KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Əfqanıstandakı partlayışların “pultu” kimin əlindədir?

Kənan Novruzov: Əfqanıstandakı partlayışların “pultu” kimin əlindədir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
304 0

Əfqanıstandakı partlayışlar, demək olar, silsiləvi xarakter alıb. Az qala, hər gün bir oxşar xəbər eşidirik. Əlbəttə, od olmayan yerdən tüstü çıxmaz. Böyük ehtimalla partlayışlar uzaqdan idarə olunur. Elə isə “pult” kimin əlindədir?
Məlumdur ki, müxtəlif dünya dövlətlərinin Əfqanıstanla bağlı mövqeləri fərqlidir. Rusiyanın narahatlığı ilə müxtəlif rəsmi şəxslərin dilindən dəfələrlə etiraf olunub. Əlbəttə, rəsmi Moskva Taliban hökumətinin möhkəmlənməsini istəmir. Çünki bu, onun Mərkəzi Asiyadakı təsir dairəsi üçün təhlükədir. Bu mənada Kreml Əfqanıstana birbaşa müdaxilə etməkdən çəkinsə belə, Talibanı zəiflətməkdən ötrü hər şey etməyə hazırdır. Yəni partlayışların bizim şimalımızdan idarə olunması mümkündür. Ola bilsin, Rusiya Talibana mesaj vermək istəyir ki, mən asan “loxma” deyiləm. Əlbəttə, bu həm də gözdağı xarakteri daşıya bilər: inadkarlıq edib, hakimiyyətini legitimləşdirməyə çalışsan, problemlər başından aşacaq, bu, hələ başlanğıcdır. Eyni zamanda Moskvanın həm də Vaşinqtona ismarıc verərək “Məni asanlıqla ram edə bilməzsən” deməsi də istisna deyil.
Şübhəsiz, Əfqanıstanda çaxnaşma yaratmaq, sonra dəfələrlə işlənmiş “kart”dan- sülhməramlı missiyası ssenarisindən istifadə edərək ölkəyə girmək Rusiyanın ürəyincədir. O, beləliklə həm vəziyyəti nəzarəti altında saxlaya, həm də potensial təhdidlərdən özünə qoruya bilər. Ancaq gərək Moskva, həqiqətən, xoş niyyətlə ölkəyə girsin, müqavimətçilərlə Talibançılar arasındakı toqquşmaların qarşısını alacağını əməldə göstərsin, təcavüzkarlıq etməsin. Əks halda bu, ona baha başa gələ bilər.
İkinci bir ehtimal “dirijorun” ABŞ- ın olmasıdır. Belə ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması daxildə Bayden administrasiyasına qarşı müəyyən narazılıqlara səbəb oldu. Ola bilsin, Bayden yenidən Əfqanıstana girmək üçün zəmin yaradır.
Üçüncü versiya partlayışların arxasında məhz müqavimətçilərin, həmçinin taciklərin dayanmasıdır. Onsuz da taciklər hakimiyyətdə təmsil olunmadıqlarına görə əfqanlarla aralarındakı münasibət gərgindir.
İstənilən halda, “pərdəarxasında” kimin olmasından asılı olmayaraq, Talibanın işi asan deyil. Böyük ehtimalla, oxşar hadisələr hələ təkrarlanacaq. Müvəqqəti hökumət buna müqavimət göstərmək üçün tez bir zamanda xarici əlaqələrini qurmalı, hakimiyyətini legitimləşdirməli, özünə müttəfiqlər tapmalıdır. Əks halda onun köhnə kəndə yeni adət gətirməsinə icazə verməzlər…
Kənan NovruzovKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir