ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Qərbin yardımlarında gecikmələr Ukraynanın artilleriya çatışmazlığını daha da gücləndirir. Qeyd olunub ki, bu, gələcəkdə Ukraynanın döyüşləri davam etdirməsinə mənfi təsir göstərə bilər: “Qərbin Ukraynaya yardımının azalması Ukraynanın özünü müdafiə etmək və Rusiyaya müqavimət göstərmək imkanlarını iflasa uğradacaq. Ekspertlərin və vəzifəli şəxslərin fikrincə, Avropa ABŞ-nin Ukraynaya əvvəllər verdiyi dəstəyi əvəz etməkdə çətinlik çəkəcək”.
Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova fevralın 9-da “Bloomberg”ə müsahibəsində demişdi ki, Ukrayna ciddi raket çatışmazlığı ilə üzləşib. Onun fikrincə, Ukraynaya dəstəyi davam etdirməyin alternativi yoxdur.
Həmçinin digər Qərb ölkələri, o cümlədən Almaniya da daha əvvəl tədarük imkanlarının tükəndiyini bildiriblər. Öncə onu deyək ki, bu açıqlamalar heç də Qərb ölkələrinin silah anbarlarının boş qalması demək deyil. Sadəcə olaraq, ola bilsin, Ukrayna üçün nəzərdə tutulmuş resurslar azalır.
Yaxın Şərqdə davam edən müharibənin və digər hadisələrin nəticəsində Qərbin, o cümlədən ABŞ-nin prioritetlərini dəyişməsi mümkündür. ABŞ artıq təkcə Ukraynaya yox, həm də İsrailə dəstək verməlidir. Üstəgəl, prezident seçkiləri yaxınlaşır. ABŞ-nin mövcud hakimiyyətinin seçki kampaniyası üçün xeyli vəsaitə ehtiyacı var. Əks-hücum əməliyyatları da gözləntiləri doğrultmadı. Belə bir şəraitdə Qərbin Ukraynaya dəstəyi azaltması təəccüblü olmamalıdır.
Əvvəl də dediyimiz kimi, müharibənin ilk vaxtlarından fərqli olaraq indi ABŞ və Avropa İttifaqının (Aİ) Ukrayna ilə bağlı mövqeyi yekdil deyil. Onlar arasında fikir ayrılığının olması aydındır. Hətta ABŞ və Aİ-nin öz daxilində də ziddiyyətlər var.
Qərbin, xüsusilə ABŞ-nin Ukraynaya dəstəyinin gələcəkdə artacağı gözlənilmir. Ən azından ABŞ-dakı prezident seçkilərinə qədər. Amma dəstəyin səviyyəsində daha da azalma ola bilər.
Ukraynanın taleyi ABŞ-ı düşündürmür. Ağ Evi maraqlandıran yalnız özünün Şərqi Avropa ilə bağlı siyasəti, bölgədə təsir gücünü saxlaması və Rusiyanın zəiflədilməsidir. Rəsmi Vaşinqton bunun üçün sadəcə Kiyevdən istifadə edir. Və indi Ukrayna faktiki olaraq ABŞ-dən asılı vəziyyətə düşüb. ABŞ silah tədarükünü azaldıb- artırmaqla Ukraynaya istədiyini diktə edə bilər. Ukraynanın ABŞ-a etiraz etməsi isə ağlabatan görünmür. Çünki bu halda Vaşinqton onsuz da azaltdığı silah dəstəyini tamamilə dayandıra bilər.
Ukrayna indiki halda silahlardan qənaətlə istifadə etməyə məcburdur. Və görünən odur ki, belə də edir. Bu isə öz növbəsində əməliyyatlarda lazımi nəticənin əldə olunmasına və Rusiyanı tutduğu mövqelərdən çıxarmağa mane olur.
Ukrayna Silahlı Qüvvələrindəki dəyişikliyin ciddi nəticə verəcəyi ağlabatan görünmür. Kadr islahatı və orduya rəhbərlik sadəcə bir komponentdir. Amma lazımi qədər silah- sursat olmayandan sonra nəyəsə nail olmaq çətindir.
Həm də Ukraynanın müstəqilliyi öz əlində deyil.
Bütün bunları nəzərə alsaq deməliyik ki, ən azı yaxın gələcək üçün rəsmi Kiyev barədə işıq görünmür.
Kənan Novruzov
Kənan Novruzov: Qərb Ukrayna meydanından geri çəkilir?- Prioritetlər dəyişdi
193 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.