KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Türkiyə Kiyev və Moskva arasında vasitəçiliyi yenidən başlatmaq niyyəti güdür

Hasan Oktay: Türkiyə Kiyev və Moskva arasında vasitəçiliyi yenidən başlatmaq niyyəti güdür

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
225 0

“Ukrayna-Rusiya müharibəsinin üzərindən 1 ildən çox zaman keçsə də, iki tərəf hələ də arzuladığı nəticəni əldə etməyib”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay deyib.

Professor bildirib ki, ilk vaxtlar çoxları Rusiya prezidenti Putinin Ukraynanı tez zamanda diz çökdürəcəyini, Zelenskinin də qaçacağını iddia edirdi: “Ancaq Zelenskinin dirənişi və Qərbin ciddi dəstəyi savaşı bugünədək uzatdı. Türkiyənin vasitəçiliyi ilə İstanbulda tərəflərin danışığı da reallaşdı, lakin “Vaqner”in rəhbərliyi sülh masasını devirmişdi. İndi “Vaqner” neytrallaşdırıldığı üçün Ukrayna Rusiyaya qarşı əks-hücumu gücləndirib”.

H.Oktay qeyd edib ki, 11-12 iyulda Litvanın paytaxtında NATO Zirvəsində İsveç və Finlandiyanın hərbi alyansa üzv olması məsələsi müzakirə olunacaq. Həmin tədbirdə Ukraynanın da NATO-nun himayəsinə alınması müzakirə oluna bilər.

Hasan Oktay: Türkiyə Kiyev və Moskva arasında vasitəçiliyi yenidən başlatmaq niyyəti güdür

Müsahibimizə görə, bu proseslər fonunda Zelenskinin Türkiyə səfəri diqqətçəkən məqamdır: “Yəni müzakirə predmetinin “Taxıl sazişi” olduğu deyilsə də, şübhə yox ki, əsas məsələ Türkiyənin Rusiya-Ukrayna savaşında növbəti dəfə vasitəçilik missiyasını üzərinə almasıdır. “Vaqner”in zərərsizləşdirilməsindən sonra İstanbulda sülh masası yenidən gündəmdədir. Rusiya dövlət başçısı Vladimir Putinin də bu məsələdə istəkli olduğu görünür. Əgər iyulun 12-nə qədər Ukrayna məsələsində irəliləyiş olmazsa, Rusiyaya qarşı genişmiqyaslı əks-hücum əməliyyatları başlaya bilər. Türkiyə bunu nəzərə alaraq, Kiyev və Moskva arasında vasitəçiliyi yenidən başlatmaq niyyəti güdür”.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcək. Səfər çərçivəsində Zelenski İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Prezidentlər təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaqlar. Türkiyə və Ukrayna liderləri ikitərəfli əlaqələri və Taxıl Sazişini müzakirə edəcəklər.

Aydın Baxış
https://bakivaxti.az/az/posts/detail/iyulun-12-ne-qeder-ukrayna-meselesinde-irelileyis-olmazsa-aciqlama-1688724889?fbclid=IwAR0uroGCmhPlvFUZ-rFcn27HDcO5XGcQhycGrp5KGN6I_oM8QtxN3Nf16FE

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir