KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Əliyev:Bakı Qarabag ermənilərinin Avropada görüş təklifini niyə rədd etdi?

Kamal Əliyev:Bakı Qarabag ermənilərinin Avropada görüş təklifini niyə rədd etdi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
168 0

ABŞ və Avropa İttifaqı avqustun 1-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Qarabag separatçıları arasında görüşün keçirilməsini təklif etmişdi.Artıq Rəsmi Bakı bu təklifdən imtina edib və həmişəki kimi,Qarabag erməniləri ilə ancaq Azərbaycan ərazisində görüşməyə hazır oldugunu bəyan edib.Bundan əlavə,Bolqarıstanın paytaxtı Sofiyada da Bakı və Xankəndi separatçıları arasında görüşün keçirilməsi gündəmdə idi və bu müzakirələrdə moderator ABŞ olmalıydı.Görünən odur ki,Bakı separatçılarla görüşü “vasitəçisiz”və yalnız Azərbaycan ərazisində keçirilməsini adekvat hesab edir.Bakı düşünür ki,Qarabagdakı tanınmamış adminstrasiya ilə xaricidə hər hansı görüş qarşı tərəfin “subyekt”kimi tanınması deməkdir və bu,bütövlükdə reinteqrasiya kursuna qarşı yönəlib.
Digər yandan,Qarabag separatçılarının “subyekt”kimi müxətab alınması növbəti mərhələdə bölgənin muxtariyyətinə və separatçıların öz “müqəddaratını təyin etməsinə”gətirib çıxara bilər.Bu,Bakının indiyəcən döyüş meydanında və müzakirə masasında əldə etdiklərinin sıfırlanması deməkdir.
Bu gün eyni zamanda,Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidan və prezident Rəcəb Tayyib Ərdoganla da görüşüm.Mümkündür ki,Bakı nazir Bayramovun Türkiyədəki təmaslarından sonra Bratislava təklifini rədd edib.Yəni,bu,həm də Bakı-Ankara tandeminin ortaq mövqeyi kimi də qəbul oluna bilər.

Bundan əlavə,Xankəndidəki separatçı adminstrasiyanın təmsilçisi Tiqran Petrosyan deyib ki,Rusiya Azərbaycan tərəfi və Xankəndi arasında növbəti görüşün Yevlaxda və yaxud Bakıda təşkil etməyə çalışır,lakin onlar(separatçılar)bundan imtina ediblər.Petrosyana görə,Moskva onları ələ salır və rusların təklif etdiyi şəhərlərdə dialoqun nədən ibarət olacagını bilirlər.Görünür,Xankəndidəki separatçılar artıq ruslardan da əlini üzüblər.
Buna paralel olaraq,başa düşmək olur ki,erməni baş nazir Nikol Paşinyanın Bakı və Xankəndi arasındakı dialoq üçün “beynəlxalq mexanizm”israrı Xankəndidəki separatçılar tərəfindən də strateji hədəf olaraq qəbullanıb.
Beləliklə,qarşıdakı bir neçə gündə Qərb ölkələrinin nümayəndələri İravana gələcək Bakı-Xankəndi təmaslarının harada keçiriləcəyi də təxminən məlum olacaq.

P.S.Bir müddət əvvəl yazdıgım və dediyim kimi,hazırda Qarabag problemi məsələsində Bakıya təzyiqləri müşahidə edəcəyik.Artıq belə demək mümkünsə,ən həssas və ən kritik mərhələyə qədəm qoymuşuq.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir