Şimdi yükleniyor

Fuad Gahramanlı: ABŞ- dan eyni vaxtda Ukrayna və Cənubi Qafqaz həmləsi

Fuad gahramanlı


Tramp Putini Ukraynada əzməyə, Cənubi Qafqazdan isə qovmağa hazırlaşır?

Tramp bir neçə gün əvvəl söz verdiyi mühüm açıqlamaları iyulun 14-də Ağ Evdə NATO baş katibi Mark Rutte ilə keçirdiyi görüşdə səsləndirdi. Onun və Ruttenin çıxışından belə məlum oldu ki, Ukraynaya hərbi yardım göstərilməsi üçün yeni bir mexanizm işə salınır və bu, Ukraynanın müdafiəsində yeni mərhələnin əsasını qoyur.

Yeni yardim mexanizminə əsasən ABŞ böyük həcmdə mühüm silahları NATO-ya verəcək. Bu silahların pulunu isə AB ölkələri ABŞ-a ödəyəcək. NATO isə öz növbəsində bu silahları hər hansı məhdudiyyət qoymadan Ukraynaya göndərəcək. Bu yeni mexanizmə əsasən Ukraynanın silahlandırılması bundan sonra daha çox NATO üzərindən həyata keçiriləcək və bu işi də qurumun baş katibi Mark Rutte və ABŞ-ın bu təşkilatdakı daimi nümayəndəsi Metyu Uitaker həyata keçirəcək. Aydındır ki, NATO-nun Ukraynanın silahlanmasında əsas işi öz üzərinə götürürməsi, indiyə qədər bu sahədə fəaliyyəti koordinasiya edən könüllülər koalisiyandan daha səmərəli olacaq. Belə demək mümkünsə, bundan sonra Ukraynanın hərbi təchizatı NATO planlaşdırması daxilində həll olunacaq.

Trampın verdiyi məlumata görə, ilkin mərhələdə 17 “Patriot” sisteminin göndərilməsi nəzərdə tutulur ki, bu, olduqca önəmli bir addımdır. Trampın 17 “Patriot” sitemi deyərkən buraxılış qurğusunu, yoxsa bateriyaya nəzərdə tutduğu hələ ki, tam aydın deyil. Bunlardan nə qədərinin Ukraynaya veriləcəyi də dəqiq açıqlanmır. Ancaq öz arsenalından 3 batereya Ukraynaya vermiş Almaniyanın 4 “Patriot” baterayası alacağını nəzərə alsaq, o zaman ola bilər ki, Tramp 17 batereyanın veriləcəyini nəzərdə tuturmuş. Bu HHM sistemlərinin əsas hissəsi Ukraynaya veriləcəyi təqdirdə, Ukraynanin hava məkanı rus raketləri və aviasiyasına qarşı çox yüksək səviyyədə qorunmuş sayılacaq. Digər hərbi yardımlar barədə məlumat verilməsə də, gözlənilir ki, bu mexanizm sayəsində bundan sonra Ukraynaya daha çox hərbi yardımlar çatdırılacaq. Almaniyanın müdafiə naziri Pistoriusun bu məqsədlə ABŞ-a səfər edərək həmkarı Pik Heqsetlə görüşüb Ukraynaya hərbi yardımların artırılmasını müzakirə etməsi, bu istiqamətdə olduqca mühüm addımların atılacağına işarə edir.

Dünən sosial şəbəkələrdə Trampın atəşkəs üçün Putinə 50 gün vaxt verməsi ilə bağlı bir çox şəxslərin narazı fikirlərini gördük. Bu verilən vaxt Rusiyanın ticarət partnyorlarına qarşı gömrük rüsumlarının 100%-ə çatdırılması ilə bağlıdır, hərbi yardımlara onun heç bir aidiyyatı yoxdur. Bu gün daha vacib olan məsələ Ukraynaya göndəriləcək Amerika silahlarının həcminin və çatdırılma sürətinin artırılmasıdır. NATO xətti ilə silahlandırma mexanizminin yaradılması fonunda Trampın rüsumlarla bağlı Rusiyaya 50 gün möhlət verməsi, elə də əhəmiyyətli məsələ deyil və bu daha çox Putin üçün atəşkəsə razılaşma qapısını acıq saxlamağa xidmət edir.

Məsələ bununla da bitmir, dünən ABŞ-ın Türkiyədəki səfiri Tom Barak artıq bilinən bir məlumatı ilk dəfə rəsmi olaraq təsdiq etdi ki, Amerika Azərbaycan və Ermənistan arasında şərti adı “Zəngəzur dəhlizi” adlanan nəqliyyat xəttini öz nəzarətinə götürmək istəyir. Bu, olduqca mühüm geosiyasi əhəmiyyəti olan önəmli bir təklifdir və ABŞ-ın Rusiyanı Cənubi Qafqazdan çıxarmağa hazırlaşdığını göstərir. Tom Barak bildirib ki, bu, təkcə iki ölkə arasında nəqliyyat dəhlizinin təhlükəsizliyini təmin etmək üçün deyil, həm də geosiyasi məsələdir. Bu fikrin açması isə budur ki, ABŞ Zəngəzur vasitəsilə ilə Çindən gələn orta dəhlizi də öz nəzarətinə götürürərək, həm də Mərkəzi Asiya uğrunda Pekin və Moskvaya qarşı açıq rəqabətə başlayır.

Ermənistan tərəfi dünən Azərbaycanın maraqlarına tam uyğun olan ABŞ-n bu təklifinə etiraz etsə də, İrəvanın bu təklifə qarşı uzun müddət müqavimət göstərmək üçün resursları yoxdur. Həm də nəzərə almaq lazımdır ki, Trampın dovrundə Amerika öz maraqlarını təmin etmək üçün, Bayden zamanında olduğundan fərqli davranır. Görünür Vaşinqton bu təklifi qəbul erdirmək üçün müəyyən təzyiq basitələrinə əl atmalı olacaq. Əgər Amerika bu təklifini gerçəkləşdirə bilsə, həm Zəngəzur dəhlizi ilə hərəkətin təhlükəsizliyi daha etibarlı təmin olunacaq, həm də regionda geosiyasi balans Qərbin xeyrinə dəyişərək Türkiyənin də daxil olduğu yeni təhlükəsizlik arxitekturası formalaşacaq. Bununla da Cənubi Qafqaz Qərbin nəzarətinə keçəcək. Bu yeni geosiyasi reallıq perspektivdə həm də regionda Qərb dəyərlərinin önünü açaraq, tədricən siyasətdə oyun qaydalarının dəyişməsinə təsir edəcək.

Tom Barakın bu açıqlaması bizim bundan əvvəlki yazımızda Əbu- Dabi görüşünü ABŞ-ın təşkil etməsi və sülh prosesinin Vaşinqton və Ankaranın himayəsində irəlilədiyi barədə dediklərimizi təsdiq edir. Bu son gəlişmələr eyni zamanda onu göstərir ki, ABŞ Ukraynada onun şərtlərini qəbul etməyən Rusiyanı Cənabu Qafqazda cəzalandırmağa qərar verib. Hec də təsadüfi deyil ki, Əbu- Dabi görüşü, məhz Trampın Putinlə dialoqa inamınını itidiyi bir donəmdə keçirildi.

Rusiya isə Ermənistan və Azərbaycan hakimiyyətlərinin ABŞ və Türkiyənin vasitəçiliyi ilə sülh müqaviləsi imzalamağa razılaşmasından xəbərdar olduğu üçün çox qəzəblidir. Hiddətlənmiş Moskva qarşıdakı sülh prosesini pozmaq üçün hər iki ölkəyə qarşı təzyiqlərə başlayıb. Ancaq görünən odur ki, pərdəarxasında ABŞ-ın yönəltdiyi sülh prosesini pozmaq üçün bu gün Putin rejiminin əlində elə bir təsirli siyasi alətlər qalmayıb. Ona görə də Kreml Ermənistanı daxildən qarışdırmaq, Azərbaycana isə Rusiyadakı azarbaycnlılar üzərindən təzyiq etməklə, sülhə maneə olmaq istəyir. Ancaq Putin fərqində deyil ki, bu yolla Cənubi Qafqazda özünə qarşı narazılıqları daha da körükləmiş olur.
Fuad Gahramanlı 

Share this content:

Yorum gönder