KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. “Prezident Ruhaninin özünə qarşı çıxan mühafizəkar qüvvələr Azərbaycanı da hədəf seçir”

“Prezident Ruhaninin özünə qarşı çıxan mühafizəkar qüvvələr Azərbaycanı da hədəf seçir”

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
296 0

İrandan qaynaqlanan təxribatların arxasındakılar

“İranda fəaliyyət göstərən bəzi dairələrin mütəmadi olaraq Azərbaycana qarşı destruktiv, pozucu fəaliyyətinin bü günlərdə daha da şiddətləndiyini müşahidə edirik. Ölkəmizdə baş verən bəzi hadisələrin İranda yerləşən bəzi qüvvələr tərəfindən məqəsdyönlü şəkildə qəsdən qızışdırıldığını, əhali arasında qorxu, təşviş hissələri yaradılmağa çalışıldığnı, bunun hətta ölkə hakimiyyətinə, Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı yönəldilmək istənildiyini görməmək mümkün deyil”.

Bunu Bizimyol.info -ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. O, bildirib ki, istənilən ölkənin xarici siyasəti, kəşfiyyat fəaliyyəti və s. heç də bir mərkəzdən idarə olunmur və burada müxtəlif qüvvələrin təsiri, qarşılıqlı ziddiyyətləri özünü göstərir:

“Xüsusilə, İran kimi daxili ziddiyyətləri kəskin olan bir ölkədə heç də prezident və ya Ali Dini rəhbər külli-ixtiyar sahibi deyil. Bu ölkədə müxtəlif güç mərkəzlərinin olması sirr deyil ki, buraya da klerikal elita və onun başçılıq etdiyi mühafizəkar kəsim, onlara qarşı duran islahatçılar, hərbi elita, böyük biznes strukturları və s. daxildir.

Onların daxili qarşıdurması ölkənin xarici siyasətini də anlaşılmaz və ziddiyyətli edir. Xüsusilə, islahatçılar və mühafizəkarlar arasında münasibətlər daima gərgin olub. İslahatçıların təmsilçisi prezident Ruhani də bir çox hallarda ona müxalif mövqedə olan mühafizəkarlar qarçısında geri çəkilməli olur. Ruhaninin ikinci müddətə president seçilməsinə qarşı olan mühafizəkarlar onun həyata keçirmək istədiyi büdcənin sosial təyinatlı olması, qonşularla əməkdaşlıq, müvə sazişinə əməl olunması xəttinin əksinə olaraq ölkənin sərt xarici siyasət və regionda davamlı kəşfiyyat fəaliyyəti aparmasında, regional ambisiyaların hərbi yolla həyata keçirilməsində, silahli qruplara dəstək verilməsində maraqlı qüvvə hesab olunur.

Onların bu fəaliyyəti ilk növbədə prezident Ruhaninin özünə qarşı yönəlib və onun siyasətinin həyata keçirilməsinə mane olur. Bu hədəflərdən biri də Azərbaycandır.Sosial şəbəkələrdə, İranın bəzi mətbuat orqanlarında ölkəmizə qarşı bu təxribatların arxasında İrandakı bu qüvvələr dayanır”.

Politoloq deyir: “Çox qəribədir ki, İran hazırda onun regiondakı geosiyasi, iqtisadi, hərbi, enerji maraqları əleyhinə aşkar siyasət yürüdən, NATO-ya inteqrasiya etməyə çalışan, Qərbdəki bəzi dairələrin dəstəyi ilə hakimiyyətə gələn və qarşısında qoyulan vəzifələrdən biri İrana qarşı destruktiv siyasət yeritmək olan Ermənistan hakimiyyətinə qarşı belə bir sərt mövqe nümayiş etdirməyə özündə cəsarət tapa bilmir. Habuki, onun illərdir Ermənistana və Dağlıq Qarabağa yatırdığı milyonlarla dollar sərmayə batmaq təhlükəsi ilə üzləşib. Ermənistan bildiyimiz kimi İranı əsasən elektrik enerjisi ilə təmin edir. Günlərin birində bizdə baş verən texnogen qəza ilə müqayisəolunmaz dərəcədə böyük olan Metsamor Atom elektrik stansiyasında texnogen fəlakət baş verə bilər və bunun nəticələri Ermənistan və bütün region üçün, o cümlədən İranın özü üçün cox dəhşətli ola bilər. Yaxud Ermənistan sadəcə İrana elektrik enerjisi verməkdən imtina edə bilər. İran özü də qaranlığa qərq ola bilər. Həm də uzun müddətə. Bəs nə səbəbə bütün bunları bilə-bilə İran Ermənistanı yox, ona daima dosluq əli uzadan, əsrələrcə bir yerdə olduğu, ümumi tarix, din, oxşar mədəniyyətə sahib olduğu Azərbaycanı hədəf seçir?! Azərbaycan bütün təzyiqlərə sinə gərərək İrana qarşı heç bir fəaliyyətdə iştirak etməyib, nə də öz ərazisindən bu dövlətə qarşı hər hansı tədbirlər keçirilməsinə imkan verməyib. Əksinə, Azərbaycan prezidenti İlham Əliyev hər zaman bəyan edib ki, İran bizim qonşu dövlətdir və biz ona qarşı heç bir fəaliyyətə icazə verməyəcəyik. Və dediyi sözün də üstündə dayanıb, vədinə sadiq qalıb”.

Nəzakət Məmmədova bildirir ki, Azərbaycan hətta bütün beynəlxalq təzyiqlərə baxmayaraq sanksiyalarla hədələnən İrana yardım əlini uzadıb: “İrana 500 milyon dollar kredit verib, Şimal- Cənub layihəsində iştirakına razılıq verib, beynəlxalq təcridə məruz qalmaması üçün özünün təşəbbüskarı olduğu nəhəng nəqliyyat-kommunikasiya layihələrində iştirak xahişini rədd etməyib. İranın apardığı regional lider dövlətə çevrilmək ambisiyaları onun daxilində əhalinin narazılığına, sosial-iqtisadi zəmində iğtişaşlara səbəb olanda Azərbaycan heç zaman İrana qarşı analoji addım atmayıb və qızışdırıcı mövqedən çıxış etməyib. Əksinə, Azərbaycan prezidenti və ölkəmizin insanlarının əksəriyyəti qonşu ölkədə tezliklə əmin-amanlığın bərqərar olmasını arzu ediblər. Azərbaycanın İranda 30 milyonluq bir gücü var. Bu gücdən istədiyi formada istifadə edə, onları təşkilatlandıra və yönləndirə bilər. Üstəlik, nəzərə alaraq ki, onlar İran rejimindən xilas olmağa çalışır, dəfələrlə böyük milli azadlıq hərəkatları baş veib və hazırda da İranda bunun üçün əlverişli zəmin var. Lakin Azərbaycan bunu etmir və beynəlxalq hüquqa sadiq qalaraq, vicdanlı şəkildə müqavilə öhdəliklərini yerinə yetirir, İranın ərazi bütövlüyünə, suverenliyinə, daxili sabitliyinə xələl gətirəcək heç bir fəaliyyətdə iştiral etmir. Halbuki, bunu Ermənistan haqda demək olmaz. İranın Ermənistandakə səfiri bu yaxınlarda bu ölkənin müdafiə naziri ilə görüşüb. Böyük ehtimalla Paşinyanın Brüssel səfəri ərəfəsində İranın təşvişə düşməsi, eyni zamanda böyük güclərin geosiyasi ziddiyyət poliqonuna çevrilmiş bu ölkə ərazisindən İrana qarşı kəşfiyyat-pozuculuq, təxribat fəaliyyətlərinin aparılmasına görə yaranan narahatlıq ifadə olunub. Azərbaycan bunların heç birini etmir və İran bunu qiymətləndirməli, ölkəmizə və onun rəhbərliyinə minnətdar olmalıdır. Lakin nə baş verir?! Tam bu dediklərimizin əksinə olaraq, İrandakı mühafizəkar qüvvələr Azərbaycanda fəal kəşfiyyat-pozuculuq işi aparır, radikal şiəyönümlü dini qruplara himayədarlıq edir, üstəlik virtual təxribat-pozuculuq, dezinformasiya fəaliyyəti apararaq əhali arasında çaşqınlıq yaratmağa çalışır”.

Nəzakət Məmmədova bildirir ki, istənilən dövlət texnogen qəzalardan, təbii fəlakətlərdən, yüksək vəzifəli şəxslərə qarşı sui-qəsdlərdən sığortalanmayıb və bunu dramatikləşdirib siyasi məqsədlərlə istifadə etmək nalayiq hərəkətdir: “Daim öz tarixinin qədimliyi ilə öyünən İran belə bu gün beynəlxalq sanksiyalarla, təyyarə qəzaları ilə, sosial-iqtisadi zəmində baş verən iğtişaşlarla, daxili çəkişmələrlə, təbii fəlakətlər zamanı bunun nəticələrinin aradan qaldırılmasına təkbaşına qadir olmamaqla, beynəlxalq terroru dəstəkləməklə və s. gündəmə gəlir. Lakin Azərbaycan heç zaman bunu daxili narazılıq üçün istifadə edib, ucuz siyasi manevrlər etmir, baxmayaraq ki, İranda baş verən bütün bu texnogen qəzalarda və təbii fəlakətlərdə zərərçəkənlərin əksəriyyəti azərbaycanlılardır və Azərbaycanın müdaxilə etməyə, rəy bildirməyə tam haqqı var. Azərbaycanda isə fars millətindən olan heç kəs zərər çəkmir, əziyyətə qatlaşmır”.

“Azərbaycana qarşı İrandan yönəldilən fəaliyyətlər qonşuluq və dostluq, müsəlman həmrəyliyi prinsiplərinə ziddir və dərhal dayandırılmalıdır. Əks halda bundan zərər çəkən elə birinci İranın özü olacaqdır. Çünki şüşə qalada oturub ətrafa daş atmaq ağıllı addım deyil”,-deyə politoloq qeyd edib.

https://www.bizimyol.info/az/news/82504.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir