KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev:İlham Əliyev Soçiyə getməlidirmi?

Kamal Aliyev:İlham Əliyev Soçiyə getməlidirmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
349 0

Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan prezidenti İlham Əliyev,Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti dəfə üçtərəfli görüş keçiriləcək.Artıq erməni baş nazir N.Paşinyan Soçiə gedəcəyinin anonsunu verib.Azərbaycanın dövlət başçısı İ.Əliyevin isə hələ ki,Soçiyə gedəcəyi haqqında rəsmi və ya qeyri-rəsmi açıqlama yoxdur.Hal-hazırda Azərbaycan ictimaiyyətində,sosial-mediada Əliyevin Soçiyə getməməsi yönündə çagırışlar var.Düşüncəm budur ki,Əliyev Soçiyə gedəcək.Baxmayaraq ki,son vaxtlar ardıcıl olaraq rus telekanallarında “Qarabag Respublikası”ifadəsi davamlı olaraq istifadə olunur,Azərbaycanın ərazi bütövlüyü şübhə altına salınır,yenə də təxmin etmək mümkündür ki,Əliyev Soçiyə gedəcək.Hər nə qədər vaxtaşırı Bakı-Moskva arasında münasibətlər gərginləşir,Azərbaycan tərəfi Rusiyaya nota verir,ancaq buna rəgmən təxmin etmək mümkündür ki,Əliyev indiki məqamda Kremlə demarş etməyəcək.Təbii ki,yaxşı olardı ki,Əliyev hökuməti Rusiyaya qarşı daha sərt münasibət bəsləyəydi.Görünür,Azərbaycan iqtidarı hazırkı situasiyada Rusiyaya qarşı müqavimət göstərmək məsələsində öz potensialının məhdud oldugunu bilir,həm də müəyyən risqləri də nəzərə alaraq,prisesin daha xoşagəlməz nəticə ilə yekunlaşacagını bilir.
Konkret Ermənistana gəldikdə,bu ölkənin baş naziri N.Paşinyan dünənənki bəyanatlarında dedi ki,o,Rusiyanın təklif etdiyi sülh sənədini imzalamaga,Qarabagdakı sülhməramlıların mandatını uzatmaga,Ermənistan Sərhəd Xidmətinin səlahiyyətlərini Rusiyanın FTX-na verməyə hazırdı.Paşinyanın bu fikirləri olduqca kritik və düşündürücüdür.Halbuki,belə təxmin etmək olardı ki,Ermənistan hökuməti “Vaşinqton sənədi”nə yaşıl işıq yandırmaqla Rusiyaya qarşı öz siyasi seçiminə qərar verəcək.Üstəlik,Qərbin təklif etdiyi sülh layihəsi Azərbaycanın mənafeyinə daha çox cavab verirdi.Yəni ən azından Qarabagın yuxarı hissəsində Azərbaycanın suverenliyi,yurisdiksiyası təmin oluna bilərdi.Görünür,Nikol Paşinyan “Vaşinqton sənədi”nin qəbul olunmasının erməni cəmiyyətində yarada biləcəyi etiraz dalgasını gözardı etmədi.Eyni zamanda,Putinin təhdidləri fonunda Ermənistanda siyasi xaosun alovlanması,Paşinyan hökumətinə qarşı dövlət çevrilişi ehtimalının artması Nikolu geri addım atmaga sövq etdi.Ancaq bir məsələ bəllidir ki,Soçidə Putin və Paşinyan arasında ikitərəfli görüş gərgin keçəcək.Belə demək mümkünsə,Putin Paşinyandan izahat tələb edəcək,onu əməlli-başlı təhdid edəcək.Təbii ki,biz Putinin bəzən siyasi etikadan kənar qarşıslndakıları aşagıladıgı,şsntaj etdiyini bilirik.Bu baxımdan,düşünmək olar ki,Paşinyan hakimiyyətini qorumaqdan ötrü,yeni müharibə ehtimalından yayınmaq üçün Putinin agır tələblərini yerinə yetirmək məcburiyyətində qalacaq.Hər halda,Paşinyanın Rusiyaya qarşı son yumuşaq ufadələri bizdə bu qənaəti formalaşdırır.
Əliyevin Soçiyə gedəcəyi daha çox ehtimal olunur.Halbuki Əliyevin Kreml mediasının son sərsəmləmələri fonunda Soçi görüşündən imtina etməsi məqbul olardı.Ancaq belə olan təqdirdə Əliyev bu demarşın nəticəsi olaraq bəzi siyasi bıdəlləri göz önünə almalıydı.Eyni zamanda,Əliyevin Soçiyə getməkdən imtina etməsi Paşinyanın da işinə gələrdi. Biz məsələyə həm də bu prizmadan baxmalıyıq.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir