Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki,erməni xalqını onlarla islam ölkəsi və xalqlarıyla qardaşlıq,tərəfdaşlıq hissləri baglayır.Şübhə yoxdur ki,N.Paşinyan bu ifadəni səslındirərkən,daha çox İran və Suriya kimi ölkələri nəzərdə tutub.Son 44 günlük Qarabag müharibəsində İran və onun müttəfiqi Bəşər Əsədin Suriyası Ermənistanın maraqlarının açıq şəkildə müdafiə edib.Suriyanın Yerevanı dəstəkləməsinin ən böyük səbəbi Türkiyənin Azərbaycanın yanında olması idi.Türkiyə-Suriya münasibətlərinin 2011-ci ildən bu yana gərgin olması fonunda Dəməşqin bütün siyasi və diplomatik sferalarda Yerevanın yanında yer almasında qeyri-adi heç nə yoxdur.Üstəlik,Suriya Ərəb Respublikası Yaxın Şərqdə erməni diasporunun ən fəal və güclü oldugu ölkələrdən biridir.Lakin indiki situasiyada Ermənistanın ən yaxın əlaqələrdə oldugu müsəlman dövlət İrandır.Suriya və Livan kimi ölkələr nə qədər Ermınistanla yaxın tarixi və siyasi münasibətlərə malik olsalar da,Yerevanın islam dünyasında ən yaxın müttəfiqi İrandır.Hətta bir az da dərinə getsək belə demək mümkündür ki,İran ermıni dövlətçiliyinin nəfəsliyidir,həm də qarantıdır.Hal-hazırda Yerevan-Tehran münasibətləri az qala strateji müttəfiqlik səviyyəsindədir.Ermənistan İranın Cənubi Qafqaz geopolitikasında “əvəzolunmaz”,”vazkeçilməz”ölkə statusundadır.Şübhəsiz ki,İran-Ermənistan strateji müttəfiqliyinin bir ayagı da Rusiyadır.Dogrudur,hazırda Rusiya-Ermənistan münasibətləri tarixin bəlkə də ən problematik dövrünü yaşayır,ancaq biz bunu müvəqqəti olduguna da qənaət gətirə bilərik.İran kimi Rusiya üçün də kiçik Ermənistan Cənubu Qafqazda geosiyasi maraqlar üçün vacib ölkədir.
Noyabrın 22-də Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri gözlənilir.Təbii ki,Putinin Yerevana səfərinin əsas məqsədləri həm ermənilərin könlünü almaq,həm də iki ölkə arasında son illər pozulmuş münasibətləri təmir etməkdir.Üstəgəl,Ermənistan ugrunda Rusiya-İran geopolitik rəqabətini gözardı etməməliyik.Hər nə qədər Moskva-Tehran xəttində əlaqələr normal inkişaf etsə də,hər iki regional gücün Ermənistan üzərində rəqabəti həmişə olub.Digər tərəfdən,Moskva və Tehran Qərbin Ermənistan üzərində təsir rıçaqlarının artmasın as yolvermək istəmirlər.Yəni Qərbin Ermənistan üzərindən Cənubi Qafqazda söz sahibi olması Moskva və Tehranın təhlükəsizliyinə birbaşa təsir edə bilər.Bu nöqteyi-nəzərdən,həm Moskva,həm Tehran Yerevanı da yanlarına alıb “üçtərəfli ittifaq”yarada bilərlər.Paşinyanın Tehrana son səfəri,Putinin Yerevana ziyarəti kontekstində yuxarıda vurguladıgın “üçtərəfli ittifaq”ın təməlini qoya bilər.Hazırda Azərbaycan və İran arasındakı az qala “soyuq müharibə”səviyyəsində olan münasibətlərdən Paşinyan iqtidarı məharətlə istifadə edir.Hətta demək mümkündür ki,Bakı və Moskva xəttində də münasibətlər heç də yüksək səviyyədə deyil.Əliyev iqtidarına yaxın mediada hər gün İran və Rusiya tənqid olunur.Təbii ki,şimal və cınub qüonşularımız Əliyevin mediasındakı tənqidləri diqqətlə izləyirlər.Əgər Rusiya-İran-Ermənistan ittifaqı yaranacaqsa,Azərbaycanın buna adekvat münasibəti də maraq kəsb edəcək.
Kamal Aliyevkafkassam
Kamal Aliyev: Rusiya-İran-Ermənistan ittifaqı mümkündürmü?
343 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.