Anglosaksonlar Öcalan’ı piyasaya sürüyor!

Дамир Мухетдинов: Салям-мир, друзья! Присоединяюсь к

İran’ın Zamanı Geldi Mi?

Güncelden Misak-ı Milli’ye bakmak

Həsənbala Sadıqov: Azərbaycan pasportu və vətəndaşlığıyla ermənilərin cəmiyyətə inteqrasiyası başlaya bilər

Ermenistan 6 Temmuz 2021
127
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

10 noyabr 2020-ci il tarixində Azərbaycan tarixinin çox mühüm, əslində yeni dövrünün başlanğıcı olaraq tarixə keçmişdir. Həmin gün bir sıra məsələlərlə əlaqədar olaraq Azərbaycan tarixində qalacaqdır. Həmin gün 30 il müddətində Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda uzun illərdən davam edən açıq əməliyyatlara son verilmişdir. Eyni qazanda imzalanalmış bəyanayta əsasən “atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı “imzalanıb.
Diplomatik sənəd olan və münaqişədə bu və ya başqa dərəcədən işirak edən dövlətlərin liderləri bəyanatla həmin gündən etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin kəslildiyini bildirirlər. Bəyanatda ikinci mühüm məsələ də bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Əslində üç dövlət liderləri beynəlxalq münasibətlər sisteminə sadiqlik bəyan edərək bildidrirdilər ki, “tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.” Əslində burada-Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə əlaqədar yekun sənəddə xüsusi ilə qeyd olunan bəyanatın yerinə yetirilməsinə nail olmağa tərəfdar olduqlarını bildirirdilər. 10 noyabr 2020-ci il bəyanatının yol xəritəsinə baxdığımızda məlum olur ki, Azərbaycan-Ermənistan münasibətləri kompleks şəkildə qoyulmuşdur. Orada Ermənistan tərəfindən işal edilmiş Azərbaycan ərazilərinin təhvil verilməsi qrafiki müəyyən edilmişdir.
Bəyanatın ən çox mübahisə yaradan və müzakirə olunan məsələlərindən biri də 3-cü maddəsidir. 3-cü maddədə Dağlıq Qarabağda təmas xəttinin qeyd edilməsi Ermənistan respublikasının Ermənistan işğalından azad edilmiş torpaqlardan çıxması və təmas xəttinin Ermənistan Azərbaycan sərhddinə geri çəkilməsi anlamında qəbul edilir. Digər bir məsələ də sülhməramlı kontingentin yerləşdirilməsidir.” Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.”
Üçtərəfli bəyanatın “4-cü maddəsində”Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. İlk ayrılıq burada meydana çıxmağa başlamışdır. Gizli erməni silahlı qüvvələrinin çıxarılmasında şəffaflıq nəzərə çarpmır. Nə qədər ki, Dağlıq Qarabağda və ona həmsərhəd olan ərazilərdə qanunsuz erməni silahlı qüvvələri var, silahlı insidentlər fərqli şəkildə olacaqdır. Rusiya sülhməramlıları istər contingent imkansızlığına və ya başqa himayə səbəbləri ilə əlaqədar olaraq bu insidentlərin qarşını ala bilməyəcək. Burada vacib olan ən mühüm vəzifələrdən biri də qalib Azərbaycan Ordusunu da azad edilmiş ərazilərə nəzarət prosesinə daxil etmək lazımdır. Azərbaycan Ordusunun nəzarəti təşkil edilərsə ermənilərin diversiyalarının, təxribatlarının qarşısını almaq olar. Ona görə də siyasi ekspertlər də bir məsələdə həmfikirdirlər ki, “indi əsas məsələ Ermənistan ordusunun-açıq və gizli şəraitdə fəaliyyət göstərməyi planlayan silahlılarının ərazidən çıxarılmasıdır”
Müxtəlif vaxtlarda Azərbaycanın hərbi qüvvələrinin azad edilmiş ərazilərdə erməni əsgəri silahlılarını, konkret halda terrorçuları tərsilah etmələri bu bəyanatın tələblərinin pozulmasının bariz ifadəsir. Müharibədən və sazişdən sonra Azərbaycan ərazisinə soxulan əlisilahlı şəxs erməni tərəfdarlarının yalnız bir adı var- terrorçudur. Bir sıra hallarda siyasət ekspertləri belə hesab edirlər ki, “çünki noyabrın 10-da imzalanmış bəyanatda silahsızlaşdırma məsələsi nəzərdə tutulmayıb”.Bəyanatın mətnində erməni silahlı qüvvələrinin azad edilmiş ərazilərdən çıxarılması və sülhməramlıların yerləşməsi nəzərdə tutulur.”.
Tariximiz aydın şəkildə təsdiq edir ki, ermənilər bütün zamanlarda inzalanan müqavilənin yerinə yetirilməsini yox, onun pozulmasına yollar axtarırlar. Xocavənd rayonu (keçmiş Hadrut) ərazisində erməni terrorçuların Azərbaycan hərbçilərinə qarşı təxribatı aydın şəkildə təsdiq edir ki, erməni silahlıları azad olunmuş torpaqlardan çıxarılmamışlar. Onların çıxarılmaması məsələsi sülhməramlıların fəaliyyəti ilə əlaqədar sualların da meydana gəlməsinə səbəb olur.
“Tariximizin bütün dövrlərində ermənilərin əlində silah olduğu müddətdə cürbəcür insidentlər törətmişlər. Tarixi təcrübə təsdiq edir ki, ermənilər tərəfindən bu cür insidentlər davam edəcək. Biz azad edilmiş torpaqlara sahib olmaq üçün-süveren Azərbaycan dövləti olaraq silahlı ermənilərin silahsızlaşdırılması məsələsini qaldırmalıyıq və həll etməliyik. Türkiyə sülhməramlılarının da Qarabağda olması vacibdir. Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya birgə monitorinq Mərkəzinin fəaliyyətinin müəyyən edilməsi də qarşıda duran vəzifələrin həll edilməsində təsirli rol oynaya bilər. Bu, Azərbaycan respublikasında əhalinin ümüumi təhlükəsizliyinin ən mühüm göstəricilərindən biridir.”.
Münaqişə tərəflərinin əslində Azərbaycan və Ermənistan respublikalarının razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Mərkəzdəin fəaliyyətində şəffaflıq olmalı, bəyanatın ruhunu yerinə yetirməlidir.
10 noyabr 2020-ci il üçtərəfli bəyanatının “7-ci maddəsində” “daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu günlərdə də (28 iyun 2021-ci il) qaçqınların və məcburi köçkünlərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsini BMT səlahiyyətliləri ilə geniş müzakirə ediblər.
Tarixi torpaqlarımız olan Xankəndi və ətraf bölgələri də Azərbaycanın suveren hüquqlarının bərpası haqqında fikirlər hətta Ermənistanın yeni seçilmiş baş naziri Paşinyan tərəfindən də səslənilir. Ölkə qanunvericiliyinə uyğun şəkildə Bakıdakı mərkəzi hakimiyyətə tabe olan yerli idarəetmə orqanlarının formalaşdırılması qaçılmaz” olduğunu erməni hakimiyyəti də qəbul edir. Seçkilərdən sonra ilk mesaj bundan ibarətdir ki, artıq Ermənistan cəmiyyətinin revanşizm əhval-ruhiyyəsindən uzaqlaşmaqda olduğu şübhə doğurmur. Amma bunun nə qədər real olduğunu yaşayacağımız yaxın tarix isbat edəcəkdir. Ermənistan rəhbərləri Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması ilə də barışmaq üzrə olduqları da gələn mesajlarda vardır. Ermənistan cəmiyyətinin aparıcı qüvvələri Qarabağ mövzusunun artıq qapandığını anlayırlar və ya anlamağa məcburdurlar. Xalqı xəyal ilə uzun müddət yaşatmaq olmur. Ermənistanın həm mövcudluğu, həm də inkişaf şansları hazırda məhz gələcək hədəflərin proqmatik yanaşma ilə müəyyənləşdirmə qabiliyyətindən keçir. Ermənistan baş naziri Nikol Paşinyanın seçki qələbəsindən dərhal sonra “Bütün anlaşmalar icra olunacaq” açıqlaması ilə çıxış etməsi qətiyyən təsadüfi deyil.
Eyni zamanda, həmin bölgədə erməni separatizmi sona çatdırılmalıdır. Bölgənin erməni əhalisi Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdır. Və sərhədlərin demarkasiya prosesi sürətlə başa çatdırılmalıdır.
Burada bir sıra çox vacib məsələ qısa şəkildə qeyd edilmişdir. Birincisi 7-ci maddədə “daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara” yerləşdirilməsi məsələsinin həll edilməsidir. Burada vacib olan ondan ibarətdir ki, Dağlıq Qarabağ və onun ətrafında Ermənistan işğalında olan rayonlardakı ərazilər heç bir milli etnik ayrı seçkilik etmədən həll olunmalıdır. Bu prosesə çox mənalı və gözəl ad da tapdılar-“Böyük qayıdış! “
Lakin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına imza atmasına baxmayaraq Ermənistan “Böyük qayıdışın” həyata keçirilməsinə maxtəlif vasitələrlə mane olmağa çılışır. Əgər üçtərəfli bəyanatı ümuiləşdirsək ortaya belə vəziyyət çıxacaqdır.
Ermənistan işğalından azad edilən ərazilər Azərbayacan respublikasının inzibati ərazi vahidləri ilə birləşəcəklər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Qarabağ Azərbaycandır!” və heç bir status yoxdur. Lakin elə erməni himayədarları var ki, hər vəclə “status” məsələsini gündəliyə gətirməyə çalışırlar. Rusiyanın Xarici İşlər naziri Lavrov əsassız olaraq “Qarabağ münaqişəsilə bağlı danışarkən deyib ki, güya “status məsələsi” düşünülmüş şəkildə 10 noyabr sazişinə əlavə edilməyib. Rusiyanın səlahiyyətliləri “status” sözünü bəzən “real vəziyyət” mənasında da işlədirlər. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu yaxınlarda, elə Şuşada olarkən konkret fikir söyləyib – “nə status olacaq, nə də başqa bir şey.”
Bu baxımdan hesab edirəm ki, status məsələsi ilə əlaqədar bizim narahatçılığımız üçün heç bir əsas yoxdur. Çünki həlledici məsələ bizim Ermənistanla dövlət sərhədimizin bərpasıdır. Qalan şeylər ikinci dərəcəli əhəmiyyət kəsb edir. Bəzən heç bir ağla məntiqə sığışmayan belə bir fikir bəyan edirlər ki, guya Ermənistan rəsmilərinin müfəttiş kimi Qarabağda kompakt yaşayan ermənilərlə əlaqələri olmalıdır. Onlardan ciddi soruşmağa ehtiyac var. Bu praktika əhalinin kompalkt yaşadığı hansı ölkədə tətbiq edilib?
Lavrovun bu kimi əsası olmayan təklifləri tamam səhv təqdimatdır. Qeyd olunanlar süveren respublika olan Azərbaycan respublikasının müstəsna hüququdur, ona müdaxilə etməyə kimsəyə icazə vermək olmaz. Nə qədər ki, Laçın dəhlizinə nəzarəti təşkil etməmişik Ermənistanın slahlı “qonaqları” çox olacaqdır. Laçın dəhlizində bununla bağlı məsələ həll edilməli, bu ərazi birbaşa Azərbaycanın nəzarəti altında olmalıdır. O zaman Ermənistanın bizə qarşı hazırladığı təxribatın qarşısını ala bilərik.
Ancaq Azərbaycan ərazisində olan rus sülhməram lıların mandatı ilə bağlı məsələdə Ermənistan iştirak etməməlidir. Bu prosesin iştirakçısı Azərbaycan, Türkiyə və Rusiya olmalıdır.
1. Azad edilən tarixi torpaqlarının məskunlaşma planına sadiq olan Azərbaycan hökümətinə görə əhali vahid Azərbaycan vətəndaşlığı prinsipinə əsasən yerləşdirilməlidir.
2. Azad edilmiş ərazilərdə olanlar əsasən Ermənistan vətəndaşı olan ermənilərdən ibarətdir. Orada olan ermənilərin müəyyən hissəsi xarici ölkələrdən gətirilmiş, heç Ermənistan respublikasının da vətəndaşı deyillər. Bir də heç bir vətəndaşlığı olmayan ermənilər də vardır. Azərbaycan icmasına gəldikdə azad olunan torpaqları 30 il əvvəl tərk etmiş azərbaycanlıların qayıtmaları üçün maneələr və risqlər vardır. Azərbaycan respublikası rəhbərliyinin böyük qayıdışla əlaqədar prioriteti azərbaycanlıların qayıdışı üçün beynəlxalq hüquqda tələb olunan şərtlər yerinə yetirilsin.
Hal hazırda Azərbaycan ərazisi olan azad edilmiş torpaqlarda yaşayan insanlar beynəlxalq qanunlara görə vətəndaşsızlıq statusundadılar. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1954-cü il dekabrın 4-də qəbul etdiyi 896(IX) nömrəli qətnaməsinə müvafiq hərəkət edərək, vətəndaşsızlıq hallarının beynəlxalq sazişlə azaldılması nəzərdə tutulur. Bu isə azad olunmuş ərazidə yaşayanların Azərbaycan inzibati idarəsində və Azərbaycan respublikası vətəndaşı pasportu ilə yaşamasını zəruri hesab edir. Çox halda erməniləri himayə etmək məqsədi ilə rus sülhməramlılarının nəzarəti altında Qarabağda yaşayan ermənilərə əsassız olaraq Rusiya vəsiqələrinin verilməsi məsələsinin gündəmə gətirilməsinin də şahidi oluruq. Qarabağ və rus sülhməramlılarının nəzarəti altında yaşayan ermənilərin vətəndaşlığı və azərbaycanlıların öz dədə-baba torpaqları olan həmin ərazilərə köçürürlməsinin təmin edilməsi məsələsi də müzakirə edilən ən vacib məsələdir.
BMT qətnaməsinə görə” “dövlət onun ərazisində doğulan, əks halda vətəndaşlıq əldə edə bilməyən şəxsə öz vətəndaşlığını verir.” Azərbaycan tarixi Azərbaycan torpaqılarında döğulanlara öz vətəndaşlığını verəcəkdir. Bütün qanunların tələbi bundan ibarətdir ki, azad edilmiş ərazilərdə insanlar etnik mənsubiyyətindən asılı olmadan Azərbaycan vətəndaşlığı və pasportu ilə yaşayacaqlar.
Dağlıq Qarabağda doğulanlar və doğulmayanlar Azərbaycan respublikası qarşısında vətəndaşlıqla əlaqədar vəsatət qaldırmalıdırlar. Azərbaycan respublikası öz vətəndaşlığını milli qanunvericiliyə əsasən müəyyən edilən formada verə bilər. Bu prosesdə maraqlı şəxs milli təhlükəsizliyə qarşı qanun pozuntusu törətmiş də ola bilir. Onlar törətmiş olduqları cinayətə cavab verməlidirlər. Vətəndaşlıq məsələsində ərazidə döğulma prinsipi əsas şərtlərdən biridir.
Azərbaycan respublikasının qalib gəldiyi Vətıən müharibəsindən sonra da maraqlı tərəflərin və dövlətlərin diplomatik səviyyədə oyunları davam edir. Biz bunu başa düşməliyik. Tariximizdən dərs almalı və dərs almaqda davam etməliyik. Biz erməni ilə bir coğrafiyada, hətta bir ölkədə Azərbaycan vətəndaşı kimi yaşamaqda davam etməliyik. Bizim insanlarımız buna öyrəşməlidir, bu mübarizə davam edəcək. Laçın dəhlizinin Azərbaycanın nəzarətində olması, Ermənistan ordusunun ərazidən çıxarılması, eləcə də Qazax rayonuna aid bir neçə kəndin Azərbaycana qaytarılması çox vacibdir.Yaxın dövr üçün bizim həll etməli olduğumuz əsas məsələlər bunlar olmalıdır.
Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması və nəqliyyat-kommunikasiya xətlərini açması ilk növbədə bu vacib şərtlərin yerinə yetirilməsi ilə əlaqədardır. Əgər, bütün bunlar Ermənistanın təşəbbüsü ilə baş verməzsə, rəsmi Bakı sülh sazişini imzalamaz. Ermənistanın blokada vəziyyətindən çıxmasına da imkan verməz. Nəticədə Ermənistan iqtisadiyyatının çöküşü bərpa edilməsi mümkünsüz həddə çatar və sosial-siyasi böhran daha da dərinləşərək, daxili xaos təhlükəsi yarada bilər.
Separatçılar bölgəni tərk etdikdən sonra Xankəndi və ətraf bölgənin erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası başlaya bilər. Yəni yalnız onların Azərbaycan pasportları alaraq, vətəndaşlığı qəbul etməsindən dərhal sonra rəsmi Bakının bölgəyə maliyyə-iqtisadi müdaxiləsi mümkün olacaq.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi

Yorumlar