KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Isa Gambar: MSDM-in ABŞ Konqresinin 907-ci düzəlişi ilə bağlı açıqlaması

Isa Gambar: MSDM-in ABŞ Konqresinin 907-ci düzəlişi ilə bağlı açıqlaması

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
58 0

Milli Strateji Düşüncə Mərkəzinin bu günkü (25 may 2021) toplantısında bir sıra digər məsələlərlə yanaşı Zəngəzur dəhlizi mövzusu da müzakirə edilib. Toplantı iştirakçıları Ermənistan siyasi dairələrində və erməni diaspora təşkilatlarında müşahidə olunan spekulyativ çıxışlara münasibət bildiriblər.

MSDM qeyd etməyi zəruri bilir ki, onilliklər boyu guya Azərbaycanın blokadasında qaldıgı barədə beynəlxalq aləmə səs salan, əslində isə öz təcavüzkar siyasəti və ölkəmizin ərazilərini işğal etdiyinə görə regionda təcrid olunan Ermənistan bu gün həmin “blokada”nın (təcridin) aradan qaldırılması istiqamətində Azərbaycan tərəfinin atdıgı real addımları faktiki boykot edir.

MSDM hesab edir ki, Azərbaycanın guya Ermənistanı və Daglıq Qarabagı blokadaya aldıgı üçün 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlıga Dəstək” Aktına qəbul edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin indiki mərhələdə qüvvədə saxlanması tamamilə absurddur.

MSDM siyasi partiyalara, ictimai birliklərə və bütövlükdə Azərbaycan cəmiyyətinə müraciət edərək bu düzəlişin ləgv edilməsi ilə əlaqədar ciddi kampaniyaya başlamagı təklif edir.

Isa Gambar

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.