Suriyaya əvəz olaraq Putinin Türkiyəyə “Azərbaycandan əlini çək” mesajı.
Kreml Azərbaycan üzərindən Ərdoğana hansı mesajı verdi ?
İlham Əliyev Rusiyanın “RİA Novosti” və VGTRK qurumuna müsahibəsində deyib ki, “Türkiyənin Azərbaycanda hərbi baza yaratmasına qısa desək – gərək yoxdur. Zaman-zaman bu cür məlumatların müəyyən media qurumlarında yer aldığını nəzərə alaraq cavabımı bir az da genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur”. Bununla da, o, Türkiyənin Azərbaycanda hərbi mövcudluğuna qarşı olduğunu açıq ifadə edərək iki ölkə arasında hərbi strateji müttəfiqlikdən və 2022-ci ildə imzalanmış Şuşa bəyannaməsinin məzmunundan geri çəkildiyini bildirib .Özü də nəzərə alsaq ki, bu müsahibə Kremlin əsas təbliğat ruporlarındanan birinə verilir, o zaman ehtimal etmək olar ki, bu bəyanat öncədən nəzərdə tutulub və bununla da Putin Azərbaycan üzərindən Türkiyəyəyə açıq mesaj göndərib.
Bəs Putinin Ərdoğana vermək istədiyi mesaj nədir? Suriyada Əsəd rejiminin devrilməsi ilə bu ölkədəki hərbi bazaları vasitəsi ilə Aralıq dənizi hövzəsində və Orta Sərqdə təsir imkanlarını itirən Kreml buna görə Ərdoğana qarşı çox qəzəblidir. Bu gün bəlli olur ki, Türkiyə və Rusiya arasında Suriyada baş verə biləcək hadisələrlə bağlı bir -birlərini xəbərdar etməklə bağlı gizli razılaşma olub. Ancaq Putin bir də onda xəbər tutub ki, Ərdoğanın Əsəddən və Rusiyadan qoruyaraq dəstəklədiyi, təhciz etdiyi müxalifət artıq Şama catıb. Ukraynada düşdüyü vəziyyətə görə hərbi imkanları tükənən, zəifləyən Rusiya bu vəziyyətdə Əsədi qoruya bilmədi və öz məğlubiyyətini qəbul etməyə məcbur oldu. Ona görə də Moskva Suriyada üzləşdiyi bu uğursuzluğa görə Ərdoğanı əsas günahkar hesab edir.
İndi Putin İlham Əliyev vasitəsilə ilə Ərdoğana Azərbaycanda Türkiyə hərbi bazalarının olmayacağı ilə bağlı mesaj göndərməklə, Suriyadakı məğlubiyyətinin əvəzini çıxmaq istəyir. Demək istəyir ki, Qarabağ savaşında Türkiyənin Azərbaycan üçün etdiklərinə baxmayaraq Cənubi Qafqazda Rusiyanın yerinə idda etmək planları baş tutmayacaq. Geostrateji baxımdan Türkiyənin Azərbaycanda hərbi mövcudluğunun təmin olunması, NATO- nun bur növ pəncərədən bu regiona daxil olması və hərbi strateji güc tarazlığının Qərbin xeyrinə dəyişməsi deməkdir. Bu vəziyyətdə Ankara Qərbin təmsilçisi olaraq bu regionda əsas söz sahibinə çevrilərək Rusiyanın ənənəvi dominant roluna da son qaya bilər. Qərbə inteqrasiya kursu seçən Ermənistanın da ciddi cəhdlə Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışması və Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyi həm də bu geostrateji niyyətlə bağlıdır. Ona görə də Putin indi Suriyada etdiklərinin cavabı olaraq Türkiyənin Qafarzada möhkəmlənmək planlarına imkan verməyəcəyini Azərbaycan hakimiyyətinin dili ilə deyir.
Bu baxımdan Azərbaycan hakimiyyətinin Türkiyəyə münasibətdə son zamanlar baş verən dəyişikliklər Ankaranın Rusiya ilə savaş halında olan Qərblə yaxınlaşmasına verilən reaksiya kimi də qiymətləndirilə bilər. Artıq Türkiyə və Rusiya regional təsir dairələri uğrunda bir biri ilə strateji maraqları toqquşan rəqib güclər hesab olunurlar. Bu baxımdan Ankara Qərbin Rusiyaya qarşı geosiyasi savaşında getdikcə əsas kilid rola yüksəlməkdədir. Bu vəziyyətdə özünü Qərbə qarşı qoyan Bakı həm də Türkiyə və Rusiya arasında seçim etməyə məcburdur. İlham Əliyevin sözü gedən müsahibəsi isə bu seçimin Moskvadan yana olduğunu göstərir.
Ancaq məsələ burasındadır ki, Trampın Suriya məsələsində Ərdoğanı təqdir edən
açıqlaması və hazırkı Bayden adminstrasiyasının Suriyadakı PKK uzantısı olan PYD-ni Türkiyənin hücumlarından müdafiə etməməsi onu göstərir ki, bu gün Türkiyə ilə ABŞ arasında mühüm strateji anlaşmalar var. Bu isə təkcə Suriya sahəsində deyil, gələcəkdə İran məsələsində və Rusiyanın hakim olduğu Cənubi Qafqazda ona qarşı geosiyasi rəqabətdə işbirliyi üçün yaxşı zəmin yaradır. Bu baxımdan Trampın ki, o, Ərdoğanın ağıl və qabiliyyətli bir lider kimi təqdir edən açıqlamadından belə görünür ki, o, səlahiyyətlərinin icrasına başladıqdan sonra regional məsələlərdə onunla işləməyə həvəsli və maraqlıdır.
Regional güc kimi öz təsir dairəsini genişləndirməyə çalışan Türkiyə xeyli vaxtdır ki, Cənubi Qafqazda Rusiyanın yerinə idda edir. Ona görə də Azərbaycan və Ermənistan arasında tez bir zamanda sülh müqaviləsi imzalanmasını istəyən Türkiyə, bu yolla Rusiyanı Cənubi Qafqazdan çıxarmağa və Qərbin dəstəyi ilə bu regionda öz təsirini imkanlarını artırmağa çalışır. Ankaranın bu istəyinə qarşı Azərbaycan hakimiyyətinin Rusiya ilə eyni mövqedən çıxış etməsi Qərblə yanaşı, həm də Türkiyənin maraqlarına qarşı yönəlib.
Fuad Gahramanlı