KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Asif Nerimanlı: Moskvada Əliyev-Putin görüşünün ictimaiyyətə açıq hissəsində üç məqam diqqət çəkdi

Asif Nerimanlı: Moskvada Əliyev-Putin görüşünün ictimaiyyətə açıq hissəsində üç məqam diqqət çəkdi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
272 0

Birincisi, Əliyev iki dəfə “münaqişədən sonrakı” ifadəsini işlətdi və qeyd etdi ki, “münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik, düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”: bu, “Moskvaya gələcəyi müzakirə etməyə gəlmişəm” deməkdir;

İkincisi, Putin Əliyevə “kompromisli qərarların tapıldığı” üçün təşəkkür etdi və qeyd etdi ki, “nizamlama istəyiriksə, – biz hamımız isə bunu istəyirik, – onda bu yolla getməliyik”: bu, Rusiyanın Bakıdan güzəşt istədiyi deməkdir, lakin bu güzəştlər münaqişə ilə bağlı deyil; münaqişənin bitdiyinə dair mövqeni Moskva da Bakı ilə paylaşır; Moskva üçün vacib olan Ermənistanın yox, Rusiyanın bölgədə qalmasını təmin etməkdir və görüşdən öncə qeyd etdiyimiz kimi, “ruslar Qarabağda öz gələcəklərini və kommunikasiyanın bərpasında cari prioritetlərini – ehtimal ki, Ermənistana quru əlaqəsinin daha tez əldə etmək istəyirlər – həll etmək niyyətindədir”;

Üçüncüsü, liderlər sərhəddə baş verən toqquşmalara toxunmadı: mümkündür ki, Moskvada da Ermənistanın sərhəddə hücumlarının məqsədini anlayırlar və qapalı görüşün əsas müzakirə
mövzularından biri də sərhədlərin delimitasiyasıdır;

Görüşdən sonra proseslərin cari dövr üçün iki istiqamətdə inkişafını təxmin etmək olar:

– Putin Əliyevlə görüşdən sonra Paşinyanla təmasa keçəcək: Bakının mövqeyini çatdıracaq; sərhəddəki gərginliyi aradan qaldırmağa çalışacaq;

– Hər iki görüşün – Putin-Paşinyan, Putin-Əliyev – cari nəticəsi olaraq, erməni diversantlarla mina xəritələrinin növbəti dəfə “barter” edilməsi gözləniləndir.
Asif Nerimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir