Azərbaycanın Qarabağ müharibəsindən sonra Qərblə əməkdaşlığını inikişaf etdirməsi və yeni bir siyasi mərhələyə başlaması labüd idi. Xüsusilə, NATO ilə əlaqələrin davam etdirilməsi və regionda mürəkkəb bir vəziyyətin yaranması prosesində Azərbaycanın bu əməkdalığa ciddi bir ehtiyacı var.
Qeyd edim ki, prezidentin köməkçisi Hikmət Hacıyevin NATO Baş katibi ilə görüşü və ardınca Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı ilə görüşü hər iki təşkilatla Azərbaycan arasında bundan sonra yeni bir əməkdaşlıq mərhələsi kimi qiymətləndirmək olar. Hər iki mötəbər qrumun regionda və beynəlxalq proseslərdə aktiv rolu, Azərbaycana dəstəyi xüsusi əhəmiyyət daşıyacaq. NATO ilə əməkdaşlığın inkişaf etdirlilməsi məhz hazırkı siyasi müstəvidə Azərbaycanın mövqeyini gücləndirə bilər. Çünki, Ermənistanla sərhəd məsələsində problemlər ortaya çıxır, Azərbaycana qarşı haqsız siyasi hücumlar edilir. Ona görə də Ermənistanın bu siyasətinin qarşısnı almaq və diplomatik müstəvidə mövqelərimizi möhkəmləndirməsinə gətirib çıxaracaq. Ona görə də bu kimi səfərlər və görüşlər intensiv olmalı və hücum diplomatiyasını inkişaf etdirməklə, bundan sonrakı Qarabağda, dövlət sərhəddində Ermənistanın provakasiyalarını neytarllaşdıra bilərik.
Azərbaycanın qarşısında çətin və gərgin bir siyasi mərhələ var. Qarabağ müharibəsindən sonra yeni bir siyasi çağrışlarla üz-üzəyik. Bu, gərgin siyasi prosesdə Qərblə yeni müstəvidə siyasi əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın mövqelərini gücləndirlməsinə gətirib çıxara bilər. NATO ilə əməkdaşlığa gəldikdə isə, ordumuzun NATO standartlarına keçidi sürətləndiriləcək və bu istiqamətdə Alyans Azərbaycana dəstəyini ifadə edəcək.
NATO Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır.
Birinci, bununla Cənubi Qafqazda müharibədən sonra, geosiyasi mövqeyini möhkəmləndirəcək.
İkinci, Xəzər hövzəsində və Mərkəzi Asiyada yeni bir siyasi xətt izləyəcək.
Üçüncü, Rusiyanın mövqeyini zəiflətməyə çalışacaq.
Azərbaycan üçün isə, NATO ilə yeni bir əməkdaşlığın formulu aşağıdakılar ola bilər.
Birinci, ordunu NATO standartlarına uyğun olaraq quraraq, Alynasın dəstəyini alacaq.
İkinci, Ermənistanla problemlər fonunda NATO ilə əməkdaşlıq formatı çərçivəsində digər ölkələrin hərhansı bir siyasi təziqlərini neytrallaşdıra biləcək.
Üçüncü, Rusiya ilə əlaqələrində geniş manevr edecək.
Milli Cəbhə Partiyası olaraq Azərbaycanın NATO ilə əlaqələrin inkiaşfına dəstək veririk. Qarabağda hərbi qələbədən sonra siyasi qələbəni dayanıqlı etmək üçün Qərblə əməkdaşlığın yeni bir mərhələdə aparılmasını təşviq edirik.
Məhəmməd Əsədullazadə