TASAVVUF NEDİR ACABA?

Türkiye ve Azerbaycan şu iki alternatifi gündeme getirmeli

İmparatorluk refleksi ve kendini gösterme duygusu

24. Yıldönümünde İnsanlığın Utanç Tarihi : Hocalı’da kan donduran vahşet!

Putinin “qədim rus torpaqları” hansı dövlət(lər)ə mesajdır?

Gündem 22 Haziran 2020
127

Rusiya prezidenti Vladimir Putin hələ də SSRİ-nin xisləti ilə yaşayır. Onun 4 ildə SSRİ ilə bağlı dediyi 3 əsas fikri xatırlatmaq istəyirəm.

2016-cı ildə səsləndirdiyi birinci fikir: “SSRİ-ni dağıtmaq lazım deyildi”.

2020-ci ilin aprelində səsləndirdiyi ikinci fikir: “SSRİ-nin bərpası kimi fikirlərdən qorxmaq lazım deyil, birlik hamının xeyrinədir və bu qaçılmazdır”.

2020-ci ilin iyununda, yəni bir neçə gün əvvəl səsləndirdi üçüncü fikir: “Respublikalar SSRİ-ni tərk edərkən, rus xalqından hədiyyələr – torpaqlar aparmamalı və çıxdığı ilə getməli idi”.

Putin bu açıqlamalarıyla nə demək istəyir? SSRİ-ni bərpamı etmək istəyir, yoxsa öz təbirincə desək, “rus xalqına məxsus torpaqları” qonşularından geri almaq haqqında planlarmı qurur? Məsələ burasındadır ki, Putindən başqa vaxtilə SSRİ-yə daxil olan heç bir ölkənin lideri keçmiş imperiyanın bərpasını istəmir. SSRİ-nin bərpası yalnız güc yoluyla mümkündür, bu isə yeni müharibələr deməkdir.

Vladimir Putinin “Rossiya 1” telekanalında dünən yayımlanan “Moskva. Putin. Kreml” verilişində SSRİ ilə bağlı açıqlamasını diqqətlə izlədim. Deməli, Putin jurnalistin suallarına cavab verərkən mövzuya dəxli olmadan qəfil keçdi keçmiş SSRİ-yə. Putin “Rusiyadan qoparılan torpaqlarla” bağlı cümlələrini yüksək tonda və elə aramla dedi ki, sanki qonşularına mesaj göndərdi. Bu əvvəlcədən düşünülmüş idi, hətta operatora tapşırıq verilmişdi ki, Putin “Rusiyadan qoparılan torpaqlarla” bağlı cümlələrini deyərkən Kreml sahibi ekranda geniş pılanda göstərilsin. Putinin mesajından belə çıxır ki, o Rusiyanın qonşularına məxsus “torpaqları” geri almaq barədə düşünür.

Vladimir Putin iyulun 1-də keçiriləcək referendum hazırlaşır. Aydındır ki, nəticə onun xeyrinə olacaq və Putin yeni Konstitusiyaya görə 2036-cı ilə qədər hakimiyyətdə qala biləcək, yəni daha 16 il Kremldə oturmağı planlaşdırır. Görünür, Putin indidən “qədim rus torpaqlarından” danışır ki, növbəti prezidentlik müddətində qonşuları qeyri-müəyyən gələcəyə hazırlaşsınlar.

Əsas sual budur: Putin Rusiyadan guya qoparılan hansı torpaqları nəzərdə tutur?

Rusiya Putinin hakimiyyət dövründə Abxaziyanı, Cənubi Osetiyanı, Krımı ilhaq edib, Ukraynanın şərqində separatçı bölgə formalaşıb. Putin Qazaxıstanamı işarə edir? Çünki, o və digər rus rəsmiləri, o cümlədən bir qrup millətçi tarixçi hesab edir ki, guya tarixdə Qazaxıstan adında dövlət olmayıb və bu dövlətin bir hissəsi “qədim rus torpaqlarıdır”. Putin Qazaxıstandan həmin torpaqları necə tələb edə bilər? Axı Qazaxıstan Rusiyaya zidd siyasət yürütmür, əksinə Astana Moskva ilə strateji tərəfdaşlığa sadiqdir.

Putin başqa hansı torpaqlara iddia edə bilər? Dünyanın ərazicə ən böyük dövləti Rusiyadır. Putin prezidenti olduğu bu böyük dövlətin inkşafına nail ola bilmir, yeni torpaqlar onun nəyinə lazımdır? Axı bu qarşıdurmalar və müharibələr deməkdir.

Azərbaycan illər boyu torpaqlarını itirə itirə gedib. Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, tarixi torpaqları ilə həmsərhəddir. Məsələyə Putinin məntiqi ilə yanaşsaq, biz də deməliyik ki, “qonşularımız müstəlilliklərini əldə edərkən, tarixi Azərbaycan torpaqlarından imtina etməliydilər, özləri ilə aparmamalı idilər”. Bu sözlər Rusiyanın sahib olduğu qədim Azərbaycan torpağı olan Dərbəndə də aiddir. Ona görə də Putinin son açıqlamasını özünə iadə etsək, bunun Azərbaycana aiddiyyatı yoxdur, Azərbaycanın ərazisində “rus torpaqları” yoxdur, əksi var…

Elhan Şahinoğlu

Yorumlar