KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Qənimət Zahid: Casus «Pegasus» deyil, dövləti zəbt edib onun təpəsində oturanlardır!

Qənimət Zahid: Casus «Pegasus» deyil, dövləti zəbt edib onun təpəsində oturanlardır!

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
294 0

Pegasus casus proqramı ilə bağlı xəbərlər yenilənir və əksəriyyətimiz (elə mən də) bu hadisəyə ironiya ilə yanaşırıq. Azərbaycan kimi avtoritar cəhənnəmə çevrilmiş ölkədən bundan daha artığını da gözləmək olar.
Amma bu xəbəri sadəcə ironiya ilə yola vermək azdır. Bunu etmək olmaz. Çünki, bu, cinayətdir. Dövlət adına cinayətdir. Dövlətin imkanlarından istifadə edərək törədilmiş dəhşətli, ağır bir cinayətdir. Hadisənin yalnız Azərbaycanla məhdudlaşmadığını, buna bənzər dövlətlərin də eyni mərkəzlə əlbirlə olaraq törətdiyi əməl olduğu üçün bəşəri cinayətdir.
İndi həmin bu casus proqramını satan İsrail şirkəti «biz terrorizmə qarşı mübarizə üçün istehsal etdik» deyib canını qurtara bilməz. Belə çıxa bilər ki, nüvə silahını da istehsal edən şirkət dünyada sülhün zəmanəti olaraq onu hər kəsə satmaq hüququna bəraət qazandırır.
İsrail şirkətinin qurduğu bu Pegasus casus proqramı terrorizmə qarşı mübarizə üçün deyil, kibercinayətkarlıqla məşğul olan hökumətlərə satılıb. Dinc vətəndaşlara qarşı dövlət terrorunun təşkil edilməsinə dəstək verilib.
Bundan sonra bu kütləvi cinayətin qiymətləndirilməsi mərhələsi gəlir. Şəxsi həyatın toxunulmazlığı ilə bağlı bütün yerli və beynəlxalq qanunlar pozulub. Bir İsrail şirkəti (arxasında İsrail dövlətinin varlığı- yoxluğu da bəlli olacaq), bir də ayrı- ayrı ölkələrin hökumətləri birləşərək terrora bulaşıb, ən xırda cinayətlərə belə heç bir dəxli olmayan insanlara qarşı cinayət törədiblər, bu cinayət bir neçə ildir, davam edir.
Əlbəttə, təqibə, qanunsuz izləməyə, dinləməyə məruz qalan, şəxsi məlumatları ələ keçirilən insanlar bütün ölkələrdə, o cümlədən Azərbaycanda məhkəməyə müraciət etməli və bu prosesi hər bir ölkə üçün uyğun olan mərhələlərlə sona qədər aparmalıdırlar. Mən də, əlbəttə, məhkəməyə müraciət edəcəm. Bu, hüquqi davadır.
Bir də bu prosesin siyasi tərəfi var. Dinləməyə məruz qalan insanların hamısı ictimai- siyasi fəallardır. Onların yarısı, bəlkə bir qədər də artığı öz mövqelərini hakimiyyətin iradəsinə, inzibati qorxuya, yaxud başqa səbəblərdən yarana biləcək təhlükələrə görə hakimiyyətin iradəinə təslim etmiş adamlardır, bu adamların etirazının şahidi olmayacağıq. Bu siyahıda o adamlar məhkəmə iddiası qaldıracaq ki, avtoritar hakimiyyət onları sındıra bilməyib. Isndırılmış mövqelər hətta bəraət də qazandıra bilərlər ki, guya « dövlətin maraqları- mənafeləri » bunu tələb edirsə, onlara qurbandır. Amma bu, əlbəttə, arqument deyil. Dövlətin, hətta öz maraqları naminə quldurluq etmək səlahiyyəti yoxdur. Bu halda, Azərbaycan dövləti adından quldurluq, kibercinayət, mənəvi terror töprədilib və buna görə dövləti bu kökə salanlar cavab verməlidirlər.
Mənim şəxsi mövqeyim belədir ki, Azərbaycanda dövlət ləğv edilib, bunu sübut etmək üçün yüzlərlə arqumentlər- sübutlar təqdim edə bilərəm. Yəni, hətta bu kiberquldurluq Azərbaycanda dövlətin sıradan çıxarıldığının yeganə sübutu deyil. Biz bu cinayəti törədənləri məhkəmə qarşısına çıxarmaqla Azərbaycan dövlətini bu rəzalətdən xilas etmək yollarının birinə baş vurmuş oluruq. Başqa yollar isə siyasi aktivlikdən keçir. Bütün cəmiyyətin, həmin o minlərlə insanın siyasi fəaliyyətindən keçir.
Bu faktın ifşa edilməsi həm də onu zəruri edir ki, «ictimai- siyasi aktiv» adı ilə təqdimatı olan insanların hamısı bir şüar və bir çətir altında siyasi mübarizədə səfərbər olsun. Yoxsa, «bunlardan sonra hansı model olacaq, hökumətin prioritetləri nələr olacaq, hansı platforma daha uyğun olmalıdır» kimi söhbətlər mənasız və düşük müzakirələrdir. Bunlar olmayacaq ! Bu nadanların söz, imtiyaz və hökm sahibi olmadığı Azərbaycan qurulmalıdır. Yalnız o zaman Azərbaycanda dövlət beyinsiz güruhun pəncəsindən xilas edildi və bu dövləti inkişaf etdirmək üçün hansı yollar zəruridir kimi müzakirələr açıla bilər.
Biz hansısa İsrail şirkətinin ərköyünlüyünü yox, bu ərköyünlüyün kriminallaşması, bu kriminalın dövlət adına vətəndaşlara qarşı tətbiq edilməsi, vətəndaşlarımızın kriminal bir ərköyünlüyün güdazına verilməsi kimi dəhşətli bir faktla üz- üzəyik.
Ya dövlət, ya da bu kriminal «elita»!.. Bunlar varsa, dövlət yoxdur, dövlət varsa, bunlar yoxdur!
Qənimət Zahid

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir