beynəlxalq təşkilatlar tərəfindən açıq-aşkar qanun pozuntusu və milli azlığın hüquqlarının pozulması kimi dəyərləndirilməsi ehtimalı böyükdür.
Hələlik isə Borçalıdakı (Marneuli) soydaşlarımız 30 oktyabrda keçiriləcək təkrar seçkiyə hazırlaşırlar. Gürcüstan hökumətindəki müəyyən dairələr ölkə parlamentində azərbaycanlıların sayının artmasının qarşısını almaqda, Əhməd İmamquliyevin şəxsində gənc nəsil azərbaycanlılar isə dövlətin inzibati resursları ilə mübarizəni sona qədər davam etdirərək pozulmuş hüquqlarını bərpa etməkdə israrlı görünürlər… Elmeddin Behbud
Borcalılar yene Ehmed Imamquliyeve ses verdi
712 0

EtiketlerBorcalılar yene Ehmed Imamquliyeve ses verdiQızılhacılı sakinlərinin Əhməd İmamquliyevə səs verdi
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.