– Bu hadisənin olması kifayətdir ki…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib. O, bu barədə Misir səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qəzzada qan axması hələ də dayanmayıb: “İsrailin hücumları davam edir. Sülh çağırışları ABŞ-nin mənfi təsirləri nəticəsində nəticəsiz qaldı. ABŞ bəzi rəsmilərini bu işi həll etmək üçün regiona göndərdiyini deyir, amma nəticə əldə olunmur”.
Ərdoğan vurğulayıb ki, Türkiyə bütün bunlara baxmayaraq, sülh və sabitlik üçün çalışmağa davam edir: “Çünki başqa çıxış yolu yoxdur. Qərb rəsmiləri bizimlə təmasa keçəndə onlara da eyni sözləri deyirik”.
ABŞ-nin xarici siyasət kursunun əsas istiqaməti fərqli regionlarda gərginlik yaratmaqla həmin ərazilərdə özünün təsir gücünü artırmaqdır. Bu, Yaxın Şərq üçün də istisna deyil.
Rəsmi Vaşinqton müxtəlif regionlarda, o cümlədən Yaxın Şərqdə öz maraqlarını təmin etmək məqsədilə proksilərindən istifadə edir. Sözügedən siyasət Cənubi Qafqazda Ermənistan, Şərqi Avropada Ukrayna vasitəsilə həyata keçirilirsə, Yaxın Şərqdə İsrail vasitəsilə baş tutur.
Yaxın Şərqdə İsraillə HƏMAS arasında 2023-cü ilin oktyabrından dava edən savaşın yaxın vaxtda başa çatacağı gözlənilmir. Əksinə, müharibənin miqyası getdikcə genişlənir. Təl- Əiv geri çəkilmək istəmir. Bunun bir səbəbi İsrailin HƏMAS-ın ləğv olunması ilə bağlı qətiyyətli mövqeyidirsə, digər ABŞ-nin proseslərdəki roludur. Vaşinqton Şərqi Avropadakı gedişlərini Yaxın Şərqdə də təkrarlayır: ABŞ-nin İsraili dəstəkləməsi, bu dövlətə göstərilən yardım müharibənin uzanmasına şərait yaradır.
Ankara və Vaşinqton Yaxın Şərqlə bağlı fərqli mövqelərdədirlər. Bu isə istər- istəməz tərəflər arasındakı ikitərəfli münasibətlərə də təsir edir.
Əslində tərəflər arasındakı fikir ayrılığı özünü digər regionlarda, o cümlədən Şərqi Avropa və Cənubi Qafqazda da göstərir. Bu mənada tərəflərin bəzi ikitərəfli məsələlərdə, o cümlədən F- 16 qırıcıların Türkiyəyə tədarükündə qismən razılıq əldə etmələrinə baxmayaq, “soyuq küləklərin” yaxın vaxtda səngiyəcəyi ağlabatan görünmür. Ən azından nə qədər ki, ABŞ – da hakimiyyət dəyişikliyi olub, mövcud gərginlik davam edəcək.
Hər ötən gün Yaxın Şərqdəki sülh imkanını azaldır. Bu isə rəsmi Ankaranın bölgə ilə bağlı maraqlarına uyğun deyil. Döyüşlərin miqyasının gələcəkdə daha da genişlənəcəyi mümkündür. Bu isə Türkiyə – ABŞ xəttində gərginliyin artmasına və Türkiyənin hərbi müdaxiləsinə səbəb ola bilər.
Kənan Novruzov
Kənan Novruzov: Türkiyə də Yaxın Şərqdəki müharibəyə qoşulur?
109 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.