Старые заблуждения новой армянской власти 9 мая сразу после выборов новоизбранный

Rəsmi Bakı Rusiya siyasətini korrektə edir

Fırat Kalkanı ve Türkiye’nin çoklu kazanım stratejisi

Ayasofya cami olunca Vatikan’dan öcümüzü gerçekten alacak mıyız?

İRAN PREZİDENTİNİN İTİRƏCƏYİ HEÇ NƏ QALMAYIB

Gündem, İran 23 Temmuz 2018
61

İran prezidenti Həsən Ruhani iyulun 22-də İranın xarici ölkələrdəki səfirləri ilə görüşdə Amerikanın İrana qarşı sanksiyalarından danışaraq, Tehrana qarşı yürütdüyü siyasətinə görə ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edib. Həsən Ruhaninin çıxışında iki fikir xüsusi diqqətimi çəkdi. Ruhaninin birinci fikri: “Amerika iqtisadi və psixoloji baxımdan İrana təzyiq göstərməklə ölkədə sabitliyi pozaraq iğtişaş yaratmaq niyyətindədir”. Yəni Ruhani də anlayır ki, Trampın məqsədi nüvə məsələsini həll etmək deyil, İranda rejimi dəyişikliyə nail olmaqdır. Ruhaninin ikinci fikri: “Biz Amerikanın sanksiyalarına qarşı təslim olmayacaq, müqavimət göstərəcəyik, bizim bağlamaq üçün ixtiyarımızda çoxlu “boğazlar” var”. Ruhani bununla Hörmüz boğazının qapadılmasına işarə edib. Bu boğaz bağlanarsa regional toqquşma qaçılmaz olacaq.

Beləliklə, Ruhani demək istəyir ki, Amerika onu gücsüz saymasın, lazım gələrsə Amerikaya qarşı müharibə əmrini də verə bilər. Ruhanini bu çıxışa vadar edən səbəblər var. Birinci səbəb odur ki, sanksiyalar İran iqtisadiyyatını taqətdən salır, daxili və xarici investisiyalar kəsilib, Qərb şirkətləri ard-arda İranı tərk edirlər, üstəgəl ölkə daxilində ya işıqlar sönür, ya həftələrlə su kəsilir, müəssisələr yarı gücləri ilə işləyirlər, bu isə sosial etirazların artmasına gətirib çıxarır. Ruhani belə durumda iqtisadiyyatı dirçəldə bilməyəcək, ona görə də Amerikanı hədəf götürüb bütün bəlaların səbəkarı kimi “böyük şeytanı” göstərməyə çalışır. İkincisi, Ruhanini daxildə də sıxırlar. O son açıqlaması ilə təhlükəsizlik məsələsində mühafizəkarlardan, o cümlədən ali dini liderdən az mühafizəkar olmadığını sübut etmək istəyir. “Şirin quyruğu ilə oynamayın. Bu peşmançılığa gətirib çıxarar” – bu da Ruhaninin Trampa mesajıdır. Ancaq Amerika da belə mesajlardan çəkinən ölkə deyil.
Elhan Şahinoğlu

Yorumlar