İşğaldan azad edilmiş ərazilərdə «perspektivsiz» kəndlərin əvəzinə, birləşdirilmiş, böyük və «ağıllı» kəndlər yaratmaq ideyasını İlham Əliyevin hardan götürdüyünü düşünürdüm neçə vaxtdır. Axı, ölkənin heç bir yerində belə layihələr həyata keçirilməyib, yerli tarixi örnəyi də yoxdur. Bu ideyanı Qərbdən mexaniki olaraq götürə bilərdi, amma burda da ağlabatmayan ideya var. Ümumiyyətlə, Qərbdə kəndlərin inkişafı, onların « ağıllı və ya ağılsız » olması kimi bir seçim, demək olar ki, qalmayıb : texnoloji inkişafın uğurları tətbiq edilir, kommunikasiyalar yüksək səviyyədədir, həm də bütün bunlar prezident (və ya baş nazir) direktivləri ilə yox, müstəqil bələdiyyə idarəçiliyi sayəsində mümkün olur.
O halda, bu ideyanı hardan götürmüş ola bilər ? Nəhayət, tapdım ! Bu hakimiyyətin və bu ailənin siyasi genetikası kommunist zamanına bağlıdır, idarəetmə təcrübələri sovetizmin «müasirləşdirilmiş» davamıdır. Perspektivsiz saıylan kəndlərin ləğv edilməsi, əvəzində nümunəvi təsərrüfat birlikləri yaratmaq şərti ilə onların böyük kəndlərdə birləşdirilməsi layihəsini ilk dəfə Nikita Xruşşov tətbiq edib və bu siyasət nəticəsində o zaman Rusiyanın kənd təsərrüfatının anası ağlar qoyulub !
1958- ci ildə Xruşşov Sov.İKP MK-nın və Rusiya Sovet Federativ Sosialist Respublikası Nazirlər Kabinetinin gizli qərarını çıxararaq əhalini ən azı 2 min, ən çoxu 10 min olan böyük kəndlərdə məskunlaşdırmaqla onların bazasında böyük və mexanikləşdirilmiş kolxoz təsərrüfatı qurmağa başladı, o zamanlar bunları «ağıllı kəndlər» deyil, « perspektivli kəndlər » adlandırırdılar. Xruşşovdan sonra, `Brejnev dövründə də bu aqrar siyasət 1979- cu ilə qədər inersiya ilə davam etdi. Bu illər ərzində yalnız Sibir tərəfdə rus kəndlərinin sayı 31 mindən 15 minə qədər, Uraldan Uzaq Şərqə qədərki coğrafiyada isə 72,8 mindən 32,6 – ya qədər düşdü. Kənd təsərrüfatı məhsullarının istehsalı da 35,8 faiz azaldı. Xruşşov dövründə, 60-ların ortalarında ərzaq qıtlığı Sovet hökumətini başına götürdü və əhalinin ümumiyyətlə «perspektivli- perspektivsiz» kəndləri buraxıb şəhərlərə doğru axını başladı.
İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə təqribən həmin siyasəti elan edib, amma bir mühüm fərq var: indi Azərbaycandakı korrupsiyanın göstəriciləri Xruşşov dövründə Sovet hökumətində olan korrupsiyadan bir neçə dəfə arıtqdır… Nəticənin isə təqribən, eyni olacağı qənaətindəyəm!
Onu da nəzərə alıram ki, Əliyevin «ağıllı kənd» ideyasının arxasında, əslində, öz ailə biznesinin aqrar layihələrini genişləndirmək məqsədi dayanır.
Ganimet Zahid
- Anasayfa
- »
- Azerbaycan
- »
- Ganimet Zahid: İlham Əliyev və Nikita Xruşşov: səhvin, ya da qəsdin təkrarı…
Ganimet Zahid: İlham Əliyev və Nikita Xruşşov: səhvin, ya da qəsdin təkrarı…
421 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.