KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putin iqtidardan gedi(ə)rmi?

Kamal Aliyev: Putin iqtidardan gedi(ə)rmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
32 0

Böyük Britaniya mətbuatı belə bir xəbər yayıb ki,Rusiya prezidenti Vladimir Putin mayın 9-undan sonra əməliyyat olunacaq.İngilislərin iddiasına görə,Putində xərçəng xəstəliyi var.
Açıq deyim ki,mən həmişə Britaniya mediasının xəbərlərinə,analitik yazılarına məqalələrinə şübhə ilə yanaşmışam.

Ümumiyyətlə,Qərb mediası makiavelistdir,məqsədə çatmaq üçün hər yolu mübah görürlər.Əslində,Kremlin mediası da yalan,saxta məlumatları tirajlamaqdan geri durmur.

Bu gün faktiki olaraq,Ukraynadakı müharibə ətrafında feyk və dezo məlumatlar havada uçur.Sadə məntiqdir ki,informasiya müharibəsi günümüz siyasətində vacib əhəmiyyət daşıyır.

Hal-hazırda həm Qərb(ABŞ və Böyük Britaniya),həm də Rusiya mətbuatı yalanı elə həvəslə kütlələrə təqdim edirlər ki,insan dəhşətə gəlir.Belə düşünün ki,medianın feyk məlumatı dadlı yeməkdir və məlumata ac olan kütlələrin qarşısına qoyulur və onlar da “qaşıqsız,çəngəlsiz”yeməyi böyük iştahla yeyirlər.Çünki,fors-major situasiya yaranıb və kütlə informasiyaya acdır.Və qarşısına nə qoysan yeyəcək…

Təsəvvür edin ki,gah Putini bunkerə yerləşdirirlər,gah Şoyqunu infarkt edirlər.

Rus mediası isə Avropa şəhərlərini nüvə raketləri ilə bombalamaqla hədələyirlər.Xüsusilə,Rusiya dövlət televiziyası(Rossiya-1)elə həyasızlıq edir ki,söz tapmırsan deməyə.

Beləliklə,Britaniya mediası iddia edir ki,V.Putin mayın 9-undan sonra əməliyyat olunacaq və onu Federal Təhlükəsizlik Xidmətinin(FSB)rəhbəri Nikolay Patruşev əvəz edəcək.N.Patruşev 2008-ci ildən Rusiya Təhlükəsizlik Şurasına rəhbərlik edir və V.Putinin etibar etdiyi fiqurdur.Lakin Rusiyadakı hakimiyyət iyerarxiyasına görə,prezidentdən sonra ikinci vəzifəli şəxs baş nazir Mixayıl Mişustindir.Görünür,V.Putin M.Mişustini onu əvəz etməyə layiq bilmir və ya ona inanmır.

Bir iddia da budur ki,Kremldə bir çox “təsirli”siyasətçilər,təhlükəsizlik bürokratları V.Putindən yaxa qurtarıb Qərblə münasibətləri yoluna qoymaq istəyirlər.Açıgı,mən bu sayaq iddiaların səhihliyini həmişə sorgulamışam.Bəli,Putin acımasız diktatordur və o bir formada iqtidardan uzaqlaşdırılmalıdır.Ancaq həqiqət budur ki,Putini iqtidardan endirə biləcək Rusiyada nə müxalifət var,nə də kütləvi xalq etirazları.Əksinə,rus xalqı bütün bəlaların müsəbbibi kimi Qərbi görür və Putini dəstəkləyir.

Qərb Ukraynadakı müharibənin əvvəlində düşündü ki,rus xalqı küçələrə çıxıb Putini istefaya çaxıracaq,rus rublu çökəcək və ya rejimin daxilində saray çevrilişi baş verəcək.Bu,Qərbin düzgün hesablamadıgı strateji səhv idi.

Lakin bunların heç biri baş vermədi,hətta Avropa ölkələri yavaş-yavaş rus təbii qazının pulunu rubl ilə ödəməyə başlayırlar.Ukraynada isə müharibə uzanır,ölkəni tərk edən ukraynalıların sayı 6 milyona yaxınlaşır,infrastruktur dagıdılıb.Ən dəhşətlisi budur ki,Putinin işgalçılıq siyasəti yayıla bilər.Balkanlarda,Moldaviyada,hətta əhalisin 20%-i etnik ruslardan ibarət olan Latviya və Estoniyada hərəkətlənmələr ola bilər.Çinin Tayvana hücumunu da gözardı etməməliyik.

İndi artıq nüvə müharibəsi ehtimalı gündəmdədir.

Dünyanın sonunamı gəlirik?!
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.