Şimdi yükleniyor

Fuad Gahramanlı: İlham Əliyevin Avropaya inteqrasiya kimi bir niyyəti yoxdur

Fuad gahramanlı

Şu İlham Əliyev Kopenhagendə Avropa Siyasi Birliyinin toplantısında iştirak edib. Bəs onun bu tədbirə qatılma motivi ilə Avropa Siyasi Birliyinin məqsədləri arasında hər hansı bir uyğunluq varmı?

Əvvəlcə onu nəzərə almaq lazımdır ki, Avropa Siyasi Birliyinin məqsədi AB ilə ona üzv olmayan, ancaq üzv olmağa çalışan ölkələr arasında siyasi, iqtisadi və təhlükəsizlik sahəsində inteqrasiyanı dərinləşdirmək, qarşılıqlı dialoq yolu ilə ortaq strateji yanaşmaya nail olmaqdır. Yəni Avropa Siyasi Birliyi Avropanın siyasi sərhədlərini AB hüdudlarından kənara doğru genişləndirməyə çalışan və bunu dəyərlər zəminində həyata keçirməyə keçirməyi qarşıya məqsəd qoyan bir inteqrasiya mexanizmidir. Yəni bu formatda əməkdaşlıq ilk növbədə Avropa Birliyi ölkələrinin siyasi sistemlərinin əsasını təşkil edən demokratiya, insan haqları kimi dəyərlərə əsaslanır.

Ancaq


r və hətta ötən il Azərbaycanın Türk Cümhuriyyətlərinin olduğu Mərkəzi Asiyaya inteqrasiya etməli olduğunu da bildirmişdi. Bununla yanaşı, Azərbaycanda Avropaya nifrət aşılayan rəsmi təbliğat və demokratik dəyərlərə qarşı düşmən münasibət bu gün də davam etməkdədir. Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycan həbsxanalarında onlarla jurnalist və vətəndaş cəmiyyəti fəalı məhz Avropanın donor təşkilatları ilə əməkdaşlıq etdiklərinə görə haqsız yerə, uydurma ittihamlarla cəza çəkməkdədirlər. Bu həm də Avropaya gerçək münasibəti əks etdirir.

Belə bir şəraitdə İlham Əliyevin Avropa Siyasi Birliyinin toplantısında iştirakı heç də bu birliyin məqsədlərini bölüşmək anlamına gəlmir. Əksinə, İlham Əliyev indiki həssas geosiyasi vəziyyətdə öz hakimiyyətini qorumaq üçün Avropa ilə münasibətləri yaxşı saxlamağa can atır. O, istəyir ki, yaxşı münasibətlər hesabına Avropadan gələ biləcək demokratiya tələblərini mümkün qədər zərərsizləşdirə bilsin. Ona görə də yaxın vaxtlara qədər ən ağır formada tənqid etdiyi Makronla və digər Qərb liderləri ilə hər görüşəndə xüsusi olaraq çox “səmimi” görüntülər verərək, getdikcə sərtləşən avtoritar rejimini Avropaya daha yumşaq formada təqdim etməyə çalışır.

Görünür, İlham Əliyev hesab edir ki, Ukrayna müharibəsinin təhlükəsizlik və geosiyasi məsələləri daha da aktuallaşdırdığı indiki dövrdə Azərbaycanın Rusiya asılılığından uzaqlaşması müəyyən bir müddət Avropa üçün daha önəmli məsələdir. Ona görə də bu fürsətdən istifadə edərək bir müddət geosiyasi məsələlər hesabına demokratiya ilə bağlı mövzuları arxa plana keçirməyə çalışır. Qeyd edək ki, Ermənistanla sülh məsələsi də eyni məqsədlə istifadə olunmaqdadır.

Ehtimal ki, Azərbaycan və Rusiya arasında yaşanan gərginlikdə Bakının bəzən sərt görünən üslubu təkcə Moskvaya cavab məqsədi daşımırdı. Bununla Azərbaycan hakimiyyəti Rusiya ilə kəskin qarşıdurmada olduğu belə bir vaxtda Qərbə heç də demokratiya və insan hüquqları kimi məsələlərin vaxtı, yeri olmadığı mesajını verərək geosiyasi dəstəyin vacibliyini qabartmaq niyyəti güdürdü.

Ancaq məsələ burasındadır ki, Ukrayna müharibəsi Rusiyanın məğlubiyyəti ilə bitəcəyi təqdirdə, Azərbaycan hakimiyyətinin Rusiyanın yanında olmaq kimi bir seçimi də aradan qalxmış olacaq və bu zaman həm də Moskvadan gələn təzyiqləri qabartmaqla Qərbin demokratiya tələblərini səngitmək də mümkün olmayacaq. O zaman Avropanın Azərbaycandan əsas tələbi bu günkü kimi sadəcə toplantılarda iştirak etmək yox, AB -yə inteqrasiya istiqamətində demokratik açilim və islahatlar olacaq.

Ancaq problem həm də ondadır ki, Azərbaycan hakimiyyəti daxildəki onsuz da sərt olan avtoritarizmi daha da gücləndirməklə islahatları iqnor etmiş olur və nəticədə əhalinin yaşayış səviyyəsi sürətlə pisləşməyə doğru gedir. Bu gün neft gəlirlərinin sürətlə tükənməsinə baxmayaraq, hakimiyyət hər hansı bir alternativ iqtisadi model təqdim edə bilmir. İnsanlar getdikcə ağırlaşan həyat şərtlərinə və bu vəziyyətdə hələ bir üstəlik onları cərimələrlə, qiymət artımları ilə daha çox soymağa çalışan hakimiyyətin fəaliyyətinə nə qədər dözəcəklər? Bunu heç kim bilmir, ancaq bilinən odur ki, bütün avtoritar rejimlər zor yolu ilə bütün məsələləri həll edə biləcəklərinə aludə olduqları üçün kobud səhvlər buraxaraq süqut ediblər. Və bu, o deməkdir ki, avtoritarizm nə qədər sərt görünsə də, o, getdikcə içindən yeyilən, çürüyən ağac kimi daha kövrək vəziyyətə düşməyə məhkumdur.

Share this content:

Yorum gönder