KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elhan Şahinoğlu: Putin Kürdistan’ı mı kuracak

Elhan Şahinoğlu: Putin Kürdistan’ı mı kuracak

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
30 0

Rusiya Prezidenti Vladimir Putinin Türkiyənin “Anadolu” agentliyinin Suriya ilə bağlı sualına cavabında iki məqam diqqətimi çəkdi. Birincisi, Putin Suriya hadisələrindən qazanan əsas ölkənin Türkiyə deyil, İsrail olduğunu söylədi. Putin sözlərinə onu da əlavə etdi ki, İsrail ordusunun Suriya ərazisində ələ keçirdiyi ərazilərdəki insanlar guya İsrailə birləşmək barədə müraciətlər ediblər. Putin sanki bununla İsrailə haqq qazandırırdı. Putin hətta “İsrail çətin ki, həmin əraziləri tərk etsin” cümləsini də işlətdi. Putinin suala cavabında ikinci məqan PKK terrorçu təşkilatıyla bağlıydı. Rusiya Prezidenti PKK barədə danışarkən, əvvəla terrorçu ifadəsi işlətmədi, əksinə “kürdlər döyüşkən millətdir” ifadəsini səsləndirdi. Putin Türkiyənin Suriya ərazisində təhlükəsizlik maraqlarının olduğunu birdirməklə yanaşı kürdlərin özlərinin dövlət istəyini bu sözlərlə xatırlatdı: “Birinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq 30 milyonluq kürdlərin dövləti olmalıydı”. Putinin bu sözlərindən belə bir təəssürat yarandı ki, o özü daxilən kürd dövlətinin varlığını istəyir, ancaq reallıq fərqlidir. Yaxşı ki, reallıq fərqlidir, əks halda Kreml Azərbaycana da Qarabağ üzərində suverenliyinin bərpasına mane olardı…
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir