KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Həsənbala Sadıqov: Süverenliyini bərpa etmiş Azərbaycan “heç kimdən asılı deyildir.”

Həsənbala Sadıqov: Süverenliyini bərpa etmiş Azərbaycan “heç kimdən asılı deyildir.”

Kafkassam Editör Kafkassam Editör - - 25 dk okuma süresi
270 0

Azərbaycan respublikasının prezidenti şox sayda olan daxili və xarici mətbuata olan müsahibələrində bilidirir ki, Azərbaycan süverenliyini, ərazi bütövlüyünü bərpa etmişdir. Azərbaycan xalqı da müstəqil yaşamaq istəyirdi. Süverenlik, azadlıq əslində millətin sərvətidir. Onlardan vaz keçmək əsarət yolunu seçməkdir. Azərbaycan Respublikasının müstəqilliyinə qarşı yönəldilən hər hansı hərəkət suveren dövlətin daxili işlərinə qarışmaqdır və beynəlxalq hüquq normalarına uyğun olaraq bu hərəkətlərə cavab verilir.
Öz idarəetmə formasını seçmək, başqa xalqlarla öz münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək Azərbaycan xalqının ayrılmaz hüququdur. Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqı öz iradəsinin ifadəsi kimi Azərbaycan Respublikasının demokratik quruluşuna və qanunun aliliyinə təminat verir.
30 avqust 1991-Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı-Azərbaycan Ali Sovetində aparılan müzakirələrdən sonra 18 oktyabr 1991-ci ildə qəbul edilmişdir. Bu Konstitutsiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilmişdir. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd-Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Azərbaycan Respublikasının ərazisi vahiddir, bölünə və özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin hər hansı bir hissəsini, hər hansı bir formada kimsəyə vermir; yalnız Azərbaycan Respublikası parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasında xalq səsverməsi (referendum) keçirmək yolu ilə Azərbaycan xalqının razılığı əsasında sərhədlərdə dəqiqləşdirmə aparıla bilər. Azərbaycan Respublikası ərazisinin heç bir hissəsi başqa dövlətə və ya başqa dövlətin hüquqi şəxsinə satıla və verilə bilməz.
Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır, bu dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır. Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinə şamildir. Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suverən hüquqları heç bir formada başqa dövlətlərə və ya dövlət ittifaqlarına vermir.
SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edirdilər. 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır.Keçmiş SSR İttifaqının tərkibinə daxil olmuş suveren dövlətlər ilə qarşılıqlı münasibətlərin ortaya çıxan bütün məsələləri müqavilələr və sazişlər arasında nizama salınmalıdır.
Azərbaycan Respublikasının müvafiq qanunları qəbul edilənədək SSRİ qanunları Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini saxlayır; həmin qanunların siyahısını Azərbaycan Respublikasının parlamenti müəyyən edir. SSRİ-nin dövlət borcunun yalnız o hissəsi Azərbaycan Respublikasına keçə bilər ki, respublikanın ərazisində təsərrüfat fəaliyyəti nəticəsində və Azərbaycan Respublikasının ixtiyarına keçən SSRİ əmlakı ilə əlaqədar yaranmış olsun.
SSRİ-nin Azərbaycan Respublikası ərazisindəki bütün daşınar və daşınmaz mülkiyyəti Azərbaycan Respublikasının dövlət mülkiyyətidir. SSRİ-nin daşınar mülkiyyətinin beynəlxalq hüquqa uyğun olaraq müqavilə üzrə başqa dövlətlərə – SSRİ-nin keçmiş subyektlərinə verilə biləcək hissəsi istisna təşkil edir. SSRİ-nin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan, lakin Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə Azərbaycanın milli gəliri, təbii və başqa ehtiyatları hesabına yaranmış əmlakı bu əmlakın yaranmasında Azərbaycanın töhfəsinə müvafiq həcmdə, müqavilə üzrə Azərbaycan Respublikasına keçir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün öz məsuliyyətini dərk edərək, ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs veriblər. Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək, Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutma xüsusi ilə sənədlərdə qeyd edilirdi.
Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək, onlarıdan istifadı edilməsi dövlətçilik fəaliyyətində xüsusi amil olaraq qeyd edilmişdir Azərbaycan Respublikasının əsas vəzifəsi olaraq ölkənin suverenliyi və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırması bütün dövlət sənədlərində qeyd edilirdi.
Beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirirdi. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına nail olmaq haqqında bir zamanlar düşünürdük. Artıq tanınma dövrü arxada qalmışdır.
Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini aşağıdakı prinsiplər əsasında qurur: dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, dövlət sərhədlərinin toxunulmazlığı, mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, insanın hüquqlarına və əsas azadlıqlarına hörmət etmək, xalqların bərabərliyi və onların öz müqəddəratını təyin etmək hüququ, dövlətlərin əməkdaşlığı, beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək.
Bu Konstitutsiya Aktı ilə Azərbaycan respublikası son dəfə müstəqillik əldə etdikdən sonra ilk məlum olan bu oldu ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaq qədər çətindir. Azərbaycan höküməti bütün zamanlarda dünya dövlətləri ilə, xüsusən qonşu dövlətlərlə bərabərtərəfli münasibıtlərin tərəfdarı olmuşdur. 44 gün davam etmiş qabiliyyətli Vətən müharibəsindən sonra da Azərbaycan prezidentinin xarici siyasət straregiya sında mühüm olan ondan ibarətdir ki, biz dünya dövlətləri ilə bərabərtərəfli münasibətlərə tərəfdarıq.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə sanki dünya dövlətlərinə mesaj ünvanlamışdır:” “Bu gün heç kimdən asılı deyilik” Bu mesaja bu günün fəlsəfəsi ilə baxmaq lazımdır. Azərbaycan son 100 illik tarixindı heç vaxt bu qədər qüvvətli və müstəqil olmamışdır. Bu gün Azərbaycan tarixi üçün nə dərəcədə əhəmiyyətlidir? Bu gün qalibiyyətli 44 günlük Vətən müharibəsindən 8 aya yaxın bir vaxt keçmişdir. Biz bu günü asan əldə etməmişik. Əvvəlki illəri də təbii olaraq yada salmalıyıq. Müstəqil Azərbaycan torpaqları 30 ilə yaxın bir müddətdə Ermənistan işğalında qalmışdır. Ermənistan işğalında qalan torpaqlar 30 ildir “Ana” Azərbaycanı köməyə çağırırlar. Azərbaycan süverenliyin çox mühüm atributlarından olan ərazi bütövlüyünü təmin etdi.
Mehmet Akifin çox böyük bir deyimi var:”Allah heç bir millətə ikinci dəfə istiqlal marşı yazmağı qismət eyləməsin!” Doğrudan da işğal olunan torpaqların azad edilməsi Azərbaycan zabit və əsgərlərinin qəhrəmanlığının nəticəsi idi. Azad olunan torpaqları qoruyub saxlamaq çox vacib dövlət vəzifəsidir. Torpağı işğalına göz dikən erməni kimi qonşusu olan Azərbaycan respublikası lap sülh müqaviləsi bağlasa belə müharibəyə-torpaqlara ola biləcək hücümlara qarşı mübarizəyə hazır olmalıyıq.
Azərbaycan Respublikasının prezidentinin dünya dövlətlərinə müraciətindən çıxan ilk nəticələrdən biri də “heç kimdən” asılı olmamaq məsələsidir. Bu gün dünyanı nizamda saxlaya bilməsələr də böyük güclər elə bir iddiadadırlar ki, güya dünyada gedən proseslərə təsir göstərə bilirlər. Amma hadisələr, xüsusi ilə 30 il Ermənistanın əsarətində qalan tarixi torpaqlarımız dünyanın ədalət tərəzisinin ədalətsiz olduğunu dəfələrlə isbat etmişdir. “Heç kimlər” isə beynəlxalq təşkilatlar xətti ilə 30 il Ermənistanın əsarətində olan torpaqların sahibinin başının altına qoyduqları balıncların sayını artırırdılar.
Azərbaycan respublikasının prezidenti İlham Əliyevin dünya dövlətlərinə müraciətində müasir dünyada mövcud olan asılılıq sisteminə toxunmuş və bildirmişdir ki, biz dünya dövlətləri, beynəlxalq təşkilatlarla bərabərtərəfli, bərabərhüquqlu münasibtlərə tərəfdarıq və davam etdiririk.” Biz dünyada əməkdaşlıqdan başqa heç bir dövlətdən və şəxsdən asılı deyilik.
Azərbaycan respublikasının prezidenti İlham Əliyev sanki müasir münasibətlər sisteminə güzgü tutur və bəyan edir: “Mən dəfələrlə deyirdim ki, beynəlxalq hüquq normaları işləmir.” Beynəlxalq münasibətlər sistemində bütün tarixi dövrlərdə bu anlayışın əsasında dövlətlərin və beynəlxalq hüququn digər subyektlərinin davranış modeli kimi çıxış edən hüquq normaları dayanır. Beynəlxalq hüquq normaları dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasındakı qarşılıqlı münasibətləri nizama salan ümumi məcburi qaydalara deyilir. Beynəlxalq hüquq normalarını çox halda hüquqi xarakter daşımayan beynəlxalq adət normalarından və nəzakət normalarından (diplomatik etik qaydalarıdan) fərqləndirmək lazımdır. Bu normalar dövlətlər üçün məcburi deyildir və onlara əməl olunmaması beynəlxalq hüquqi məsuliyyət doğurmur.
Bu hüquq normalarının pozulmasına işarət edən prezident qeyd edir ki, “dəfələrlə deyirdim ki, böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər.” Qərarların icra edilməməsi ədalətsizliyə məruz qalmış dövlətlər yaradır. İnsanlar kimi müasir dünyada dövlətlər də ədalətsizliyin qurbanı olurlar. Uzun illər əziyyət çəkirlər. İnsanlar məhv edilir. Şəhərlər kəndlər yandırılır və dağıdılır. ATƏT Minsk qruğunun həmsədri ermənilərin yandırdığı kəndlərə baxır onları müdafiə etmək üçün “yanan kəndlər günəşin istisindən yanana bənzəyir” kimi absurd fikir söyləməklə missiyasının tərəfsizliyini, şəffaflığını və neytrallığını pozmuş olurdu.
Əslində onlrın fəaliyyəti və hadisələrə yanaşmasında da beynəlxalq hüququn pozulması var idi. Hər hansı beynəlxalq məhkəmənin və ya arbitraj məhkəməsinin qərarı, BTM Təhlükəsizlik Şurasının qətnaməsi və ya dövlətin birtərəfli qaydada verdiyi bəyanat da beynəlxalq miqyasda müvafiq öhdəliklər doğura bilər. Amma yarana biləcək öhdəliklər ATƏT Minsk qrupunun 30 il işğal edilmiş Azərbaycan törpaqlarənda BMT bayrağlı CİP-lər ilə şütüyən Minsk üçlüsünə aid olmadığı qənaətinə gəlməyə məcbur olursan. Missiyasının əsas vəzifəsi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarını danışıqlar yolu ilə azad etmək olan Minsk qrupu üçlüsü işğal olunan bölgələrə gəldikdə terrorçulrla məsləhətləşmələr keçirir, onlara bilmədiklərini “öyrədirlər.”Əgər belə deyilsə onların nə ümumi cəhəti ola bilərdi?
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət məqsədli olaraq uzun müddət bu problem bir sıra səbəblərlə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi.
Əslində xaricilərin bu prosesin daha da kəskinləşməsində marağı da var idi. Çünki bu problem SSRİ-nin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi. Onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Artıq mənbələr açılmış və bir həqiqət məlum olmuşdur ki, Dağlıq Qarabağ məsələsinin meydana çıxması bilavasitə Kremlin ssenarisi əsasında baş tutmuşdu.
İttifaq rəhbərliyi “parçala, hökmranlıq et” prinsipinə əsaslanaraq regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmaq istəyirdi. Beləliklə, müttəfiq respublikalarda o zaman müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsini əngəlləməyə çalışırdı. Lakin bu plan SSRİ üçün bumeranq rolunu oynadı, İttifaqda nəzarətdən çıxan etnik münaqişələr imperiyanın dağılmasının nəinki qarşısını ala bilmədi, hətta prosesi daha da sürətləndirdi.
1992-ci ildə artıq erməni silahlı birləşmələri Azərbaycan torpaqlarının işğalı əməliyyatlarını dünyanın görə biləcəyi səviyyədə genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı. Bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmirdi. Təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu.
1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. İşğaldan keçən müddət ərzində BMT Təhlükəsizlik Şurası 822, 853, 874, 884N-li ölü doğulmuş, torpaqların Ermənistan işğalından azad edilməsinə heç bir təsir göstərməyən qətnamələr qəbul etmişdir.
Prezidentin qeyd etdiyi kimi “əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Nizamasalma üsuluna görə ATƏT Minsk qrupu beynəlxalq hüquq normalarını gözləməklə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün yaranmışdır. Beynəlxalq hüquqda təşkilat üzvlərinin səlahiyyətverici və məcburedici imkanları var idi. ATƏT Mİnsk qrupu bu imkanlardan demək olar ki, heç istifadə etmədi. Hər şey ortada olduğu halda hətta “caniyə cani” belə deyə bilməyib günahları Azərbaycan və Ermənistan arasında bərabər paylamaq “ədalətindən” istifadə edirdilər. Bu isə ədalətsizliyin tarixləşməsinə və işğalın əbədiləşdirilməsinə aparmaq məqsədi daşıyırdı.
“Biz gördük ki, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb” deyən Azərbaycan respublikasının prezidenti İlham Əliyev fikrini daha da inkişaf etdirir və qeyd edir:” Böyük ölkələr buna məhəl qoymaya bilərlər və” onları cəzalandırmaq üçün” heç bir icra mexanizmi yoxdur. Əlbəttə ki, güc amili ön plana çıxmışdı” Burada çox vacib bir beynəlxalq məsələyə aydınlıq gətirilmişdir. Böyük dövlətlər beynəlxalq qanunlara məhəl qoymurlar. Ona görə ki, beynəlxalq qanunlara məhəl qoymayan böyük dövlətlərə qarşı tətbiq etmək üçün” heç bir icra mexanizmi yoxdur.” Belə olduqda beynəlxalq hətta qonşuluq münasibətlərində güc faktoru ön plana keçir. Xüsusi ilə erməni kimi genetik işğalçı qonşusu olan torpaqlarını qorumaq üçün hərbi cəhətdən güclü olmalıdır.
Prezident Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğalda saxlamasına toxunaraq qeyd edir ki, mən beynəlxalq təşkilatların artıq xilaskarlıq missiyasına inanmırdım. Ona görə də “müharibədən bir neçə il əvvəl mən bunu öz çıxışlarımda açıq deyirdim: biz güc toplamalıyıq və bu məsələ güc hesabına öz həllini tapacaq”.
Azərbaycan respublikasının prezidenti Ermənistan işğalında olan torpaqların azad edilməsi bizim iqtisadi gücümüzlə əlaqədar mümkün olduğunu xüsusi ilə qeyd edir.“Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir. Təkcə onu demək kifayətdir ki, bu gün inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur.”
“Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil. Əksinə, Azərbaycan özü kömək göstərir, Azərbaycan donor ölkədir, pandemiya dövründə 30-dan çox ölkəyə kömək göstərib və bu ölkələr bizim dost ölkələrimizdir. Onlar da öz növbəsində bizi dəstəkləyirlər”– dövlət başçısı bildirib.
Professor Həsənbala Sadıqov
Aazərbaycan Respublikasının Əməkdar müəllimi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir