KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Azərbaycan – Türkiyə ittifaqı regiondakı sülh və sabitliyin təməlidir

Kənan Novruzov: Azərbaycan – Türkiyə ittifaqı regiondakı sülh və sabitliyin təməlidir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
38 0

Türkiyə Prezidenti Rəcəb Tayyib dünən azərbaycanlı həmkarı İlham Əliyevə doğum günü ilə bağlı təbrik məktubu ünvanlayıb. Türkiyə lideri təbrik məktubunda regiondakı geosiyasi reallıqlardan da söz açıb. O bildirib ki, Türkiyə- Azərbaycan ittifaqı regionumuz üçün əvəzsiz təhlükəsizlik, sabitlik və rifah amilinə çevrilib.

Bütün dünyada olduğu kimi, Cənubi Qafqazda da artıq yeni reallıqlar formalaşıb. Və bu reallıqların formalaşmasında Bakı ilə Ankaranın xüsusi xidmətləri var.

2020-ci baş tutan 44 günlük İkinci Qarabağ müharibəsi yeni reallıqların fomalaşması istiqamətində xüsusi mərhələ oldu. Bölgədə sülhü, sabitliyi nəzərdə tutan altılıq platforması ideyası məhz bundan sonra yarandı. Həmin ideyanın müəllifləri isə Azərbaycan və Türkiyədir. Əgər region ölkələri( Azərbaycan, Gürcüstan, Ermənistan) və qonşular (Türkiyə, Rusiya, Gürcüstan) 3+3 formatında birləşərlərsə, bu, gələcək təhdidlərin qarşısının alınması istiqamətində mühüm addım olmaqla yanaşı, həm də iki qardaş ölkənin xarici siyasət kursunun ən böyük uğurlarından olar.
Doğrudur, altılıq platformasının yarannması o qədər asan deyil. İranın destruktiv siyasəti, Gürcüstanın Rusiya ilə bağlı narahatlığı, həmçinin Ermənistanın Azərbaycanla sülh müqaviləsini ləngitməsi məsələsi bu prosesə mane olur. Amma sözügedən ideyanın həyata keçməsi utopiya da deyil. İlham Əliyevlə Ərdoğanın siyasi iradəsi nəticəsində qarşıdakı illərdə buna nail olmaq olar.

İkinci bir tərəfdən, Azərbaycan və Türkiyənin regional və beynəlxalq müstəvidə artan nüfuzu Türk Dövlətləri Təşkilatının (TDT) prestijinin artmasına səbəb olur. Artıq TDT dünyanın aparıcı siyasi təşkilatlarından birinə çevrilib. Şübhəsiz ki, bu uğurda Bakı ilə Ankaranın müstəsna rolu var.

Əliyevlə Ərdoğanın xidmətləri nəticəsində beynəlxalq ictimaiyyət bu gün türk dünyasını böyük güc kimi qəbul edir.

Beləliklə, Azərbaycan və Türkiyə liderlərinin uzaqgörən xarici siyasəti təkcə bu dövlətlərin özləri üçün deyil, bütünlüklə region və türk dünyası üçün əhəmiyyətlidir. Qloballaşan dünyada mövcudluğunu və gücünü qorumaq, təhdidlərdən uzaq qalmaq üçün Azərbaycan- Türkiyə ittifaqı nümunədir.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir