KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Regionda Rusiya-Ermənistan-İran ittifaqı kimi bir ittifaq yaratmağa cəhd edilir”

Hasan Oktay: Regionda Rusiya-Ermənistan-İran ittifaqı kimi bir ittifaq yaratmağa cəhd edilir”

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
232 0

“Praqada Ərdoğan-Paşinyan görüşünün əks-sədaları hələ də davam edir. Ermənistan üçün Türkiyə əvəzolunmaz hala gəlib. Belə olanda, Ermənistanın dövlət rəsmiləri və insanları tez-tez Türkiyə haqqında danışırlar. Paşinyanın əlinə Ermənistanı düşdüyü vəziyyətdən xilas etmək əlinə imkan düşüb. Ərdoğan haqqında müsbət sözlər deməklə, sülh müqaviləsi üçün zəmin hazırlayır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay deyib.

H.Oktay qeyd edib ki, Azərbaycansız sülhün olması mümkün deyil:

“Türkiyə bu sülhü Azərbaycan üçün istəyir, çünki regiondakı münaqişələr istər-istəməz Azərbaycana da, Ermənistana da təsir edir. Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhü bölgədəki problemlərə son qoyacaq”.

“Türkiyə əvvəlcə altılıq masasını təklif etdi, Rusiya-İran-Ermənistan-Azərbaycan-Gürcüstan və Türkiyə, daha sonra Türkiyə-Ermənistan danışıqları başladı, daha sonra Avropa İttifaqının himayəsində Ermənistan-Azərbaycan danışıqları başladı. Putinin liderliyindəki Soçi danışıqları birlikdə qiymətləndirildikdə Türkiyə üçün ən qalıcı sülhün üçtərəfli formada Türkiyə-Ermənistan-Azərbaycan olacağı anlaşılır. Onu uzatmaq olmaz. Çünki Rusiya-Ermənistan-İran ittifaqı kimi bir ittifaq yaratmağa cəhd edilir. Bu ittifaq isə Türkiyənin əleyhinə işləyə bilər” – deyə politoloq şərh edib.

Aynurə
Demokrat.az

https://demokrat.az/az/news/129872/regionda-rusiya-ermenistan-iran-ittifaqi-kimi-bir-ittifaq-yaratmaga-cehd-edilir

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir