KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Növbədənkənar prezident seçkilər nə ilə bağlıdır

Fuad Gahramanlı: Növbədənkənar prezident seçkilər nə ilə bağlıdır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
108 0

?

Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi! Bu gözlənilməz addım nə ilə bağlıdır?
ABŞ dövlət katibinin köməkçisi O’braynın İlham Əliyevlə görüşündən sonra bu qərarın verilməsi diqqət cəlb edir və suallar yaradır.
İlham Əliyevin belə bir addım atması ABŞ- n onu qarşısında “çəkil” şərti qoyması ilə bağlı ola bilərmi?

Qərblə açıq qarşıdurmanın olduğu bir vaxtda aydındır ki, İlham Əliyev seçki yolu ilə özünə demokrat imic qazanmağı düşünmür və indiki münasibətlər kontekstində onun buna ehtiyacı da yoxdur. Aydındır ki, onun yeni bir seçkiyə getməsi və yenidən prezident seçilməsi kütləvi saxtakarlıq olmadan mümkün deyil. Bu halda, o, özünə və hakimiyyətinə qarşı daha böyük təzyiqlərə yol açmış olar. Ona görə də bu seçki zərurəti heç də onun öz imicini dəyişib demokrat olmağa hazırlaşması ilə bağlı deyil.

Qərblə Rusiya arasında yaranan geosiyasi qarşıdurmanın böyük risqlər daşıdığını görən İlham Əliyev bu addımla bəlkə İvanaşvili kimi, hakimiyyəti kiməsə ötrüb getməyə hazırlaşır? Hələ ki, heç nə məlum deyil. Bəs komandası onun bu addımına necə reaksiya verəcək, bu geri çəkilmədirsə, onlarla razılaşdırılıb, yoxsa bu addımla o öz komandasını da fakt qarşısında qoyur?

Bu qərarın qəfil olması, hakimiyyətin ən yuxarısında belə öncədən bu barədə heç bir məlumatın olmaması onu göstərir ki, İlham Əliyev bu qərarı hannsısa kənar təsir hesabına verib. Yoxsa, durub durukən bu nə seçkidir? Belə bir seçkini zəruri edən daxili şərtlər olmadığı halda, onun bu qərara gəlməsi bizə bəlli olmayan xarici təsirlərin olduğu ehtimalını artırır.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir