Şimdi yükleniyor

Hasan Oktay: Jack Barak “Biz YPG-yə dövlət sözü vermədik” deyərək

Bu gün Türkiyədə Fəthullahçı Terror Təşkilatının (FETÖ) hərbi çevriliş cəhdindən düz 9 il ötür. 2016-cı ilin 15 iyulu təkcə Türkiyə tarixinin deyil, dünya demokratiyalarının da yaddaşına qara hərflərlə yazıldı. Həmin gecə bir qrup FETÖ-çü hərbçi dövlətin əsas idarəetmə orqanlarına hücum etdi, küçələrə tanklar çıxdı, körpülər bağlandı, rəsmi televiziya kanalı basqına məruz qaldı, ilk dəfə olaraq Türkiyə Böyük Millət Məclisi bombalandı. Ancaq bu qanlı çevriliş cəhdi qarşısında Türk xalqı sarsılmadı. Prezident Rəcəb Tayyib Ərdoğanın xalqa etdiyi çağırışla milyonlarla insan meydanlara axışdı, tankların və silahların qarşısına əliyalın çıxdı. Xalq bir daha sübut etdi ki, demokratiya, vətən və azadlıq bu millətin qırmızı cizgisidir və bu dəyərlər naminə canını belə fəda etməyə hazırdır. Hər il 15 iyulun “Demokratiya və Milli Birlik Günü” kimi qeyd olunması da məhz bu tarixi və mənəvi əhəmiyyətin göstəricisidir. Eyni zamanda, bir neçə gün öncə PKK döyüşçülərinin silahları yerə qoyması xəbərləri yayıldı. Bu fondda belə bir sual yaranır: Türkiyə artıq terrordan qalib çıxıb və ölkə yeni, daha sabit və təhlükəsiz bir dövrə qədəm qoyur? Yoxsa hələ də bəzi terror qruplaşmaları fəaliyyətlərini davam etdirir və təhlükə tam sovuşmayıb?
Moderator.az-a danışan türkiyəli ekspert Hasan Oktay deyib ki, Sovet İttifaqı dağıldıqdan sonra marksist terror təşkilatı PKK Sovet rejimi olan Baas ölkələri –  İraq və Suriyada mövcudluğunu davam etdirdi. Onun sözlərinə görə, əvvəl İraqda, sonra Suriyada Baas rejimi dağılanda PKK beynəlxalq güc mərkəzləri arasında bölüşdürülən bir quruma çevrildi:
“Həmas 7 oktyabr 2023-cü ildə İran və Rusiyanın yönləndirməsi ilə İsrailə hücum etdikdən sonra Yaxın Şərqdə balanslar pozuldu. Sovet İttifaqının yaratdığı PKK qismən İsrail və Amerikanın nəzarətinə keçməyə başlamışdı. Hamas hücumundan sonra İranda bölgədə “vekalət” müharibəsi aparan təşkilatlar aradan qaldırılmağa başlayanda PKK da bu dalğada öz payını aldı. PKK-nın Türkiyəyə qarşı apardığı silahlı mübarizə bu şəraitdə mümkün görünmürdü. Xüsusilə İranla bağlı həyata keçirilə biləcək quru əməliyyatı üçün İraq və Suriyadakı PKK-nı ehtiyat qüvvə kimi əlində saxlayan Amerika, İsrail-İran qarşıdurmasından sonra quru əməliyyatına ehtiyac olmadığını görərək PKK-nın tamamilə aradan qaldırılması prosesində Türkiyə ilə birgə hərəkət etməyə başladı.
ABŞ-ın Türkiyə elçisi və Suriyanın xüsusi nümayəndəsi Jack Barak “Biz YPG-yə dövlət sözü vermədik” deyərək bölgədəki proseslər barədə Türkiyə ilə əməkdaşlıq etməyin zəruriliyini vurğuladı.
FETÖ terror təşkilatı da Türkiyəyə qarşı qurulmuş bir qurum olaraq 15 iyulda fəaliyyətə başlayanda Türkiyə bu qurumun ləğvi prosesini başlatdı.
İndi bir tərəfdən FETÖ, digər tərəfdən PKK-nın ləğvi prosesi Türkiyənin bölgə siyasətlərində əlini olduqca gücləndirir”.
Türkiyəli ekspert diqqətə çatdırıb ki, 1918-ci ildə Türkiyə Orta Şərqdən çəkildikdən sonra bu bölgədə sərhədləri süni şəkildə, xətlərlə müəyyən edilmiş dövlətlərin bu gün ciddi mövcudluq böhranı yaşadığı müşahidə olunur. Onun sözlərinə görə, Mustafa Kamal Atatürk və silahdaşlarının 1918–1923-cü illərdə apardıqları milli mübarizə nəticəsində qurulan, müasir, demokratik, insan hüquqları və hüququn üstünlüyü prinsiplərinə əsaslanan konstitusional sistem bu gün Orta Şərq üçün nümunə olmaq imkanını əldə edib:
“Hazırda Orta Şərqin yaşadığı xaos fonunda sual yaranır: bu bölgə Türkiyədən örnək götürəcək, yoxsa Türkiyə Orta Şərqdəki qanı, göz yaşını, silahlı qarşıdurmaları dayandırmaq baxımından nümunə olacaq? Hazırkı geosiyasi gərginlik məhz bu sual ətrafında cərəyan edir. Türkiyə ölkə daxilində FETÖ-yə qarşı əməliyyatlarını davam etdirdiyi bir zamanda, PKK-nın da bir anda silahı yerə qoymasının real olmadığını nəzərə alır. PKK-nın arxasında duran bəzi xarici güclər tərəfindən zaman-zaman Türkiyəyə qarşı yönəldilə biləcəyi ehtimalı qalmaqdadır. Buna görə də Ankara artıq daha qətiyyətli və planlı addımlar atır. Türkiyə açıq şəkildə bəyan edib ki, bundan sonra dövlətə, millətə qarşı silah işlədən hər bir qüvvəyə qarşı sərt və tərəddüdsüz cavab veriləcək. Kim olursa-olsun, bu mövzuda geri addım atılmayacaq”.
Mehin Mehmanqızı
https://moderator.az/az/dunya/892469/15-iyuldan-sonra-turkiye-herbi-cevrilisden-terrorsuz-geleceye/

Share this content:

Yorum gönder